Məhkəmə qərarları › İş №7(3-6)-838/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-838/2026

29.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-838/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5 Müdafiəçi – “Güvən” Vəkil Bürosunun vəkili X3, Məhkum – Məhkum Ağababa oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum Ağababa oğlunun ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum Ağababa oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin 3 gün müddətinə “cərimə otağına keçirilmə” tənbeh tədbiri tətbiq edilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Məhkum Ağababa oğlunun ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəmə baxışından çıxarılaraq geri qaytarılmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum Ağababa oğlu apellyasiya şikayəti verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən prokuror X5 birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1, 509.1.9cu maddələrinə əsasən məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 509.2-ci maddəsinə əsasən məhkumun bu Məcəllənin 509.1-ci maddəsində göstərilən məsələlərə dair ərizələrinə bu Məcəllənin 510-520-ci maddələrinə uyğun olaraq məhkəmə tərəfindən baxılır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum Ağababa oğlunun ərizəsini geri qaytarılmışdır. Belə ki, məhkəmə bu qənaətini belə əsaslandırmışdır ki, məhkumun təqdim etdiyi müraciət məzmun etibarilə hökmün icrası qaydasında baxılmalı olan məsələlər sırasına aid deyildir. Belə olan halda, məhkumun qaldırdığı məsələ ilə bağlı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etməsi daha məqsədəmüvafiq hesab edilir. Odur ki, məhkum Məhkum Ağababa oğlunun hazırki ərizəsi icraata qəbul etmədən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hakiminin mövqeyi ilə razılaşır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası məhkum Məhkum Ağababa oğlunun apellyasiya şikayətinin dəlillərini, iş materiallarını qarşılıqlı şəkildə tədqiq edib, hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum Ağababa oğlunun apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum Ağababa oğlunun ərizəsinin geri qaytarılmasına dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Güvən” Vəkil Bürosunun vəkili X3 tərəfindən məhkum Məhkum Ağababa oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (iyirmi) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov(sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar