Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-816/2026 17.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X2 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X1, müdafiəçi – Azərbaycan Respublikası Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1, məhkum – Məhkum iştirakları ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*- **)-***/**** saylı qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim O.A.Əlizadə) ## ### 2026-cı il tarixli qərarı ilə ## #### 1986-cı il tarixdə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, Cəbrayıl rayonunun Mahmudlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsi nömrəsiz evdə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsi təmin edilməmişdir. İşin halları: Təqdim olunmuş iş materialları və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci və 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin Məcəllənin 66.2ci maddəsinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 (üç) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli ## #### 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə sənədlərinə əsasən, məhkum Məhkum cəzaçəkmə müddəti ## ######## 2026-cı il tarixdə başa çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Məhkum Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi onun barəsində ədalətsiz qərar qəbul etmişdir. Belə ki, o, cəza müddətinin 3/4 hissəsini çəkmişdir və artıq islah olunmuşdur. Məhkəmə iclasında məhkum Məhkum apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi müdafiəçi1 hüquqlarını müdafiə etdiyi məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında prokuror X1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinə əsasən məhkəmə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Azərbaycan Respublikası CİM-nin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Qeyd olunan maddənin mənasına görə məhkəmə tərəfındən müraciətlərə baxılarkən, məhkumların bütün cəza çəkmə dövründəki davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəaliyyət təşkilatlarının işində iştirakı, həqiqətən islah yoluna qədəm qoyması araşdırılmalıdır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli ** nömrəli Qərarının 2ci bəndinin hüquqi tövsiyyəsində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanınn çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə dövründə davranışı, əməyən münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Qərarda habelə qeyd olunmuşdur ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidir. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidir. Həmçinin qərarda qeyd olunur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası və məhkumun islah-edilməsi məqsədilə tətbiq edilir. Yəni, məhkumun islah edilməsini və cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə Müəssisəsindən verilmiş ## ### 2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Məhkum ** saylı Cəzaçəkmə Müəssisəsinə ##.##.2024-cü il tarixdə Umbakı Penitensiar Müəssisəsindən daxil olmuşdur. Məhkum karantin müddətini başa vuraraq ** saylı dəstədə qeydiyyata alınmış, yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmiş, ona hüquq və vəzifələri, cəzanın çəkilməsi şərtləri və daxili intizam qaydaları izah olunmuşdur. İslah prosesinə cəlb olunması üçün müəssisədə aparılan abadlıq işlərinə, keçirilən mədəni-kütləvi tədbirlərə cəlb olunmuş və onun bu tədbirlərdəki iştirakı qeyri-qənaətbəxş olmuş və keçirilən tədbirlərdən yayınmağa çalışmışdır. Müsbət xarakterli məhkumlara münasibətdə qeyri-səmimidir. Məhkum onunla aparılan fərditərbiyəvi söhbətlərdən və profilaktiki tədbirlərdən özü üçün müsbət nəticə çıxarmamışdır. Məhkum törətmiş olduğu cinayət əməlini qismən etiraf edir. Ailə üzvləri ilə görüş və telefon vasitəsilə əlaqə saxlayır. Hökmlər üzrə 153 (bir yüz əlli üç) manat ekspertiza borcu təyin edilmişdir. Məhkum Məhkum cəzasının 3/4 hissəsini çəkmiş, lakin bu müddət ərzində İslah olunmadığını və Ədliyyə Nazirinin ## ###### 2025-ci il tarixli 06-T №-li əmri ilə təsdiq edilmiş komissiya tərəfindən mənfi rəy verildiyini nəzərə alıb onun şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə uyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin tələbinə əsasən, mülahizə məhkumun cəza çəkdiyi bütün dövrü əks etdirməlidir. Qanunun tələbinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Məhkəmənin, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi isə məhz, məhkumun cəza çəkdiyi bütün dövrü əks etdirən obyektiv və qərəzsiz məlumatlara əsaslanır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ######## 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cəza eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətin qarşısını almaq məqsədi daşıyır. Qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli ** nömrəli qərarının hüquqi tövsiyyəsinə görə, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi imperativ norma deyil və qanunla nəzərdə tutulmuş cəzanın müəyyən hissəsinin çəkilməsi də məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini qəti şəkildə şərtləndirmir. Birinci instansiya məhkəməsi məhkum Məhkum müraciəti üzrə gəldiyi nəticəni cəzaçəkmə müəssisəsinin mülahizəsinə, işdə olan sənədlərə, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə müqayisəli şəkildə əsaslandırmış və həmin nəticə işdə olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası onunla razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, məhkəmə kollegiyası, məhkum Məhkum müraciəti üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bu xüsusda verilmiş apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 11 (on bir) saat üçün cəmi 121 (yüz iyirmi bir) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı vəkil bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-816/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-816/2026
17.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver