Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-791/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, Məhkum Məhkum, Müdafiəçilər Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və «Alyans” Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, ## ######## 1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 5/64, mənzil 34-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan. məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair məhkumun ərizəsinin təmin olunmasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı ilə ərizənin təmin edilməsi, ## ######## 1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 5/64, mənzil 34-də qeydiyyatda olan və ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 6 (altı) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, Məhkum üzərində nəzarətin onun yaşayış yeri üzrə Icra və Probasiya şöbəsinə tapşırılması, Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən icra məmuruna məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, qərarın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Prokuror apellyasiya protesti verərək, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsi haqqında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilərək ərizənin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-cil il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1,234.4.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci və 69.3-cü maddəsi tətbiq edilməklə 6 il 11 ay 28 gün il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkumun şəxsi işindən görünür ki, Məhkum ##.##.2021-ci il tarixdən ** saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir, cəzasının əvvəli ##.##.2021-ci il, ##.##.2028-ci il tarixdə isə cəzası sona çatır. Məhkəmə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəyə baxarkən məhkumun törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun əməyə və təhsilə münasibətini, məhkumun törətdiyi əmələ münasibətini, o cümlədən azadlığa çıxdıqdan sonra yaşayış şəraitini, azadlığa buraxılmanın nəticələri ilə bağlı potensial risklər və onların azaldılması ilə bağlı məqamları, dövlətin və cəmiyyətin maraqlarını, əhalinin sağlamlığa əlehinə cinayət törətmiş şəxslərin antisosial meyli insanlar olmasını, cəmiyyətin bu tipli şəxslərdən qorunmasının vacibliyini, məhkumun davranışını xarakterizə edən digər məlumatları araşdırmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Belə olan halda, məhkum Məhkum cəzaçəkmə müddətində davranışının ümumilikdə müsbət qiymətləndirilməsi və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından məhkumun ərizəsinin təmin edilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə məhkəmənin gəldiyi nəticəsini əsassız hesab edirəm. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Ona görə də, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun törətdiyi cinayətə münasibətinin təzahür formasına xüsusi diqqət yetirməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən isə məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Lakin məhkumun törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə maneə ola bilər. Qanunverici həmin normanın tətbiq olunmasını şəxsin cəzaçəkmə müddətində davranışı, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də, məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun cəzasının qalan hissəsini çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Bundan başqa, müəyyən edilmişdir ki, məhkəmə tərəfindən Avropa Şurasının Nazirlər Komitəsinin cəzaların icrası zamanı məhbusların cəmiyyətə qayıdışa hazırlıq məqsədilə penitensiar siyasətin həyata keçirilməsində ümumi prinsiplərə riayət etməyin və onların təkmilləşdirilməsinin vacibliyinə dair X5 və vaxtından əvvəl azad etmə barədə R (2003) ** saylı tövsiyələrində qeyd olunan ədalətli araşdırmaya dair prinsipi nəzərə almamışdır. Bu tövsiyələrin nəzərə alınmaması öz növbəsində Azərbaycan Respublikasının Cəzaların icrası Məcəlləsində nəzərdə tutulmuş məhkumların qanun qarşısında bərabərliyi və hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında müraciətlərə ədalətli və obyektiv baxılması, cəzanın islahedici təsirinin gücləndirilməsi, islah edilmə vasitələrinin tətbiqinin qanuniliyinin və digər prinsiplərin pozulmasına səbəb olmuşdur. Bütün bunlar isə cəzaçəkmə müəssisəsinin Məhkum barəsindəki mülahizəsinin obyektiv həqiqəti əks etdirmədiyinə, faktlara əsaslanmadığına və ümumi ifadələrdən ibarət olduğuna və onun hazırda islah olunmadığına dəlalət edir. Göründüyü kimi, məhkəmə cəzaçəkmə müəssisəsinin formal xarakter daşıyan həmin müsbət mülahizəsinə istinad etməklə, məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 apellyasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından protestin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçi müdafiəçi2 verilmiş apellyasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından protestin təmin edilməməsini, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum müdafiəçisi müdafiəçi1 yazılı etiraz təqdim etmiş, verilmiş apellyasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından protestin təmin edilməməsini, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestin təmin edilməsi barədə və müdafiə tərəfinin isə protestin təmin edilməməsi barədə çıxışlarını, dinləyərək, belə hesab edir ki, apellyasiya protesti təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən məhkum Məhkum barəsində verilmiş ##.##.2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Məhkum ##.##.2021-ci il tarixdən müəssisəyə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Məhkum xaraktercə dinamikdir, aktivdir, təşkilati tədbirlərdə fəaldır. Ünsiyyətcildir, məhkum yoldaşları ilə ünsiyyət dairəsi genişdir. Tərbiyəvi və mədəni-kütləvi tədbirlərdə iştirak edir. Törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini dərk edir, peşmanlığını ifadə edir. Ailə üzvləri ilə əlaqə saxlayır. Cəza müddəti ərzində rejim qaydalarını pozmamışdır, nümunəvi davranışı, əməyə müsbət münasibəti, mədənikütləvi tədbirlərdə və abadlıq işlərində fəal iştirakı nəzərə alınaraq barəsində aşağıda qeyd olunan həvəsləndirmə tədbiri tətbiq olunmuşdur: 1. Nümunəvi davranışına və "08 mart- Beynəlxalq Qadınlar günü” münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2022-ci il tarixli əmrlə "Təşəkkür" elan olunmuşdur. 2. Nümunəvi davranışına və "Ramazan bayramı” münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2022-ci il tarixli əmrlə "Əlavə qısamüddətli görüş verilməklə" elan olunmuşdur. 3. Nümunəvi davranışına və "18 oktyabr-Müstəqillik günü” münasibətilə mədənikütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2022-ci il tarixli əmrlə "Təşəkkür" elan olunmuşdur. 4. Nümunəvi davranışına və "28 may-Respublika günü” münasibətilə mədəni - kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2023-cü il tarixli əmrlə "Əlavə telefon danışığı verilməklə" elan olunmuşdur. 5. Nümunəvi davranışına və "Novruz bayramı” münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2024-cü il tarixli əmrlə "Təşəkkür" elan olunmuşdur. 6. Nümunəvi davranışına və "08 noyabr-Zəfər günü” münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2023-cü il tarixli əmrlə "Əlavə telefon danışığı" elan olunmuşdur. 7. Nümunəvi davranışına və "01 sentyabr- Parlament seçkilərinin keçirilməsi prosesində" təşkilati, təmizlik, abadlıq işlərində fəal iştirakına görə ##.##.2024- cü il tarixli əmrlə "Əlavə sovqat, bağlama və ya banderol" elan olunmuşdur. 8. Nümunəvi davranışına və "08 noyabr-Zəfər günü" münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2024-cü il tarixli əmrlə "Yaxşılaşdırılmış saxlanılma şəraitinə keçirilməklə" elan olunmuşdur. 9. Nümunəvi davranışına və "08 noyabr-Zəfər günü" münasibətilə mədənikütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2025-ci il tarixli əmrlə "Təşəkkür" elan olunmuşdur. Hökm üzrə 138,44 manat ekspertiza borcu ödənilmişdir. 2022, 2023, 2024,2025-ci ilin illik xasiyyətnaməsi üzrə müsbət xarakterizə olunur. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsis edilmiş "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya"nın iclasında müzakirə edilmiş, ##.##.2026-ci il tarixli ** nömrəli protokolla barəsində müsbət rəy bildirilmişdir. Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının müsbət rəyini (müsbət xarakterizə olunmasını) nəzərə alaraq onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəuyğun hesab edilir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2021-ci il tarixli, *(***)-***/**** saylı hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CMin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-in 234.1ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, onun ## ###### 2021-ci il tarixdən ## ###### 2021-ci il tarixədək, yəni 2 (iki) gün müddətə həbsdə saxlanılması, təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılmış və onun üzərində 6 (altı) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Məhkumun şəxsi işindən görünür ki, Məhkum cəzasının əvvəli ##.##.2021-ci ildən başlayır, ##.##.2028-ci il tarixdə isə cəzası sona çatır. Iş materiallarından da görünür ki, məhkum Məhkum cəzasının çox hissəsini çəkmiş və cəzaçəkmə müəssisəsi tərəfindən müsbət xarakterizə olunmuşdur. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, əsaslı olaraq onun ərizəsini təmin etmişdir. Belə ki, məhkumun şəxsi işində olan məlumatlar məhkəmə tərəfindən tədqiq edilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin mülahizəsində göstərilənlərin həmin məlumatlarla təsdiq olunduğu müəyyən olundu, şəxsi işindən də göründüyü kimi məhkumun davranışı cəza çəkdiyi müddət ərzində müsbətə doğru dəyişmişdir. Qanunun mənasına görə isə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəzaçəkmə müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırkı iş üzrə hər iki əsas mövcuddur. Bu hallara törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi daxil deyil, təqsirləndirilən şəxslərin törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi qanuna əsasən onlara cəza təyin edilərkən nəzərə alınır. Qeyd olunanlar müəssisənin məhkumun barəsində verdiyi mülahizənin formal xarakter daşımadığı, reallığı əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Adıçəkilən qərarda, həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkumun şəxsi iş materiallarına və cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəyə əsasən məhkumun cəza çəkdiyi dövrə nəzər saldıqda görünür ki, Məhkum ona təyin edilmiş cəzanın çox hissəsini çəkmişdir. Məhkum barəsində cəza çəkdiyi müddət ərzində tənbeh tədbiri tətbiq olunmamış, barəsində həvəsləndirmə tədbiri tətbiq edilmiş, daxili rejim qaydalarına düzgün əməl etmişdir. Belə ki, məhkum barəsində aşağıda qeyd olunan həvəsləndirmə tədbiri tətbiq olunmuşdur:
1. Nümunəvi davranışına və "08 mart-Beynəlxalq Qadınlar günü” münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2022-ci il tarixli əmrlə "Təşəkkür" elan olunmuşdur. 2. Nümunəvi davranışına və "Ramazan bayramı” münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2022-ci il tarixli əmrlə "Əlavə qısamüddətli görüş verilməklə" elan olunmuşdur. 3. Nümunəvi davranışına və "18 oktyabr- Müstəqillik günü” münasibətilə mədəni- kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2022-ci il tarixli əmrlə "Təşəkkür" elan olunmuşdur. 4. Nümunəvi davranışına və "28 may- Respublika günü” münasibətilə mədəni - kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2023-cü il tarixli əmrlə "Əlavə telefon danışığı verilməklə" elan olunmuşdur. 5. Nümunəvi davranışına və "Novruz bayramı” münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2024-cü il tarixli əmrlə "Təşəkkür" elan olunmuşdur. 6. Nümunəvi davranışına və "08 noyabr-Zəfər günü” münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2023-cü il tarixli əmrlə "Əlavə telefon danışığı" elan olunmuşdur. 7. Nümunəvi davranışına və "01 sentyabr-Parlament seçkilərinin keçirilməsi prosesində" təşkilati, təmizlik, abadlıq işlərində fəal iştirakına görə ##.##.2024- cü il tarixli əmrlə "Əlavə sovqat, bağlama və ya banderol" elan olunmuşdur. 8. Nümunəvi davranışına və "08 noyabr-Zəfər günü" münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2024-cü il tarixli əmrlə "Yaxşılaşdırılmış saxlanılma şəraitinə keçirilməklə" elan olunmuşdur. 9. Nümunəvi davranışına və "08 noyabr-Zəfər günü" münasibətilə mədənikütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə ##.##.2025-ci il tarixli əmrlə "Təşəkkür" elan olunmuşdur. Hökm üzrə 138,44 manat ekspertiza borcu ödənilmişdir. 2022, 2023, 2024,2025-ci ilin illik xasiyyətnaməsi üzrə müsbət xarakterizə olunur. Digər tərəfdən qanunun tələbinə görə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəzaçəkmə müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırkı iş üzrə təqdim edilmiş mülahizədən, məhkumun şəxsi iş materiallarından hər iki əsasın mövcud olması təsdiq edilmişdir. Apellyasiya protestinin dəlillərindən biri kimi Məhkum barəsində verilmiş müsbət mülahizənin formal xarakterli olmasının şübhə doğurması göstərilsə də, məhkəmə kollegiyası, bununla bağlı vurğulayır ki, Məhkum barəsində təyin edilmiş cəza müddətinin yarısından çoxunu həqiqətən çəkməsi, tənbeh tədbirinin tətbiq edilməməsi, həvəsləndirmə tətbirinin olması, himayəsində bir azyaşlı uşağının olması, müsbət xarakterizə olunması, mədəni-kütləvi tədbirlərdə iştirakı, əməyə olan müsbət münasibəti islah olunmuş məhkum kimi xarakterizə olunmasına əsas verir. Bu isə, öz növbəsində sonuncunun ətrafındakılara və özünə müsbət münasibətinə dəlalət edir. Iş materiallarına əlavə edilmiş AA******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, məhkum Məhkum himayəsində ##.##.2017-ci il təvəllüdlü azyaşlı X1 adlı övladı var. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti əsassız olduğundan təmin olunmamalı və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin olunmasın. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin məhkum Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə *(*-***)-***/**** saylı, ## ### 2026-cı tarixli qərarı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. «Alyans” Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq “Alyans” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Cavid Hüseyn Habil Məmmədov