Məhkəmə qərarları › İş №7(3-6)-871/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-871/2026

22.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-871/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X1 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X3, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Alfa” vəkil bürosunun vəkili Müdafiəçi, məhkum – Məhkum iştirakları ilə məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim E.M.Fətəliyev) ## #### 2026-cı il tarixli qərarı ilə ## ###### 1990-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu Yanıqlı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkumnın Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərarına əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsi təmin edilməmişdir. İşin halları: Təqdim olunmuş materiallardan görünür ki, Məhkum ##.##.2025-ci il tarixli Tovuz Rayon Məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29, 177.2.1, 29, 177.2.2-ci (69.3) maddələri ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. ##.##.2025-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin hökmünə əsasən, apellyasiya protesti təmin edilərək, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2, 29, 177.2.1, 29, 177.2.2-ci (66.2 və 69.3) maddələri ilə təqsirli bilinib məhkum Məhkum üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 03 (üç) gün müdətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli Qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29, 177.2.1, 29, 177.2.2-ci (66.2 və 69.3) maddələri ilə təyin edilmiş 02 (iki) il 04 (dörd) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 06 (altı) ay azaldılmışdır. Cəzasının əvvəli ##.##.2025ci il tarixdən hesablanmış, cəzasının sonu ##.##.2027-ci il tarixdə bitir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə məhkum Məhkum ərizəsi təmin edilməmişdir. Qərardan məhkum apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və məhkum Məhkumnın ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Məhkum Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı ədalətsiz olmuşdur. Məhkəmə iclasında məhkum Məhkum apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında prokuror X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə əsasən müsbət xarakterizə edilən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli qərarının 1-ci bəndinin hüquqi tövsiyyəsinə görə, cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndində, bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qərarda, həmçinin tövsiyyə olunmuşdur ki, məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, məhkumun əməyə və təhsilə münasibətinin müsbət olmasının konkret nədə ifadə olunması, törətdiyi cinayətə münasibətinin təzahür forması, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin tələbinə görə mülahizə məhkumun cəza çəkdiyi bütün dövrü əks etdirməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsindən verilmiş mülahizədən görünür ki, ##.##.2025-ci il tarixdə * saylı istintaq təcridxanasından ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. Şəxsi işin materiallarından göründüyü kimi məhkum İstintaq Təcridxanasında saxlandığı zaman daxili rejim pozuntusu hallarına yol verməmişdir. Məhkum Məhkum ** saylı cəzaçəkmə müəssisəsinə gəldiyi gündən karantin briqadasında onunla islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri izah olunmuşdur. Məhkum Məhkum ** saylı CÇM-də cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınmışdır. Onunla aparılan islah məqsədli fərdi tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum etdiyi cinayəti etiraf edir və əməlindən peşmançılıq hissi keçirir, tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışır. Dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə yaxından iştirak edir. Əməyə və təhsilə münasibəti qənaətbəxşdir. Mütaliə ilə məşğul olur, fiziki cəhətdən sağlamdır. Xasiyyətcə mülayim və ünsiyyətcildir, məhkum yoldaşları ilə mehribandır. Ailə üzvləri və yaxın qohumları ilə telefon və görüş vasitəsilə əlaqə saxlayır, onlarla münasibəti yaxşıdır. Müəssisə əməkdaşlarına qarşı səmimidir. Məhkum Məhkum şəxsi işinin materiallarından aydın olur ki, hökm üzrə müştərək qaydada üzərində 50 (əlli) manat ekspertiza xərci vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya" tərəfindən məhkum Məhkum barəsində, ##.##.2026-cı il tarixdə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair müsbət rəy verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” ## ####### 2010-cu il tarixli ** nömrəli Qərarının 2-ci bəndində qeyd olunmuş hüquqi tövsiyyəyə görə, məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkum edilmiş şəxsin barəsində olan mülahizəni obyektivliyi əks etdirmədiyini qeyd etmişdir. Nəzərə alınmalıdır ki, cəzaçəkmə müəssisəsinin müsbət xarakteristikası məhkəmə üçün məcburi hüquqi nəticə yaratmır və digər iş materialları ilə birlikdə qiymətləndirilməlidir Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini, ## ####### 2010-cu il tarixli Plenum qərarının hüquqi tövsiyyəsini, iş materiallarında olan məlumatları, habelə mülahizəni və şikayəti nəzərə alaraq hesab edir ki, məhkum Məhkumnın məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə əsaslar yoxdur və apellaysiya şikayəti birinci instansiya məhkəməsinin müraciət üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Yalnız, məhkumun cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkməsi, onun barəsində formal qaydada tərtib edilmiş müsbət rəyin verilməsi onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün şərt deyildir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası və məhkumun islah-edilməsi məqsədilə tətbiq edilir. Yəni, məhkumun islah edilməsini və cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 398.1.1 və 520-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayət təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. “Alfa” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkumnın hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Alfa” vəkil bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar