Məhkəmə qərarları › İş №7(3-6)-827/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-827/2026

29.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanꟾRespublikasıꟾadından Qərar Bakıꟾşəhəri İşꟾ№ꟾ7(3-6)-827/2026 29.07.2026 BAKIꟾAPELLYASIYAꟾMƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru X2, məhkum Məhkum, müdafiəçisi Bakı şəhəri * saylıꟾ Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ##.##.1968-ci il tarixdə Neftçala rayonunun Pirəbbə ;əndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Azərbaycan Meliorasiya və Su Təsərrüfat ASC-nin "Uzunbabalı-82" nasos stansiyasının IV dərəcəli maşinisti vəzifəsində işləmiş, Neftçala rayonu Pirəbbə kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini və məhkəmə iclasının videokonfrans vasitəsilə keçirilməsiniꟾməhkəmədənꟾxahişꟾetmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etməyə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək, ərizəsinin təmin edilməsi və şərti azadlığa buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum, müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış etmiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclaında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, məhkəmənin qərarı ləğv olunmalı, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin olunmalıdır. Məhkum Məhkum şəxsi işi və mülahizədən görünür ki, o, Lənkəran Ağır cinayətlər məhkəməsinin ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzasının əvvəli: ##.##.2023-cü il tarixdən hesablanmış, cəzasının sonu: ##.##.2026-cı il tarixdə bitir. Məhkum Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2024-cü il tarixdə Bakı istintaq təcridxanasından qəbul edilmişdir. Qəbul olunduğu gündən ona müəssisənin daxili intizam qaydaları, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyələr verilmişdir. Cəza çəkdiyi müddət ərzində barəsində 1 tənbeh tədbiri tətbiq olunmuşdur. Müəssisə rəisinin ##.##.2024-cü il tarixli qərarı ilə 10 gün müddətinə cərimə təcridxanasına keçirilmə növündə tənbeh tədbiri tətbiq olunmuşdur. Məhkum Məhkum törətdiyi cinayəti etiraf edir. Əməyə və təhsilə münasibəti qənaətbəxşdir. Məhkum yoldaşları ilə mehriban və səmimi münasibət qura bilmişdir. Əməkdaşlara qarşı nəzakətlidir. Xasiyyətcə sakitdir. Dəstədə keçirilən mədəni-kütləvi və tərbiyə tədbirlərində könüllü iştirak edir. Asudə vaxtını səmərəli təşkil etməyə çalışıır. Ailəsi və yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Cəza çəkdiyi müddətdə barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Məhkumun ekspertiza xərci ilə əlaqədar dövlətə olan 49 manat 74 qəpik borcu ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2025-ci il tarixli *-T nömrəli əmri ilə yaradılmış “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı komissiya” nın ##.##.2026- cı il tarixli ** nömrəli iclas protokoluna əsasən məhkum Məhkum şəxsi işi öyrənilmiş və barəsində müsbət rəy verilmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və məhkumun cəza çəkdiyi müddət ərzində tam islah olunmadığı qənaətinə gələrək, onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3.1-1-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsiniꟾhəqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Həmin Məcəllənin 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkumꟾtərəfindənꟾhəqiqətənꟾçəkilmişꟾmüddətiꟾaltıꟾaydanꟾazꟾolaꟾbilməz. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndində izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Məhkəmə kollegiyası, tərəflərin çıxışlarını, iş materiallarını və cəzaçəkmə müəssisəsinin müsbət mülahizəsini nəzərdən keçirərək hesab edir ki, məhkum Məhkum ailə vəziyyəti nəzərə alınmalı, cəzaçəkmə müddətində davranışı, islah olması, ictimai faydalı əməklə məşğul olması, barəsində müsbət mülahizə verilməsi, oğlu X1 “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, Azərbaycan Respublikası “X3” Ictimai Birliyinin üzvü olmasını ümumilikdə müsbət qiymətləndirilməli və bu səbəbdən onun cəzasını tam çəkməsinə lüzum olmadığından və sadalananlar məhkumun islah olunması qənaətinə gəlməyə əsas verdiyindən məhkumun ərizəsi təmin edilməlidir. Iş materiallarına əlavə edilmiş №ꟾ-***** saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, X1 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Iş materiallarına əlavə edilmiş №ꟾ-**** saylı Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, X1 “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş ***** saylı vəsiqədən görünür ki, X1 “X3” Ictimai Birliyinin üzvüdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.2-ci maddəsinin tələbinə görə, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uygun olmaması apellyasiya şikayəti və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalananlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir və ədalətli, qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanları və məhkumun apellyasiya şikayətinin təmin edilməməsinə səbəb ola biləcək halların işdə mövcud olmamasını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, məhkumun apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla, məhkum Məhkum, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməlidir. Məhkəmə kollegiyası, həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.2 və 70.5-ci maddələrini rəhbər tutaraq, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilərkən Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını vacib hesab edir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2, 399.1.2, 401 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: MəhkumꟾMəhkumꟾtərəfindənꟾverilmişꟾapellyasiyaꟾşikayətiꟾtəminꟾolunsun. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdəꟾləğvꟾedilsin.ꟾꟾꟾ MəhkumꟾMəhkumꟾərizəsiꟾtəminꟾedilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsin cəza çəkən məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 14 (on dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin. Qərarınꟾicrasıꟾdərhalꟾtəminꟾedilsin. MəhkumꟾMəhkumꟾməhkəməꟾiclasꟾzalındanꟾazadꟾedilsin. Cəzanın çəkilməmiş hissəsi ərzində Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirənꟾicraꟾməmurunaꟾməlumatꟾvermədənꟾyaşayışꟾyeriniꟾdəyişməməkꟾvəzifəsiꟾqoyulsun. Qərarın bu hissədə icrasına nəzarət Məhkum yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Bakı şəhəri * saylıꟾ Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylıꟾ Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsinə müvafiq qaydada Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinəꟾkassasiyaꟾşikayətiꟾvəꟾyaꟾkassasiyaꟾprotestiꟾveriləꟾbilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Habil Məmmədov Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar