Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-831/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, Məhkum Məhkum müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ##.##.1997-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X9 cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X10 cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkum Məhkum məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxlımasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən prokuror X2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin və ona əlavənin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş materialdan görünür ki: - Məhkum Siyəzən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli: ##.##.2024-cü il tarixdən hesablanmış, cəzasının sonu ##.##.2026-cı il tarixdə bitir. Məhkum Məhkum Ixtisaslaşdırılmış müalicə müəssisəsinə * saylı Istintaq təsridxanasından ##.##.2025-ci il tarixdə qəbul edilərək fəhlə təyin edilməklə təsərrüfat və məişət xidməti işi üçün saxlanılmışdır. Müəssisəyə gələn gündən onunla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri, cəzanın icrası qaydaları və şərtləri izah edilmişdir. Törətdiyi cinayəti etiraf edir və peşmançılıq hissi keçirdiyini bildirir. Aparılan tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarır. Əməyə münasibəti normaldır. ##.##.2025, ##.##.2026-cı il tarixdə Təşəkkür növündə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. ##.##.2024-cü il tarixdə - Töhmət növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada ailə üzvləri ilə görüşür və telefon vasitəsi ilə əlaqə saxlayır. Zərərçəkmiş şikayətçidir. Icra vərəqəsinə əsasən əmək haqqından tutulmaqla 127 manat və 8 manat 90 qəpik dövlət nəfinə ödənilmişdir. Ədliyyə Nazirliyinin Komissiyasının ##.##.2026-cı il tarixli ** saylı protokoluna əsasən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair məhkəməyə mənfi mülahizə təqdim olunmasına qərar verilmişdir Nəticə: X10 cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəuyğun hesab edilmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkum Məhkum 2024-cü il tarixdə barəsində tənbeh tədbiri tətbiq edilmiş, barəsində mənfi rəy verilmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmişdir ki, məhkum Məhkum islah yoluna qədəm qoymamış, islah olunmamışdır. Məhkəmə yuxarıda sadalananları nəzərə alaraq hesab etmişdir ki, məhkumun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsi təmin olunmamalıdır. Məhkəmə “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1ci və 2-ci bəndlərinin hüquqi mövqeyinə əsasən, qeyd etmişdir ki, qanunla müəyyən edilmiş müddətin çəkilməsi avtomatik və şərtsiz olaraq cəzanın yüngülləşdirilməsinə səbəb olmur. Məhkəmə hər bir işə fərdi yanaşmalı, məhkumun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini, cəzanın məqsədlərinə nail olunub-olunmadığını hərtərəfli qiymətləndirməlidir. Məhkəmənin bu sahədəki səlahiyyəti imperativ deyil, diskresion xarakter daşıyır və qərar qəbul edərkən bütün halların məcmusunu vicdanlı şəkildə qiymətləndirməlidir. Cəzanın təyini zamanı göstərilmiş əhəmiyyətli yüngülləşdirmənin cəzanın icrası mərhələsində cəzanın tam çəkilməməsi yolu ilə tamamlanması, təyin edilmiş cəzanın məqsədlərinin – sosial ədalətin bərpası və cəzanın çəkindirici təsirinin tam reallaşmasına xələl gətirə bilər. Törədilmiş əməlin yüksək ictimai təhlükəliliyi və ona görə artıq tətbiq edilmiş cəza nəzərə alındıqda, cəzanın çəkilməmiş hissəsindən azad edilməsi cəmiyyətdə bu növ cinayətlərə görə cəzasızlıq hissi yarada bilər. Məhkəmə hər bir halda Ədliyyə Nazirliyinin müvafiq komissiyasının rəyi ilə mənfi xarakterizə olunmasını da nəzərə alır və hazırkı vaxtda məhkumun islah edilməməsi qənaətinə gəlir. Hesab edilmişdir ki, hazırkı vaxtda məhkumun azad edilməsi analoji cinayəti törətmək niyyətində olan şəxslər arasında cəzasızlıq hissi yarada bilər və bir növ stimul verə bilər. Mülahizə diqqətlə nəzərdən keçirilərkən müəyyən olunur ki, şəxs islah olmamış, daxili intizam qaydalarını pozmuşdur. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkum Məhkum ona təyin olunmuş cəzanın vaxtından əvvəl şərti olaraq azad olunması üçün müəyyən müddətini çəkmiş olsa da, məhkəmə onun tam islah olunmaması qənaətinə gəlinmişdir. Belə ki, məhkum Məhkum barəsində cəza çəkdiyi müəssisə tərəfindən mənfi mülahizə verilmiş, məhkumun şəxsi iş materiallarını onun barəsində verilmiş mülahizə ilə əlaqəli şəkildə tədqiq edərək, məhkumun çəkdiyi cəza müddəti ilə cəzanın məqsədinə nail olunmaması qənaətinə gəlir. Məhkəmə belə bir nəticəyə gələrkən onun törətdiyi cinayətin ictimaitəhlükəliliyini və xarakterini əsas tutur. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Məhkum müəssisə rəhbərliyi tərəfindən mənfi xarakterizə olunur, barəsində 2024-cü il tarixdə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan səbəblərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası Məhkum cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialları ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun islah prosesi ilə bağlı verilən zəruri tövsiyələrdən düzgün nəticə çıxarmadığını, cəzanın icrası və çəkilməsinin qayda və şərtlərinə riayət etmədiyini, cəzaçəkmə müəssisəsinin məhkum barədə mənfi mülahizəsini nəzərə alaraq və cəza çəkdiyi müddətdə islah olunmadığı qənaətinə gələrək hesab edir ki, Məhkum hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə müvafiq deyildir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, onun ərizəsinin təmin edilməsindən əsaslı olaraq imtina etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı Qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, məhkum Məhkum oğlunun barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Məhkumun şəxsi işi araşdırılarkən onun islah olunmağa cəhd belə göstərmədiyi qənaətinə gəlinir. Mülahizəyə əsasən qeyd olunur ki, məhkum Məhkum barəsində tətbiq olunan tənbeh tədbirləri, cəza tədbirlərindən özü üçün müsbət nəticə çıxarmayaraq müəssisə qaydalarını mütəmadi qaydada pozmağa səy göstərmişdir. Belə ki, məhkum daxili intizam qaydası pozuntusuna yol verdiyinə görə barəsində 2024cü il tarixdə tənbeh tədbiri tətbiq edilmiş, məhkum barəsində xüsusi qaydada tərbiyə işi belə nəticə verməmişdir. Qeyd edilən səbəblərdən müəssisə rəhbərliyi məhkum Məhkum mənfi xarakterizə olunduğunu nəzərə alıb cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını məqsədəuyğun hesab etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, məhkum Məhkum cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mənfi mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində islah olunmaması müəyyən olunur. Məhkumun şikayətdə göstərdiyi dəlillərlə bağlı qeyd olunur ki, təkcə cəzasının qanunla nəzərdə tutulan hissəsini çəkməsi özlüyündə cəzadan şərti azad olunması barədə ərizəsinin təmin olunması üçün yetərli deyildir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq, məhkum barəsində verilmiş mülahizəni, məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı şəkildə müzakirə edərək, apellyasiya şikayətinin əsassızlığını qeyd edərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin Məhkum cəzasından vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və müdafiəçi Müdafiəçi tərəfindən verimiş apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq “Zəfər” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Cavid Hüseyn Habil Məmmədov
Məhkəmə qərarları › İş №7(3-6)-831/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-831/2026
29.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver