Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-797/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrliyi və məruzəsi ilə), Əhmədov Zəfər Vahid oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, prokuror – Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, məhkum Osmanov İslam İsa oğlunun, müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ## ###### 1995-ci il tarixdə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan cəza çəkən məhkum Osmanov İslam İsa oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan cəza çəkən məhkum Osmanov İslam İsa oğlu ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı ilə məhkum Osmanov İslam İsa oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini, şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cəzasının dörddə üç hissəsini çəkmişdir. Qərarı ədalətsiz, qanunsuz hesab edir. Təqdimat verən orqan bütün tərbiyəvi tədbirlərdə fəal iştirak edir. Cəza çəkdiyi müddətdə heç bir daxili rejim qaydalarının pozuntusuna yol verməmişdir. Təhsilə, əməyə, birgə yaşayış qaydalarına hörmətlə yanaşmışdır. Davranışı bütün islah normalarına cavab verir. Müvafiq komissiyanın müsbət rəyini almışdır. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən prokuror məhkumun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli qərarı ilə bir dəfə vaxtından əvvəl 8 ay 24 gün müddətinə azad olunduğunu, az müddət keçməsinə baxmayaraq yenidən oğurluğa görə həbs olunduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçinin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-***/**** saylı hökmündən görünür ki, Osmanov İslam İsa oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərə tutulmuş əməli cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli qərarı ilə cəzadan 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün şərti olaraq vaxtından əvvəl etmə ləğv edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq edilməklə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2023-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi azadlıqdan məhrum etmə cəzasının 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün hissəsi ilə qismən birləşdirilərək hökmlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarından görünür ki, Osmanov İslam İsa oğlu barəsində “Konstitusiya və Suverenlik İli münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarı tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəi 06 ay azaldılmışdır. Cəzasının sonu ## ######## 2026-cı ildir. ## ### 2026-cı il tarixli mülahizədən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan tərəfindən məhkum Osmanov İslam İsa oğlu barəsində müsbət mülahizə verilərək, məhkum Osmanov İslam İsa oğlunun cəzasının 3/4 hissəsini çəkdiyini, müsbət davranışını və müvafiq Komissiyanın müsbət rəyi nəzərə alınaraq, onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədə müvafiq hesab olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı komissiyasının ## ### 2026-cı il tarixli iclas protokolundan görünür ki, Osmanov İslam İsa oğluna müsbət rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir. 2024-cü il üçün olan illik xasiyyətnamədən görünür ki, məhkum Osmanov İslam İsa oğlu islah yoluna qədəm qoymağa cəhd göstərmir. 2025-ci il üçün olan illik xasiyyətnamədən görünür ki, məhkum Osmanov İslam İsa oğlu islah yoluna qədəm qoymağa səy göstərmir. Birinci instansiya məhkəməsində Penitensiar Xidmətin Təqdimat verən orqan nümayəndəsi mülahizənin məzmununa uyğun çıxış edərək göstərmişdir ki, məhkum Osmanov İslam İsa oğlu Təqdimat verən orqan ## ######## 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasından qəbul olunmuşdur. Məhkum müəssisəyə daxil olduğu gündən ona cəzaçəkmə müəssisəsinin daxili intizam qaydaları ilə yanaşı, hüquq və vəzifələri izah olunmuş, yataq yeri ilə təmin edilmiş, fərdi tərbiyəvi söhbətlər aparılmışdır. Məhkuma iş planı tərtib edilərkən onun fərdi xüsusiyyətləri, törətmiş olduğu cinayətin səbəbləri nəzərə alınmışdır. Məhkumun şəxsi işindən göründüyü kimi cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmiş, daxili rejim qaydalarını pozmamış, intizam tənbeh tədbiri tətbiq edilməmişdir. Törətdiyi cinayət əməlinin ağırlığını dərk edir və səmimi peşmanlıq hissi keçirdiyini bildirir, xasiyyətcə sakitdir. Məhkum yoldaşları ilə mehriban ünsiyyət saxlayır. Məhkumun əməyə və təhsilə münasibəti yaxşıdır. Hökm üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 manat ödənib. Ailə üzvləri ilə görüş və məhkumlar üçün nəzərdə tutulmuş telefon vasitəsi ilə əlaqə saxlayır. Yuxarıda qeyd olunanları, məhkum Osmanov İslam İsa oğlunun cəzasının 3/4 hissəsini çəkdiyini, müsbət davranışını və müvafiq Komissiyanın müsbət rəyi nəzərə alınaraq onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Həmin Məcəllənin 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. İstənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin Qərarda qeyd olunmuşdur ki, “qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunmasını, davranışını, əməyə münasibətini, islah olunmasını nəzərə almalıdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “Osmanov İslam İsa oğlu əvvəllər cinayət törətməsinə və məhkəmənin qərarı ilə ona təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq islah olunmamış, yenidən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqdimat verən orqan tərəfindən verilmiş mülahizədə sadalanan hallar şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması üçün şərtsiz əsas deyildir. Müəssisə rəhbərliyi tərəfindən tərtib olunmuş mülahizə məhkumun tam islah olunması qənaətinə gəlməyin hüquqi əsasını təşkil edə bilməz. Məhkəmə Osmanov İslam İsa oğlunun daha əvvəllər də oğurluq cinayəti törətməsini, məhkəmənin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsini və cəza müddəti başa çatdıqdan sonra yenidən eyni cinayət əməlini törətməsini nəzərə almaqla, şəxsin islah olunmaq üçün ona təyin edilmiş cəzanı tam çəkməsini zəruri hesab edir. Məhkumun cəza çəkdiyi müddət ərzində daxili rejim qaydalarını pozmaması və barəsində tənbeh tədbirinin tətbiq edilməməsi onun hazırkı halda törətdiyi əməldən peşman olması və islah olunduğu kimi qəbul edilə bilməz. Qanunvericiliyin tələblərinə əsasən, məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırkı halda məhkum barəsində tərtib edilmiş tələbnamədən və şəxsi işindən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Mülahizədə də məhkumun islah olunduğu göstərilməmiş, sadəcə barəsində formal hallar sadalanmışdır. Məhkumun cəzadan vaxtından əvvəl azad edilməsi barədə məhkəməyə ünvanladığı ərizədə də törətdiyi əməldən peşmanlıq çəkməsini, islah olunmasını göstərməmiş, sadəcə cəzasının dörddə üç hissəsini çəkdiyi üçün cəzadan vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Cəzaçəkmə müəssisəsinin məhkuma tətbiq etdiyi həvəsləndirmə tədbirlərinə dair qərarlarda məhkumun müsbət xarakterizə edilməsinin, davranışının, əməyə münasibətinin nədən ibarət olması ümumiyyətlə göstərilməmişdir. Məhkəmə Osmanov İslam İsa oğlunun islah prosesi ilə bağlı verilən zəruri tövsiyələrdən düzgün nəticə çıxarmadığını, islah yoluna qədəm qoymağa ciddi səy göstərmədiyini, əməyə və təhsilə münasibətinin qənaətbəxş olmamasını nəzərə alaraq və cəza çəkdiyi müddətdə tam islah olunmadığı qənaətinə gəlmişdir”. Apellyasiya baxışı zamanı məhkum daxili qaydaların pozuntusuna yol vermədiyini və barəsində intizam tənbeh tədbirləri tətbiq edilmədiyini göstərmişdir. Tənbeh tədbirləri cəzanın icrası qaydalarını pozan məhkumlar barəsində tətbiq edilir. Cəzanın icrası qaydalarına əməl etmək isə məhkumun vəzifəsidir və məhkum barəsində tənbeh tədbirlərinin tətbiq edilməməsi onun müsbət xarakterli sayılması üçün özlüyündə birmənalı əsaslı hal deyildir. Həmçinin görünür ki, həvəsləndirmə tədbirləri nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə məhkumlara tətbiq edilir. Beləliklə, məhkumun müsbət xarakterli qiymətləndirilməsində həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi müəyyən əhəmiyyətə malikdir və hazırda məhkum barəsində cəza çəkdiyi 1 il 11 aya yaxın müddətində ümumiyyətlə həvəsləndirmə tədbiri tətbiq edilməmiş və hansı əsaslarla digər məhkumlardan fərqləndiyi əsaslandırılmamışdır. Məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Əks təqdirdə, bu şərt ödənildiyi halda cəzadan vaxtından əvvəl azad olunması üçün yetərli hesab olunmaqla, qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Göründüyü kimi, məhkumun şəxsi işində o, artıq islah yoluna qədəm qoymuş məhkum kimi xarakterizə olunmamışdır. Belə ki, məhkum barəsində 2024-cü illik xasiyyətnamədən görünür ki, məhkum Osman İslamov müəssisəyə gəldikdən sonra əməyə cəlb edilməyib və əməyə münasibəti normal deyil. Məhkumlar arasında özünü normal aparmağa çalışmır. Dəstədə keçirilən tərbiyəvi tədbilərdə iştirak etmir. X5 iştirak etmir. Törətdiyi cinayətə münasibətində isə peşman olmadığını bildirir. Xasiyyətcə qeyri-səmimidir. Ailə üzvləri və qohumları ilə münasibətinin normal olduğunu bildirir. Nəticədə isə Osmanov İslam İsa oğlu islah yoluna qədəm qoymağa cəhd göstərmir. 2025-ci illik xasiyyətnamədə isə məhkum Osman İslamovun əməyə münasibətinin mənfi olduğu, məhkumlar arasında özünü intizamsız apardığı, Dəstədə keçirilən tərbiyəvi tədbirlərə, X5 iştirak etmədiyini, törətdiyi cinayəti etiraf etmədiyi, xasiyyətcə qapalı olduğu, ailə üzvləri və yaxın qohumları ilə isə telefon danışığı görüş vasitəsilə əlaqə saxladığını görünür. Nəticədə isə Osmanov İslam İsa oğlu islah yoluna qədəm qoymağa cəhd göstərmir. Məhkumun cəza çəkdiyi 2 il ərzində tərtib olunmuş hər iki illik xasiyyətnamə onu tam mənfi xarakterizə etsə də, Ədliyyə Nazirliyinin müvafiq komissiyasının rəyinə əsaslanan cəzaçəkmə müəssisəsi xasiyyətnamələrə tam zidd olaraq məhkumun müsbət xarakterizə edilməsi qənaətinə gəlmişdir. Mülahizədə onun xasiyyətcə sakit olması göstərilsə də, göstərilən hallar illik xasiyyətnamələrlə təsdiqini tapmır. Digər tərəfdən, həmin hal da özlüyündə şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas deyil. Həmçinin əməyə və təhsilə münasibətinin yaxşı olması qeyd olunsa da, göstərilən ümumi və şablon şəkildə ifadə olunan bu fikirlər də öz təsdiqini tapmır. Bundan başqa, onun dəstədə keçirilən mədəni-kütləvi və tərbiyə tədbirlərində iştirak etməsi, asudə vaxtını səmərəli təşkil etməyi kimi hallarla bağlı mülahizədə ümumiyyətlə hər hansı qeyd edilməsə də, illik xasiyyətnamələrə görə həmin tədbirlərdə iştirak etmədiyi müəyyyən edilir. Digər tərəfdən, məhkumun ailə üzvləri ilə əlaqə saxlaması onun islah olunmasına dair sübut hesab edilməməklə yanaşı, məhkum yoldaşları və müəssisə əməkdaşları ilə davranışda da etik qaydalara riayət etmək məhkumun vəzifəsidir. Müvafiq izahdan göründüyü kimi, cəzaçəkmə müəssisəsinin mülahizəsi belə yekun qənaətə gəlməkdə məhkəmə üçün birmənalı əsas olmamışdır, Ədliyyə Nazirliyinin müvafiq komissiyasının müsbət rəyinin həlledici təsiri isə ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmur. Faktiki olaraq, bu mülahizəyə əsasən məhkum barədə ilkin olaraq komissiyanın nəticəyə gəldiyi görünür. Belə olan halda komissiyanın hansı sənədlərə və ya hallara istinad etməsi qeyri-müəyyəndir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən də İslam Osmanova cəza təyin edilərkən cinayətlərin residivinin də cəzanı ağırlaşdıran hal kimi nəzərə alındığı görünür. Nəhayət, təhlil olunan işdən aydın olur ki, məhkumun islah olunması qənaətinə gəlinmir və bu halda cəzanın müvafiq hissəsinin çəkilməsi şərti olaraq vaxtından əvvəl azad edilmə üçün yeganə imperativ tələb deyildir. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülahizədə qeyd edilən hallar konkret faktlar ilə deyil, ümumi və şablon ifadələrlə əsaslandırılmışdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən məhkumun apellyasiya şikayətinin dəlilləri ilə və müdafiəçinin məhkəmə iclasında bildirdikləri ilə razılaşmır, birinci instansiya məhkəməsinin məhkumun ərizəsinin təmin edilməməsi barədə gəldiyi qənaəti isə qanuni, əsaslı və işin faktiki hallarının düzgün qiymətləndirilməsi kimi hesab edir. Bu da öz növbəsində onu göstərir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə (məhkum islah olunması) nail olunmamışdır. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırkı halda məhkumun şəxsi iş materiallarından, həmçinin iş üzrə digər sənədlərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, Osmanov İslam İsa oğlunda qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamış və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Osmanov İslam İsa oğlunun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** saylı Qərarına əsasən (həmin Qərara ## ##### 2025-ci il tarixli *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1, 52 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Osmanov İslam İsa oğlunun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi tərəfindən məhkum Osmanov İslam İsa oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsi vəsaitindən Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına 110 (bir yüz on) manat pul köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-797/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-797/2026
22.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver