Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-824/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, Müdafiəçi – Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2, Məhkum Məhkum iştirakları ilə, ## ###### 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 263.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2, 66.4 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli qərarı ilə barəsində amnistiya aktının 3.1-ci bəndi tətbiq edilərək çəkilməmiş cəzası 06 ay müddətinə azaldılmış, məhrum edilmş, cəzaçəkmə müddətinin əvvəli ## #### 2024-ci il tarixdən hesablanmış, cəzasının sonu ## #### 2027-ci ilədək olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ciddi rejimli * saylı cəzaçəkmə müəssisəsində cəza çəkə Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Nərmin Mehdiyeva) ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçisinin, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 263.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2, 66.4 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli qərarı ilə barəsində amnistiya aktının 3.1-ci bəndi tətbiq edilərək çəkilməmiş cəzası 06 ay müddətinə azaldılmışdır. Cəzaçəkmə müəssisəsi tərəfindən məhkum Məhkum barəsində verilmiş mülahizədən görünür ki, o, * saylı Cəzaçəkmə müəssisəsinə ##.##.2025-ci il tarixdə UPMdən daxil olmuşdur. Məhkum yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmişdir. Məhkuma hüquq və vəzifələri, daxili intizam qaydaları, cəzanın çəkilməsi şərtləri izah olunmuşdur. İslah prosesinə cəlb olunması üçün müəssisədə aparılan abadlıq işlərinə, keçirilən mədəni-kütləvi tədbirlərə cəlb olunmuşdur. Onun bu tədbirlərdə iştirakı qənaətbəxş olmuşdur. Məhkum Məhkum ilə aparılan fərdi-tərbiyəvi söhbətlərdən özünə müsbət nəticələr çıxarmağa səy göstərir, daxili intizam qaydalarını pozmamağa çalışır. Əməkdaşlarla münasibətdə etik davranış qaydalarına riayət edir. Şəxsi gigiyenasını qoruyur. Əməyə və təhsilə olan münasibəti müsbətdir. Ona verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməyə çalışır. Məhkum Məhkum cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Məhkum Məhkum cəza çəkdiyi müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkum Məhkum xasiyyətcə sakitdir. Törətmiş olduğu cinayət əməlini etiraf edir, peşmanlıq hissi keçirdiyini bildirir. Ailə üzvləri ilə görüş və telefon vasitəsi ilə əlaqə saxlayır. Asudə vaxtlarını kitab oxumaqla və televiziya verilişlərinə baxmaqla keçirir. Məhkum Məhkum islah yoluna qədəm qoyduğunu nəzərə alaraq onun ümümi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədə müvafiq hesab edilir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsinə baxarkən cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq məhkum barəsində müsbət xarakterli mülahizə verilməsinə baxmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (CİM) 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin məcəllənin 70.2.2-ci maddəsinə əsasən məhkumlar ciddi rejimli cəzaçəkmə müəssisələrindən - ümumi rejimli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi onun ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” ##.##.2010-cu il tarixli Plenum Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Mülahizədə məhkumun əməyə və təhsilə münasibətinin qənaətbəxş olması göstərilsə də, onun əməyə və təhsilə müsbət münasibətinin nədə ifadə olunması, onun cəzaçəkmə müəssisəsində hər hansı təhsil alması, təhsillə bağlı hər hansı tədbirləri təşkil etməsi və yaxud belə tədbirlərdə iştirak etməsinə, habelə əmək fəaliyyəti ilə məşul olmasına dair konkret hala istinad olunmamışdır ki, bu da mülahizədəki müvafiq xüsusatın da formal olaraq qeyd olunmasının göstəricisidir. Bununla yanaşı, məhkəmə kollegiyası məhkum tərəfindən törədilmiş cinayətin xarakterini (CM-in 178.2.4 və 263.1-ci maddələri) də nəzərə alaraq cinayətin yönəldiyi subyekti, cinayətin törədilməsi üsulunu, onun cəza çəkdiyi müddət ərzində olan davranışını onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2010-cu il tarixli “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Plenumunun qərarında qeyd olunduğu kimi məhkumun cəza çəkdiyi müddətdə davranışı və onun şəxsiyyətini səciyyələndirən hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarından görünür ki, şərti azad olma və ya cəzaçəkmə növünün dəyişdirilməsi barədə məhkumun ərizəsinə baxarkən onun cəzaçəkmə müddətinin son dövrü deyil, bütövlükdə cəzaçəkmə müddəti qiymətləndirilməlidir. Məhkumun bütün cəza çəkdiyi dövrə nəzər saldıqda isə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum cəza çəkdiyi müddətdə stabil davranışa malik olmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsinin təmin edilməsi məqsədəmüvafiq deyil, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsinin təmin edilməməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №7(3-6)-824/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-824/2026
27.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver