Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-779/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Müdafiəçi – “Zəfər” Vəkil Bürosunun vəkili müdafiəçi1, Məhkum – Məhkum iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim Gültəkin Əsədova) məhkum Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək şikayətinin təmin edilməsini, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya icraatında məhkəmə baxışı zamanı məhkum və müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apelyasiya icraatında məhkəmə baxışı zamanı prokuror öz çıxışında verilmiş apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirirərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə baxışında işin materialları araşdırılıb, proses iştirakçılarının çıxışı dinlənilib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı yoxlanılaraq hesab edilir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkumun cəza çəkdiyi ** saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizədən görünür ki, məhkum Bakı İstintaq təcridxanalarında saxlanılmış, * saylı, ** saylı, * saylı cəzaçəkmə müəssisələrində və Umbakı PM-də cəza çəkmiş, həmin müddətdə rejim pozuntularına görə barəsində ##.##.2022, ##.##.2023. ##.##.2024, ##.##.2024, ##.##.2024, ##.##.2024, ##.##.2024, ## ##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025, ##.##.2025 və ##.##.2026-cı il tarixlərdə olmaqla ümumilikdə on dörd tənbeh tədbiri tətbiq edilmiş, 2025-ci il üzrə tətbiq edilmiş tənbehləri qüvvədədir. ##.##.2026-ci il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinə qəbul olunmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Qərəzli rejim pozuntularına yol verdiyi üçün məhkumla xüsusi qaydada tərbiyə işi aparılmasına baxmayaraq profilaktiki iş nəticə verməmişdir. Şəxsi işinin materiallarından göründüyü kimi ** saylı cəzaçəkmə müəssisəsində də cəza çəkdiyi müddətdə mənfi xarakterizə olunan məhkumlarla sıx ünsiyyət yaradaraq rejim qaydalarını təkrar pozmuşdur. Barəsində ##.##.2026 və ##.##.2026-cı il tarixlərdə "Cərimə otağı" növündə tənbeh tədbirləri tətbiq edilmişdırki, hazırda qüvvədədir. Müşahidə xarakterli profilaktik söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti qismən etiraf edir və əməlindən peşmançılıq hissi keçirməsində səmimi deyil. İctimai işlərdə təşəbbüskar deyil, həmçinin mədəni-kütləvi tədbirlərdə iştirakdan yayınır, verilən tapşırıqları icra etməkdə həvəssizdir, əməyə münasibəti mənfidir. Özünə tənqidi yanaşmır. Barəsində 2021-ci il üzrə tərtib edilmiş illik xasiyyətnamənin nəticəsinə görə müsbət, 2022, 2023, 2024 və 2025-ci illər üzrə tərtib edilmiş illik xasiyyətnamələrin nəticələrinə görə mənfi xarakterizə olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmamış, daxili intizam qaydalarına riayət etməmişdir. Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində mənfi rəy bildirilmişdir. Nəticə: Məhkum Məhkum mənfi xarakterizə olunmasını, eləcə də barəsindəki müvafiq rəyi nəzərə alıb cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəuyğun hesab edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzaçəkməsinin əvvəli ##.##.2020-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2021-ci il tarixli qərarına əsasən Məhkum apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi məhkumun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinə münasibət bildirərkən qeyd etmişdir ki, məhkum Məhkum tam islah olunmamışdır və onun islah olunması işin faktiki halları ilə müəyyən edilmir. Belə ki, məhkəməyə məhkumun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə də, məhkəmə qeyd edilənlərə əsasən məhkum Məhkum islah olunmaması qənaətinə gələrək hesab edir ki, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsaslar olmadığından məhkumun ərizəsi təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni məhkumun törətdiyi cinayətin xarakteri, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsi işi və proses iştirakçılarının mövqeləri ilə əlaqəli araşdıraraq, hesab etmişdir ki, hal-hazırda məhkumun islah olunması üçün cəzasını tam çəkməsi məqsədəuyğundur, ona görə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; Qeyd edilən məcəllənin 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Həmin məcəllənin 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məsəlləsinin 170.1-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» # ####### 2010-cu il tarixli qərarında qeyd edildiyi kimi, «məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər». Eyni zamanda həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə dövründə davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Plenumun qərarının və qeyd olunan maddələrin mənasına görə saxlama şəraitinin yaxşı tərəfə dəyişdirilməsi özünü müsbət cəhətdən xarakterizə edən məhkumlar üçün nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müraciətlərə baxılarkən qeyd olunan kateqoriyaya aid olub-olmamalarını müəyyən etmək üçün məhkumların bütün cəza çəkmə dövründəkı davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəallyyət təşkilatlarının işində iştirakı, həqiqətən də islah yoluna qədəm qoyması araşdırılmalıdır. Cəzaların icrası qanunvericiliyindən göründüyü kimi, məhkumun cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsindən fərqli olaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı onun bütün cəzaçəkmə müddətindəki davranışının nəzərə alınması şərt kimi müəyyən edilmişdir. Eyni zamanda qeyd edilir ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsinin mülahizəsini iş materialları ilə qarşılıqlı surətdə tədqiq edib, məhkumun cəzadan vaxtından əvvəl azad edilməsinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədini tam təmin etməyəcəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apellyasiya insitansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apellyasiya şikayətini və ya protestini isə dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*- **)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026cı tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. “Zəfər” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq “Zəfər” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-414-cü maddələrində nəzərdə tutulmuş qaydada apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №7(3-6)-779/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-779/2026
20.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver