Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-792/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası Hakimlər – Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X1 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1, məhkum – Məhkum iştirakları ilə məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunması haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarından verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim V.R.Qurbanov) ## ### 2026-cı il tarixli qərarı ilə, ## #### 2002-ci ildə Quba rayonunun Davidoba kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, Quba rayonunun Davidoba kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 0Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. İşin halları: Daxil olmuş icraat materiallarından və məhkəmə sənədlərindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ##.##.2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmə sənədlərinə əsasən, məhkum Məhkum cəzaçəkmə müddəti ##.##.2027-ci il tarixdə başa çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 0Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və ərizə təmin olunmuşdur. Qərardan cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Prokuror apellyasiya protesti verərək, Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunması haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv edilərək, ərizənin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protestinun dəlilləri və tərəflərin çıxışları: Protest onunla əsaslandırılmışdır ki, məhkumun törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, dövlətin və cəmiyyətin maraqlarını, məhkumun davranışını xarakterizə edən digər məlumatları araşdırmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Həmçinin, mülahizədə Məhkum müəssisədə keçirilmiş mədəni, kütləvi tədbirlərdə fəallıq göstərilsə də, onun məhz hansı tədbirlərin keçirilməsində iştirak etməsi və hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, məhkumun CÇM-da rejim qaydalarına riayət və əməl etməsi, özünü nümunəvi aparması qanunvericiliklə onun hüququ kimi deyil, vəzifəsi kimi təsbit edilmişdir. Həmçinin, müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün hər bir məhkum cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul olmalı, faydalı əməyə cəlb edilməlidir. Belə olan halda, məhkumun öz vəzifələrinin yerinə yetirərək rejim qaydalarına riayət etməsi, özünü nümunəvi aparması, əməklə məşğul olması onun müsbət xarakterizə olunması üçün yetərli və əsas ola bilməz. ##.##.2026-cı il tarixdə məhkəmə tərəfindən qərar qəbul ediliyi gün məhkum Məhkum cəzasının çəkilməyən hissəsi 1 il 6 ay 1 gündür, onun bu müddətlə ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli çəzaməkmə müəssisəsinə keçirilməsi əslində cəzanın məqsədlərinə nail olunmasına maneə törədə bilər. Məhkəmə tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi, cinayətin təsnifatı, qəsdən törədilən əmələ münasibətdə cəzanın qalan hissəsinin çox olması da nəzərə alınmamışdır. Məhkəmə iclasında prokuror X2 apellyasiya protestini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya protestini iş üzrə toplanmış icraat materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, protesti təmin edilməməli və iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 56-cı maddəsinə əsasən, cəzaçəkmə müəssisəsinin növü hökmün icrası qaydasında dəyişdirilə bilər. Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssisəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası CİM-nin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.4-cü maddəsinə əsasən, az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. Göründüyü kimi, qanunverici məhkumun cəzasının qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün cəzanın qanunla müəyyən edilmiş hissəsinin çəkilməsini, məhkumun müsbət xarakterizə edilməsini, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürmüşdür. Cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi üçün iki hal - məhkumun qanunla müəyyən olunmuş cəzanı çəkməsi və müsbət xarakterizə olunması mövcud olmalıdır. İş materiallarından görünür ki, məhkum Məhkum qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzasının çox hissəsini çəkmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 0Təqdimat verən orqan tərəfindən verilmiş mülahizədən görünür ki, məhkum Məhkum ##.##.2022-ci il tarixdən müəssisəyə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Məhkum xaraktercə dinamikdir, aktivdir, fiziki potensialı səmərəli istiqamətləndirilmişdir. Təşkilati tədbirlərdə fəal iştirak edir, könüllü olaraq təsərrüfat xidmətində əməyə cəlb edilmişdir, bundan əlavə ##.##.2024-cü il tarixdən tikiş sexində “dərzi” işində çalışır, zəhmət sevərdir, əməyə vicdanla yanaşır. Tərbiyəvi və mədəni-kütləvi tədbirlərdə iştirak edir. Törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini dərk edir, peşmanlığını ifadə edir. Ailə üzvləri ilə əlaqə saxlayır. Cəza müddəti ərzində rejim qaydalarını 1 dəfə pozmuş, 8 dəfə həvəsləndirilmişdir. Məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsis edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü iləəvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya”nın iclasında müzakirə edilmiş, ##.##.2026-cı il tarixli ** nömrəli protokolla barəsində müsbət rəy bildirilmişdir. Məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli **/**** saylı Qərarının birinci bəndinin hüquqi tövsiyyəsinə görə, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmənin təyin etdiyi cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi həm məhkumların islah olunmaları üçün, həm də qanunla və normativ hüquqi aktlarla müəyyən olunmuş cəzaçəkmə müəssisələrində rejimə riayət olunmasına stimul yaradır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Həmçinin, qərarda qeyd olunur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanınn çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə dövründə davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Apellyasiya protestinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində məhkum Məhkumnun barəsində verilmiş mülahizənin əsaslılığı və müraciətin təmin olunub-olunmaması məsələsi araşdırılarkən, Plenumun qərarında vurğulanan hüquqi tövsiyyələr, məhkumun cəza çəkdiyi müddətdə nümayiş etdirdiyi davranış və digər hallar bir-biri ilə əlaqəli şəkildə təhlil olunmuş və nəzərə alınmışdır. Məhkəmə kollegiyas, Ali Məhkəmənin yuxarıda qeyd olunan Plenum qərarının (məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidir) hüquqi tövsiyyəsini nəzərə alaraq, məhkum Məhkumnun barəsində verilmiş mülahizədə və digər sənədlərdə qeyd olunan məlumatları müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, məhkumun məntəqə tipli cəzaçəkmə müəssəsinə keçirilməsinin məqsədəuyğun hesab edilməsi, cəza çəkdiyi müddətdə müsbət davranışın mühüm göstəricisi kimi qiymətləndirilməli və nəzərə alınmalıdır. Məhkəmə kollegiyası apellyasiya qaydasında araşdırılmış iş materiallarına və qanunvericiliyin tələbinə əsasən qeyd edir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi formalaşdığından, cəzasının qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Göstərilənlərə və məhkumu xarakterizə edən məlumatlara münasibətdə, Məhkumnu cəzasının qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya protesti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya protesti təmin edilməsin. Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 məhkum Məhkum hüquqların məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 11 (on bir) saat üçün cəmi 121 (yüz iyirmi bir) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı vəkil bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-792/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-792/2026
22.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver