Məhkəmə qərarları › İş №7(3-6)-787/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-787/2026

29.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-787/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Məhkum Məhkum, onun müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ## ####### 1995-ci ilda Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Göytəpə şəhəri, Qurtuluş küçəsi. ev 29-da qeydiyyatda olan və yaşamış, Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən. məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən prokuror X1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş materialdan görünür ki: - Məhkum əvvəllər cəza çəkdiyi yerlərdə intizam pozuntusuna yol vermiş barəsində bir dəfə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkum Məhkum ##.##.2018-ci il tarixdən cəza müddətinin qalan hissəsini çəkmək üçün ** saylı CM-nə gətirilmiş və * saylı dəstəyə təyin edilmişdir. Müəssisəyə qəbul olunduğu ilk gündən ona karantin bölməsində X2, hüquq və vəzifələri izah olunmuş, məhkumların mədəni-məişət şəraitinin yaxşılaşdırılması üçün köməkçi işlərə cəlb olunmuşdur, əməyə münasibəti qənaətbəxşdir. Xasiyyətcə sakitdir. Törətdiyi cinayət əməlini qismən etiraf edir. Onunla aparılan tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmağa cəhd göstərir. Xarici görkəminə və yataq yerinin təmizliyinə fikir verir, şəxsi gigiyena qaydalarına riayət edir və ərzaq məhsullarını xüsusi ayrılmış yerdə saxlayır. Yaxınları ilə ünsiyyət saxlayır. Cinayət işi üzrə dövlətə olan 94,93 manat borcu ödənilmişdir. Fiziki şəxslərə borcu yoxdur. Cəza çəkdiyi müddətdə məhkum Məhkum barəsində ##.##.2018-ci il tarixdə “Töhmət” elan olunmaqla, ##.##.2020-cı il tarixdə 05 gün CT, ##.##.2022-ci il tarixdə 07 gün CT, ##.##.2022ci il tarixdə 10 gün CT və ##.##.2022-ci il tarixdə 10 gün CT keçirilməklə beş dəfə tənbeh tədbiri tətbiq edilmiş, ##.##.2025-ci il tarixdə "Əlavə sovqat, bağlama və ya banderol almağa", ##.##.2026-cı il tarixdə “Əlavə telefon danışığına” və ##.##.2026-cı il tarixdə "Əlavə telefon danışığına" icazə verilməklə üç dəfə həvəsləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkliməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı tənzimləmədə səmərəliliyin artırılması, prosedurların optimallaşdırılması və nəzarət mexanizmlərinin gücləndirilməsini təmin etmək məqsədilə yaradılmış Komissiya" tərəfindən ##.##.2026-cı il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məsələsinə baxılmış, mənfi rəy verilmişdir. Beləliklə, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq deyil. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkum Məhkum cəzaçəkmə müddəti ərzində mənfi xarakterizə olunur, cəza çəkdiyi müddətdə məhkum Məhkum barəsində ##.##.2018-ci il tarixdə “Töhmət” elan olunmaqla, ##.##.2020-cı il tarixdə 05 gün CT, ##.##.2022-ci il tarixdə 07 gün CT, ##.##.2022-ci il tarixdə 10 gün CT və ##.##.2022-ci il tarixdə 10 gün CT keçirilməklə beş dəfə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə, onun cəzasının çəkilməmiş hissəsi 07 (yeddi) ay 16 (on altı) gün təşkil edir. Həmçinin, məhkəmə iclasında verdiyi izahatı ilə məhkum əməlindən peşmançılıq çəkməsinə və islah olunduğuna məhkəmədə inam yaratmamışdır, bu isə məhkumun tam islah olunmamasını və ona tətbiq edilən cəzanın məqsədinə nail olunmamasını göstərir. Məhkəmə hesab etmişdir ki, müsbət xarakterizə olunmaq anlayışı daha geniş məna kəsb etdiyindən və Cəzaların Icrası Məcəlləsi məhkumdan cəzanın çəkildiyi dövrdə başqa məsələlər üzrə də müsbət nəticələrə çatmağı tələb etdiyindən, məhkumun müsbət xarakterizə olunması barədə tələbi yalnız davranış və əməyə münasibətilə məhdudlaşdırmaq olmaz. Məhkəmə şəxsi iş materiallarını tədqiq edib və məhkumu dinləyərək, öz daxili inamını rəhbər tutub belə hesab edir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamış və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür. Bundan başqa, məhkumun əməlin ictimai təhlükəliliyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, məhkumun törətmiş olduğu ağır cinayət əməlinə görə ona təyin olunmuş 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının qanunla müəyyən edilmiş 2/3 hissəsindən çox hissəsini çəkməsi onun şərti olaraq, vaxtından əvvəl azad edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, məhkəmə cinayət qanunvericiliyinin müddəalarını rəhbər tutaraq, daxil olmuş ərizəni, cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsini, tərəflərin çıxışlarını, cəzasının çəkilməmiş hissəsinin 07 (yeddi) ay 16 (on altı) gün təşkil etməsini, cəza çəkdiyi müddətdə məhkum Məhkum barəsində ##.##.2018-ci il tarixdə “Töhmət” elan olunmaqla, ##.##.2020-cı il tarixdə 05 gün CT, ##.##.2022-ci il tarixdə 07 gün CT, ##.##.2022-ci il tarixdə 10 gün CT və ##.##.2022-ci il tarixdə 10 gün CT keçirilməklə beş dəfə tənbeh tədbiri tətbiq edilməsini, mülahizədə qeyd olunan mənfi cəhətlərə malik olmasının şəxsi işində olan sənədlərlə öz əksini tapdığını və onun islah yolunda olmamasını nəzərə alıb hesab edir ki, məhkum Məhkum ərizəsi təmin edilməməlidir.. Məhkəmə “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1ci və 2-ci bəndlərinin hüquqi mövqeyinə əsasən, qeyd etmişdir ki, qanunla müəyyən edilmiş müddətin çəkilməsi avtomatik və şərtsiz olaraq cəzanın yüngülləşdirilməsinə səbəb olmur. Məhkəmə hər bir işə fərdi yanaşmalı, məhkumun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini, cəzanın məqsədlərinə nail olunub-olunmadığını hərtərəfli qiymətləndirməlidir. Məhkəmənin bu sahədəki səlahiyyəti imperativ deyil, diskresion xarakter daşıyır və qərar qəbul edərkən bütün halların məcmusunu vicdanlı şəkildə qiymətləndirməlidir. Cəzanın təyini zamanı göstərilmiş əhəmiyyətli yüngülləşdirmənin cəzanın icrası mərhələsində cəzanın tam çəkilməməsi yolu ilə tamamlanması, təyin edilmiş cəzanın məqsədlərinin – sosial ədalətin bərpası və cəzanın çəkindirici təsirinin tam reallaşmasına xələl gətirə bilər. Törədilmiş əməlin yüksək ictimai təhlükəliliyi və ona görə artıq tətbiq edilmiş cəza nəzərə alındıqda, cəzanın çəkilməmiş hissəsindən azad edilməsi cəmiyyətdə bu növ cinayətlərə görə cəzasızlıq hissi yarada bilər. Məhkəmə hər bir halda Ədliyyə Nazirliyinin müvafiq komissiyasının rəyi ilə mənfi xarakterizə olunmasını da nəzərə alır və hazırkı vaxtda məhkumun islah edilməməsi qənaətinə gəlir. Hesab edilmişdir ki, hazırkı vaxtda məhkumun azad edilməsi analoji cinayəti törətmək niyyətində olan şəxslər arasında cəzasızlıq hissi yarada bilər və bir növ stimul verə bilər. Mülahizə diqqətlə nəzərdən keçirilərkən müəyyən olunur ki, şəxs islah olmamış, X2nı pozmuşdur. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkum Məhkum ona təyin olunmuş cəzanın vaxtından əvvəl şərti olaraq azad olunması üçün müəyyən müddətini çəkmiş olsa da, məhkəmə onun tam islah olunmaması qənaətinə gəlinmişdir. Belə ki, məhkum Məhkum barəsində cəza çəkdiyi müəssisə tərəfindən mənfi mülahizə verilmiş, məhkumun şəxsi iş materiallarını onun barəsində verilmiş mülahizə ilə əlaqəli şəkildə tədqiq edərək, məhkumun çəkdiyi cəza müddəti ilə cəzanın məqsədinə nail olunmaması qənaətinə gəlir. Məhkəmə belə bir nəticəyə gələrkən onun törətdiyi cinayətin ictimaitəhlükəliliyini və xarakterini əsas tutur. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Məhkum müəssisə rəhbərliyi tərəfindən mənfi xarakterizə olunur, barəsində 5 dəfə tənbeh tədbirləri tətbiq edilmişdir. Qeyd olunan səbəblərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası Məhkum cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialları ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun islah prosesi ilə bağlı verilən zəruri tövsiyələrdən düzgün nəticə çıxarmadığını, cəzanın icrası və çəkilməsinin qayda və şərtlərinə riayət etmədiyini, cəzaçəkmə müəssisəsinin məhkum barədə mənfi mülahizəsini nəzərə alaraq və cəza çəkdiyi müddətdə islah olunmadığı qənaətinə gələrək hesab edir ki, Məhkum hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq deyildir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, onun ərizəsinin təmin edilməsindən əsaslı olaraq imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum oğlunun barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkumun şəxsi işi araşdırılarkən onun islah olunmağa cəhd belə göstərmədiyi qənaətinə gəlinir. Mülahizəyə əsasən qeyd olunur ki, məhkum Məhkum barəsində tətbiq olunan tənbeh tədbirləri, cəza tədbirlərindən özü üçün müsbət nəticə çıxarmayaraq müəssisə qaydalarını mütəmadi qaydada pozmağa səy göstərmişdir. Belə ki, məhkum daxili intizam qaydası pozuntusuna yol verdiyinə görə barəsində ##.##.2018-ci il tarixdə “Töhmət” elan olunmaqla, ##.##.2020-cı il tarixdə 05 gün CT, ##.##.2022-ci il tarixdə 07 gün CT, ##.##.2022-ci il tarixdə 10 gün CT və ##.##.2022-ci il tarixdə 10 gün CT keçirilməklə beş dəfə tənbeh tədbiri tətbiq edilmiş, məhkum barəsində xüsusi qaydada tərbiyə işi belə nəticə verməmişdir. Göründüyü kimi, məhkum Məhkum islah edilməsi mümkün olmamış və onun müəssisənin normal iş fəaliyyətini pozmağa cəhd göstərdiyi, cəzaların icrası qaydasını mütəmadi qərəzli və kobud surətdə pozduğu səbəbindən barəsində müxtəlif vaxtlarda tənbeh tədbirləri tətbiq edilmişdir. Qeyd edilən səbəblərdən müəssisə rəhbərliyi məhkum Məhkum mənfi xarakterizə olunduğunu nəzərə alıb cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədəuyğun hesab etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, məhkum Məhkum cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mənfi mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunmaması müəyyən olunur. Məhkumun şikayətdə göstərdiyi dəlillərlə bağlı qeyd olunur ki, təkcə cəzasının qanunla nəzərdə tutulan hissəsini çəkməsi özlüyündə cəzadan şərti azad olunması barədə ərizəsinin təmin olunması üçün yetərli deyildir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq, məhkum barəsində verilmiş mülahizəni, məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin Məhkum cəzasından vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Cavid Hüseyn Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar