Məhkəmə qərarları › İş №7(3-6)-800/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-800/2026

27.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-800/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X2, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə (hakim Kamal Babayev) məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək şikayətinin təmin edilməsini, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməsini, həmçinin məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Apelyasiya icraatında məhkəmə baxışı zamanı məhkumun müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Apelyasiya icraatında məhkəmə baxışı zamanı prokuror öz çıxışında verilmiş apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirirərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkumun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışında işin materialları araşdırılıb, proses iştirakçılarının çıxışı dinlənilib, birinci instansiya məhkəməsinin qərarının qanuniliyi və əsaslılığı yoxlanılaraq hesab edilir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkumun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizədən görünür ki, Şəxsi işinin materiallarından göründüyü kimi, müəssisədə cəza çəkdiyi müddətə yalnız bir dəfə rejim pozuntusuna yol versə də ümumi cəza dövründə cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınmış, əməyə müsbət münasibət bəsləmiş, nümunəvi davranışı ilə fərqlənmişdir. Onunla aparılan fərdi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti etiraf edir və əməlindən peşmançılıq hissi keçirdiyini bildirir. Fərdi söhbətlər zamanı törətdiyi cinayətlə ailəsini üzləşdirdiyi çətinliklərə görə mənəvi əzab çəkdiyini qeyd edir. Kollektivçılik ənənələrinə və birgəyaşayış qaydalarına hörmətlə yanaşır. Asudə vaxtını səmərəli təşkil etməklə ictimai işlə məşğul olur və kütləvi-informasiya vasitələrini izləyir. Mədəni- kütləvi və tərbiyəvi tədbirlərdə fəal iştirak edir. Məhkum yoldaşları ilə mehriban və səmimi münasibət qurub ünsiyyətliliyi, sadəliyi ilə əməkdaşların hörmətini qazanıb. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirir. Nümunəvi davranışına və Xəzər Tvdə yayımlanan “xxxx” proqramının müəssisədə aparilan çəkilişlərində yaxından iştirakına görə 16.11,2017-ci il tarixli qərarla bir əlavə uzun müddə’li görüş növündə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Nümunəvi davranışına və Xəzər Tv-də yayımlanan “xxxx” proqramının müəssisədə aparilan çəkilişlərində yaxından iştirakına görə ##.##.2017-ci il tarixli qərarla bir əlavə uzun müddətli görüş növündə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Nümunəvi davranışına və * saylı dəstənin yataqxanasında aparılan təmir işlərində yaxında iştirakına görə ##.##.2028-ci il tarixli qərarla bir əlavə uzun müddətli görüş növündə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Nümunəvi davranışına və müəssisədə yaradılmış seçki məntəqəsinin təmirində fəal iştirakına görə ##.##.2018-ci il tarixli qərarla bir əlavə uzun müddətli görüş növündə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Nümunəvi davranışına və müəssisədə keçirilən dəstələr arası voleybol yarışında fərqləndiyinə görə ##.##.2018-ci il tarixli qərarla bir əlavə uzun müddətli görüş növündə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Nümunəvi davranışına və * saylı dəstənin yataqxanasında aparılan təmir işlərində yaxında iştirakına görə ## ##.2018-ci il tarixli qərarla bir əlavə uzun müddətli görüş növündə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Nümunəvi davranışına və tərbiyəvi tədbirlərdə fəal iştirakına görə ##.##.2018-ci il tarixli qərarla bir əlavə uzun müddətli görüş növündə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Nümunəvi davranışına, ictimai işlərdə fəallığına və müəssisədə keçirilən iməciliklərdə yaxından iştirakına görə ##.##.2019-cu il tarixli qərarla bir əlavə uzun müddətli görüş növündə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Barəsindəki 2022ci il üzrə tərtib olunmuş illik xasiyyətnamənin nəticəsinə görə mənfi, 2017, 2018, 2019, 2020 2021, 2023, 2024 və 2025-ci illər üzrə tərtib olunmuş illik xasiyyətnamələrin nəticələrinə görə müsbət xarakterizə olunur. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmış, daxili intizam qaydalarına riayət etmişdir. Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində mənfi rəy bildirilmişdir. Nəticə: Məhkum Məhkum barəsindəki müvafiq rəyi nəzərə alıb şərti olaraq vaxtından əvvəl cəzadan azad olunması məqsədəuyğun hesab edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 263.3cü maddəsi ilə təqsirli bilinməsi və ona 05 (beş) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş cəzanın başlanğıcının ## #### 2017ci il tarixdən hesablanması hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2021-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2017-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2017-ci il tarixli hökmünə əsasən 05 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Məhkum "Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin “19” dekabr 2025-ci il tarixli Qərarının 3.2ci bəndi tətbiq edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi məhkumun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinə münasibət bildirərkən qeyd etmişdir ki, Ədliyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən mənfi rəy verilməsini və zərərçəkən şəxslərlə barışıq əldə olunmamasını da nəzərə alır və hazırkı vaxtda məhkumun islah olunmaması qənaətinə gəlir. Məhkəmə məhkumun cəza müddətinin sonuna nisbətən az, təxminən üç ay müddət qalmasını da xüsusi olaraq qiymətləndirir. Lakin qalan müddətin azlığı qeyd olunan meyarı dəyişmir və avtomatik cəzadan azad etmə üçün əsas yaratmır. Şərti olaraq vaxtından əvvəl azad etmənin əsası müddətin nə qədər qalmasında deyil, islahın tamamlanması faktındadır. Sırf cəza müddəti dövründə məhkumun müsbət davranışı özlüyündə onun islah olunması qənaətinə gəlmək üçün yetərli deyildir. Cəzaçəkmə müəssisəsinin qaydalarını pozmaması və rejim qaydalarına riayət etməsi hər bir məhkumun vəzifəsidir və mütləq riayət edilməlidir. Lakin, yuxarıda qeyd edildiyi kimi, zərərçəkmiş şəxslərlə və onların hüquqi varisləri ilə barışıq əldə etməyə cəhd edilməməsi nəzərə alındıqda, məhkumun törətdiyi əmələ tənqidi münasibətinin formalaşmadığı qənaətinə gəlməyə əsas verir ki, bu da müraciətin rəddi üçün əsaslardan biri kimi nəzərdən keçirilir. Göstərilənlərə əsasən, məhkəmə məhkumun islah olması qənaətinə gələ bilmir və hesab edir ki, ərizə təmin edilməməklə, cəza tam şəkildə icra edilməlidir. Məhkəmənin bu qənaəti nə məhkumun şəxsiyyətinin mənfi qiymətləndirilməsindən, nə də təkrar cəzalandırma məqsədindən irəli gəlir. Məhkəmə iş materiallarının fərdi qiymətləndirilməsi əsasında belə qənaətə gəlir və belə qənaət cinayəthüquqi məsuliyyətin fərdiləşdirilməsi, təqsirə görə məsuliyyət və cəzanın mütənasibliyi prinsipləri ilə də uzlaşır. Apellyasiya instansiyası məhkəməsi cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni məhkumun törətdiyi cinayətin xarakteri, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsi işi və proses iştirakçılarının mövqeləri ilə əlaqəli araşdıraraq, hesab etmişdir ki, hal-hazırda məhkumun islah olunması üçün cəzasını tam çəkməsi məqsədəuyğundur, ona görə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, proses iştirakçılarını dinləyib, birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; Qeyd edilən məcəllənin 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Həmin məcəllənin 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məsəlləsinin 170.1-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» # ####### 2010-cu il tarixli qərarında qeyd edildiyi kimi, «məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər». Eyni zamanda həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə dövründə davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Plenumun qərarının və qeyd olunan maddələrin mənasına görə saxlama şəraitinin yaxşı tərəfə dəyişdirilməsi özünü müsbət cəhətdən xarakterizə edən məhkumlar üçün nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müraciətlərə baxılarkən qeyd olunan kateqoriyaya aid olub-olmamalarını müəyyən etmək üçün məhkumların bütün cəza çəkmə dövründəkı davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəallyyət təşkilatlarının işində iştirakı, həqiqətən də islah yoluna qədəm qoyması araşdırılmalıdır. Cəzaların icrası qanunvericiliyindən göründüyü kimi, məhkumun cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsindən fərqli olaraq cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı onun bütün cəzaçəkmə müddətindəki davranışının nəzərə alınması şərt kimi müəyyən edilmişdir. Eyni zamanda qeyd edilir ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsinin mülahizəsini iş materialları ilə qarşılıqlı surətdə tədqiq edib, məhkumun cəzadan vaxtından əvvəl azad edilməsinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədini tam təmin etməyəcəyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apellyasiya insitansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apellyasiya şikayətini və ya protestini isə dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı tarixli, *(*- **)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026cı tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-414-cü maddələrində nəzərdə tutulmuş qaydada apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar