Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-863/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının hakimləri - İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1 və məhkum Məhkum müdafiəçisi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsgəndərova Leyla Aqşin qızının iştirakları ilə, ##.##.1983-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Məhkum cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin olunmaması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq ilkin məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə məhkum Məhkum ərizəsi təmin edilməmişdir. Məhkəmənin qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, qərarın ləğvm edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında prokuror X1 məhkum Məhkum cəzasının müddəti başa çatdığından azad edildiyi üçün iş üzrə apellyasiya şikayətinin baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Məhkum məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər-hansı bir məlum verməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Məhkum şikayətini iş materialları ilə birlikdə müzakirə edib hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Məhkum təyin edilmiş cəzanın əvvəli ##.##.2013-cü il tarixdən hesablanmış, cəzasının sonu isə ##.##.2026-cı il tarixdir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, verdiyi apellyasiya şikayətini müdafiə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona təyin edilmiş cəzadan müddətin başa çatması ilə əlaqədar olaraq azad edildiyinə görə, məhkəmə baxış iclasında üzrlü səbəb olmadan iştirak etmədiyindən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından digər proses iştirakçılarının apellyasiya şikayətləri və ya apellyasiya protesti olmadığından, cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə əsasən, verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 390.1, 396 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilsin, apellyasiya şikayəti Məhkum geri qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili İsgəndərova Leyla Aqşin qızı tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün, cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-863/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-863/2026
27.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver