Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-820/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuroru X3, Müdafiəçi Müdafiəçi, Məhkum Məhkum iştirakları ilə, ## ###### 1981-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, K.Ələkbərov küçəsi, ev 1/B ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Məhkum barəsində «Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsi məsələsinə baxılmasına dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Məhkum barəsində «Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsi məsələsinə baxılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim F.Axundov) ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum «Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsinə dair ərizəsi əsassız olduğundan rədd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsində icraat aparılarkən qərəzli, qanuna zidd mövqe nümayiş etdirildiyini nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarın ləğv edilməsini və onun ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarın ləğv edilməsini, Məhkum barəsində "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin “19” dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında prokuror X3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hökmün icrası qaydasında materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, prokurorun, məhkumun və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Məhkum barəsində «Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsi məsələsinə baxılmasına dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2203-cü il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı ilə təyin olunmuş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 10 (on) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasını yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək Məhkum qəti cəza 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ##.##.2023-cü il tarixdən hesablanması hökm edilmişdir. “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının: 3.1-ci bəndinə əsasən az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan məhkumların cəzası 6 ay azaldılmalıdır (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). 15-ci bəndinə əsasən cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. 19.5-ci bəndinə əsasən bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq məhkəmələr tərəfindən tətbiq olunur. 23-cü bəndinə əsasən bu Qərarın 3-cü hissəsində nəzərdə tutulan şəxslər barəsində amnistiyanın tətbiq edilməsi məsələsinə həmin məhkumların cəza çəkdikləri cəzaçəkmə müəssisələrinin müraciəti əsasında cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Birinci instansiya məhkəməsnin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid edilsə də, «Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 15-ci bəndində cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin barəsində amnistiya aktının tətbiq edilməsi istisna edildiyindən məhkum tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Məhkəmə məhkum Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğu əməl az ağır cinayətlər kateqoriyasına aid olsa da, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsi tətbiq edilməklə ağır cinayətə görə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə formalaşmış yekun cəza mövcuddur. Digər cinayətə münasibətdə amnistiya aktının tətbiqinin mümkün olmaması və Qərarın 15-ci bəndində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla, məhkəmə ərizənin təmin edilməsi üçün hüquqi əsasların olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razışlaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni nəticəyə gəlmiş, gəldiyi nəticəni kifayət qədər əsaslandırmışdır. Belə ki, “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 15-ci bəndinə əsasən Cinayətlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsində ittiham olunan şəxsin, eləcə də cinayətlərin və ya hökmlərin məcmusu üzrə bir neçə cinayətin törədilməsinə görə məhkum edilmiş şəxsin müvafiq olaraq ittiham və ya məhkum edildiyi cinayətlərdən birinə görə amnistiyanın tətbiqi bu Qərarın müddəaları ilə məhdudlaşdırılmışdırsa, ona amnistiya tətbiq edilmir. «Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinin sadəcə az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə şamil edilməsi nəzərdə tutulmuş, lakin məhkum Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, Azərbaycan Respublikasının CM-nin 67-ci maddəsinə əsasən onun barəsində Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarı ilə təyin olunmuş 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 10 (on) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin olunmuş cəzaya qismən birləşdirərək Məhkum qəti cəza 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti isə qanuni, əsaslı və işin faktiki hallarının düzgün qiymətləndirilməsi kimi hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1, 519 və 520-ci maddələrini rəhbər tutaraq qərara a l ı r: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum barəsində «Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsi məsələsinə baxılmasına dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum məhkəmədə hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər Telman Hüseynov Aqil Musayev
Məhkəmə qərarları › İş №7(3-6)-820/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-820/2026
30.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver