Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-828/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, Müdafiəçi müdafiəçi1, Məhkum – Muradov İbrahim Arif oğlunun iştirakları ilə, ## ##### 1992-cı ildə Kəlbəcər rayonu, Xoləzək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)- ****/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmış, Kəlbəcər rayonu, Xoləzək kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Muradov İbrahim Arif oğlunun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından məhkum Muradov İbrahim Arif oğlunun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Muradov İbrahim Arif oğlunun müdafiəçisi müdafiəçi2 ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim E.Rüstəmov) ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Muradov İbrahim Arif oğlunun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Muradov İbrahim Arif oğlunun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətinin dəlillərini onunla əsalndırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Muradov İbrahim Arif oğlunun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Hesab edirik ki, məhkəmənin mövqeyi tamamilə əsasızdır və ərizəmiz təmin edilməlidir. Ərizəçi artıq iki il iki aydır ki, cəza çəkir və cəzanın müddətinin bitməsinə 10 ay qalıb. Ərizəçinin himayəsində bir azyaşlı övladı var. Üstəlik, həyat yoldaşı Muradova Aynur hamilədir və hamiləlik dövrünü çətin keçirir. Ərizəçi bildirir ki, arvadının bu dövründə onun yanında olmaq, azyaşlı övladının qayğısna qalmaq və arvadına kömək etmək niyyətindədir. O artıq 26 aydır ki həbsdədir və düşünür ki, azadlığa çıxsa cəmiyyətə daha çox xeyri dəyəcək. Ərizəçi bir daha məhkəməyə müraciət edir və bildirir ki, o, cəzasının daha yüngül cəza ilə əvəz edilməsini istəyir. Məhkəmə ## ### 2026-cı ildə ərizəyə baxdı və onu təmin etmədi. Cəzaçəkmə Müəssisəsi öz mülahizəsində bildirdi ki, məqsədəmüvafiq deyil. Məhkəmə qərarında bildirdi: Məhkum Muradov İbrahim Arif oğlunun şəxsi işi və mülahizədən görünür ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (***)-****/**** saylı ## ####### 2024-cü il tarixli hökmü ilə C1A- nin 234.4.3-cü maddəsi ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Rejimi - ümumi, cəzasının əvvəli ##.##.2024-cü ildən başlayır, cəzasının sonu ##.##.2027-cü il tarixdə bitir. Şəxsi işinin materiallarından göründüyü kimi məhkum Muradov İbrahim Arif oğlu ##.##.2025-ci il tarixdə cəzasının qalan hissəsini çəkmək üçün Um bakı Pentensiar Müəssisəsindən ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. Müəssisəyə gəldiyi gündən onunla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri, cəzanın icrası qaydaları və şərtləri izah edilmişdir. Əməyə və təhsilə münasibəti mənfidir. Cəza çəkdiyi müddətdə barəsində ##.##.2024-cü il tarixdə Xəbərdarlıq” və ##.##.2025-ci il tarixdə “Töhmət" növündə tənbeh tədbiri tətbiq edilmiş, həvəsləndirilməmişdir. Şəxsi işindən göründüyü kimi “Radikal Şiə ” dini təriqətinə mənsub fikirlər söyləməyə, təbliğat aparmağa, həbsdə saxlanılan şxslər arasında həmfikir yaratmağa, gözlənilməz hərəkətlər etməyə meyilli kimi qeydiyyata götürülmüşdür. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada ailə üzvləri ilə görüşür və telefon vasitəsi ilə əlaqə saxlayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xüsusi Komissiyası tərəfindən mənfi rəy verilmişdir. Cəzaçəkmə müəssisəsinin miıdriyyəti Ədliyyə Nazirliyinin Xüsusi Komissiya tərəfindən mənfi rəy verildiyini nəzərə alıb, onun şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədə uyğun hesab etməmişdir. Odur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarın ləğv edilməsini, Muradov İbrahim Arif oğlunun cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum Muradov İbrahim Arif oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, ona təyin edilmiş cəzasının 2/3 hissəsini çəkdiyini, islah oldunduğunu nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərarını ləğv edərək ona təyin edilmiş cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında prokuror X3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayətə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2024cü il tarixli, *(***)-****/**** nömrəli hökmünün surətindən görünür ki, Muradov İbrahim Arif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmışdır. Muradov İbrahim Arif oğlunun cəza çəkmə müddəti sonu ## ###### 2027-ci il tarixdə başa çatır. Məhkumun şəxsi işindən görünür ki, Muradov İbrahim Arif oğluna ##.##.2024-cü il tarixdə - Xəbərdarlıq və ##.##.2025-ci il tarixdə - Töhmət elan edilmişdir. Həmçinin cəzaçəkmə müəssisəsi tərəfindən məhkum barəsində verilmiş mülahizədən görünür ki, məhkum Muradov İbrahim Arif oğlu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinə ##.##.2025-ci il tarixdə cəzasının qalan hissəsini çəkmək üçün Umbakı Pentensiar Müəssisəsindən ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. Müəssisəyə gəldiyi gündən onunla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri, cəzanın icrası qaydaları və şərtləri izah edilmişdir. Əməyə və təhsilə münasibəti mənfidir. Cəza çəkdiyi müddətdə barəsində ##.##.2024-cü il tarixdə “Xəbərdarlıq” və ##.##.2025-ci il tarixdə “Töhmət” növündə tənbeh tədbiri tətbiq edilmiş, həvəsləndirilməmişdir. Şəxsi işindən göründüyü kimi “Radikal Şiə” dini təriqətinə mənsub fikirlər söyləməyə, təbliğat aparmağa, həbsdə saxlanılan şxslər arasında həmfikir yaratmağa, gözlənilməz hərəkətlər etməyə meyilli kimi qeydiyyata götürülmüşdür. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada ailə üzvləri ilə görüşür və telefon vasitəsi ilə əlaqə saxlayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xüsusi Komissiyası tərəfindən mənfi rəy verilmişdir. Cəzaçəkmə müəssisəsinin müdriyyəti Ədliyyə Nazirliyinin Xüsusi Komissiya tərəfindən mənfi rəy verildiyini nəzərə alıb, onun şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədə uyğun hesab etməmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Muradov İbrahim Arif oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq onun ərizəsinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq məhkum barəsində verilmiş mənfi xarakterli mülahizənin əsaslı olması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə məhkum Muradov İbrahim Arif oğlunun ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza cəkən şəxsin islah olunmaq üçün cəzanı tam cəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinin tələbinə görə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanin çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanıçəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qərarda göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə götərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar Məhkum Muradov İbrahim Arif oğlunun şəxsi işindən və iş materiallarından görünür ki, Muradov İbrahim Arif oğlu müəssisədə özünü mənfi xarakterizə olunan məhkum kimi tanıtmış, törətdiyi cinayəti etiraf etmir, əməyə və təhsilə münasibəti mənfidir, cəza çəkdiyi müddətdə barəsində ##.##.2024-cü il tarixdə - Xəbərdarlıq və ##.##.2025-ci il tarixdə - Töhmət elan edilmişdir, həvəsləndirmə tədbiri tətbiq edilməmiş, həbsdə saxlanılan şxslər arasında həmfikir yaratmağa, gözlənilməz hərəkətlər etməyə meyilli kimi qeydiyyata götürülmüşdür. Belə ki, məhkum Muradov İbrahim Arif oğlunun barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Göründüyü kimi məhkum Muradov İbrahim Arif oğlunun ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının yarısından çoxunu çəkməsinə baxmayaraq, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olmamışdır ki, bu isə öz növbəsində onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilməsini istisna edir. Məhkum və onun müdafiəçisi apellyasiya baxışı zamanı məhkum Muradov İbrahim Arif oğlunun cəzasının 2/3 hissəsinin çəkdiyini, özünün tam islah olunmuş kimi hiss etdiyini qeyd edib barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilərkən məhkumun davranışı, şəxsiyyəti, daxili rejim qaydalarına əməl etməsi və bu kimi digər hallar birlikdə araşdırılır. Əks halda cəzanın 2/3 hissəsinin çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Bundan başqa verilmiş apellyasiya şikayətində məhkum Muradov İbrahim Arif oğlunun ailəli olmasına, himayəsində bir az yaşlı uşağının olmasına və həyat yoldaşının hamilə olmasına istinad edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, göstərilən hallar ona cəza təyini zamanı nəzərə alınan hallardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Muradov İbrahim Arif oğlunun cəzasının çəkilməsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə vermiş olduğu ərizənin təmin edilməməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Muradov İbrahim Arif oğlunun müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin Muradov İbrahim Arif oğlunun cəzasının çəkilməsindən vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Muradov İbrahim Arif oğlunun məhkəmədə hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-828/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-828/2026
30.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver