Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-823/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X1, məhkum Məhkum, müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin olunmamasına dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini və məhkəmə iclasının videokonfrans vasitəsilə keçirilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etməyə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək, ərizəsinin təmin edilməsi və şərti azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum, müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış etmiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclaında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin qərarı ləğv olunmalı, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin olunmalıdır. Məhkum Məhkum şəxsi işi və mülahizədən görünür ki, məhkum Məhkum * saylı Cəzaçəkmə müəssisəsinə ##.##.2020-ci il tarixdə * saylı Istintaq Təcridxanasından gətirilmişdir. Cəzasının əvvəli ##.##.2020-ci il tarixdən hesablanmaqla, cəzasının sonu ##.##.2027-ci il tarixdə bitir. Məhkum Məhkum yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmişdir. Məhkuma hüquq və vəzifələri, daxili intizam qaydaları, cəzanın çəkilməsi şərtləri izah olunmuşdur. Cəza çəkdiyi müddət ərzində onunla aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticə çıxarmağa çalışır. Islah prosesinə cəlb olunması üçün müəssisədə aparılan abadlıq işlərinə cəlb olunmuşdur. Cəza çəkdiyi müddətdə əməyə və təhsilə münasibəti qənaətbəxş olmuşdur. Əməkdaşlarla və məhkumlarla münasibətdə etik davranış qaydalarına riayət etməyə çalışır. Şəxsi gigiyenasını qoruyur. Verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməyə çalışır. Məhkum Məhkum barəsində cəza çəkdiyi müddət ərzində barəsində tədbiri tətbiq edilməmişdir. Məhkum Məhkum barəsində cəza çəkdiyi müddət ərzində barəsində 3 dəfə (sonuncu ##.#.2025-ci il tarixdə “Əlavə telefon danışığına” icazə) həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Məhkum Məhkum xasiyyətcə sakitdir. Törətmiş olduğu cinayət əməlini etiraf edir, peşmançılıq hissi keçirdiyini bildirir. Ailə üzvləri ilə görüş və telefon vasitəsilə əlaqə saxlayır. Asudə vaxtlarını kitab oxumaqla və televiziya verilişlərinə baxmaqla keçirir. Nəticə olaraq, məhkum Məhkum islah olunduğunu və müvafiq komissiyadan müsbət rəy alması barədə ##.##.2026-ci il tarixli ** nömrəli protokola əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq hesab edilir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və məhkumun cəza çəkdiyi müddət ərzində tam islah olunmadığı qənaətinə gələrək, onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3.1-1-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Həmin Məcəllənin 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndində izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası, tərəflərin çıxışlarını, iş materiallarını və cəzaçəkmə müəssisəsinin müsbət mülahizəsini nəzərdən keçirərək hesab edir ki, məhkum Məhkum cəzaçəkmə müddətində davranışı, islah olması, ictimai faydalı əməklə məşğul olması, cəza çəkdiyi dövrdə tənbeh tədbirinin tətbiq edilməməsi, cəza çəkdiyi dövrdə 3 dəfə həvəsləndirmə tədbirinin tətbiq edilməsi, barəsində müsbət mülahizə verilməsi,hökm üzrə zərərcəkmiş şəxslə barışdığını ümumilikdə müsbət qiymətləndirilməli və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından və sadalananlar məhkumun islah olunması qənaətinə gəlməyə əsas verdiyindən məhkumun ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinin tələbinə görə, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uygun olmaması apellyasiya şikayəti və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalananlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir və ədalətli, qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanları və məhkumun apellyasiya şikayətinin təmin edilməməsinə səbəb ola biləcək halların işdə mövcud olmamasını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, məhkumun apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla, məhkum Məhkum, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməlidir. Məhkəmə kollegiyası, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.2 və 70.5-ci maddələrini rəhbər tutaraq, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilərkən Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını vacib hesab edir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2, 399.1.2, 401 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin. Məhkum Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsin cəza çəkən məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 (yeddi) ay 11 (on bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin. Qərarın icrası dərhal təmin edilsin. Məhkum Məhkum məhkəmə iclas zalından azad edilsin. Cəzanın çəkilməmiş hissəsi ərzində Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən icra məmuruna məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Qərarın bu hissədə icrasına nəzarət Məhkum yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. “Alyans” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Alyans” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Habil Məmmədov Cavid Hüseyn
Məhkəmə qərarları › İş №7(3-6)-823/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-823/2026
05.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver