Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-880/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Müdafiəçi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, Məhkum Məhkum iştirakları ilə, ## #### 1980-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmiş, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Prokuror tərəfindən tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Məhkum Məhkum ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, barəsində təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı ilə məhkum Məhkum tərəfindən verilmiş ərizə təmin edilmiş. Məhkum Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(**)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 9 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Prokuror apellyasiya protesti verərək məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilərək məhkum Məhkum tərəfindən verilmiş ərizənin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Odur ki, məhkəmənin Məhkum barəsində çıxardığı ## #### 2026-cı il tarixli qərarı əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı prokuror X1 apellyasiya protestinin təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilib, məhkum Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair məhkum Məhkum tərəfindən verilmiş ərizənin təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkum Məhkum əməlindən peşiman olduğunu, cəza çəkdiyi müddətdə orada aşpaz kimi işlədiyini və heç bir rejim pozuntusuna yol vermədiyini, iki az yaşlı uşağının olmasını, cəmiyyət üçün faydalı olmaq istədiyini göstərib apellyasiya protestinin təmin edilməyib, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkumun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməyib, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının qüvvəsində saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə müəssisəsi səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə həmin şəxsin iştirakı olmadan məsələyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestin təmin edilməsi barədə, müdafiə tərəfinin isə protestin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdim edilmiş materialdan görünür ki, Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(**)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib əvvəli ## ######## 2019-cu il tarixdən hesablanmaqla, 07 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəində çəkməsi hökm edilmişdir. Iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qərarından görünür ki, məhkum Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(**)-***/**** nömrəli hökmü ilə təyin olunmuş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Iş materiallarında olan Məhkum Məhkum *** saylı şəxsi iş materiallarından görünür ki, ** saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən ##.##.2022-ci il tarixli qərarla “Töhmət” elan edilmişdir. Iş materiallarından görünür ki, Məhkum nümunəvi davraşına və ##.##.2024-cü il tarixdə keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirakına görə ##.##.2024-cü il tarixli qərarla bir əlavə qısa müddətli görüş növündə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Iş materiallarından görünür ki, Məhkum barəsində 2020 və 2022-ci il üzrə tərtib edilmiş illik xasiyyətnamələrin nəticəsinə görə mənfi, 2021, 2023, 2024 və 2025-ci il üzrə tərtib edilmiş illik xasiyyətnamələrin nəticəsinə görə müsbət xarakterizə olunur. Iş materiallarından görünür ki, Məhkum tərəfindən hökmlə təyin olunmuş 81.82 manat ekspertiza borcu dövlət nəfinə ödənilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsini rəhbərliyi tərəfindən verilmiş mülahizədən görünür ki, məhkum Məhkum törətmiş olduğu cinayət əməlini etiraf edir, əməlindən səmimi olaraq peşmandır. Təsərrüfat briqadasında daimi işlə təmin edilmiş, əmək haqqı alır. Əməyə münasibəti müsbətdir. 2022-ci ildə barəsində “Töhmət” növündə tənbeh tətbiq edilmiş, bu müddətdən sonra heç vaxt rejim qaydalarını pozmamış, 2024-cü ildə müəssisə rəhbərliyi tərəfindən həvəsləndirilmişdir. Bundan başqa haqqı ödənilməyən işlərdə və iməcliklərdə əməksevərliyi ilə fərqlənmişdir. Barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edilmiş, hökmlə təyin edilmiş ekspertiza xərci tam ödənilmişdir. ##.##.2019-cu ildən cəza çəkir, 7 il 6 ay müddətə cəzadan çəkilməmiş qalan hissə 9 ay 22 gün təşkil edir. Ümumiyyətlə müsbət xarakterizə olunan məhkumdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. 76.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1 böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.2. ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3. ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibətdə ilk növbədə qeyd edir ki, cəzaçəkmə müəssisəsinin mülahizəsi məhkəmə üçün məhkumun islah olunması barədə nəticəyə gəlmək üçün imperativ deyildir. Bu nəticə hər bir halda məhkumun şəxsi işi üzrə məhkəmə tərəfindən aparılan təhlil nəticəsində müəyyən olunur. Bir sözlə cəzaçəkmə müəssisəsinin mülahizəsi özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmə cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cəzaçəkmə müəssisəsinin mülahizəsi özlüyündə müraciətin təmin və rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidir. Məhkəmə kollegiyası tərəfindən məhkumun şəxsi işi də öyrənilmişdir. Birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, məhkum Məhkum ##.##.2019-cu il tarixdən etibarən azadlıqdan məhrum etmə cəzasını çəkir və cəza çəkdiyi uzun müddət ərzində onun davranışında ümumilikdə müsbət inkişaf dinamikası müşahidə olunmuşdur. Məhkum barəsində cəza çəkdiyi müddətdə yalnız bir dəfə, ##.##.2022-ci il tarixdə “Töhmət” növündə intizam tənbehi tətbiq edilmişdir. Lakin məhkəmə həmin intizam tənbehinin tətbiq edilməsini məhkumun sonrakı davranışları ilə birlikdə qiymətləndirərək belə nəticəyə gəlir ki, sözügedən tənbeh onun cəzaçəkmə dövründə ümumi davranışını xarakterizə edən həlledici hal kimi qəbul edilə bilməz. Belə ki, həmin intizam tənbehinin tətbiqindən sonra artıq təxminən dörd ilə yaxın müddət ərzində məhkum tərəfindən cəzaçəkmə müəssisəsinin daxili intizam qaydalarının və müəyyən edilmiş rejim tələblərinin pozulması ilə bağlı hər hansı yeni fakta yol verilməmiş, o, davranışında sabitlik nümayiş etdirmiş, müəssisə rəhbərliyinin qanuni tələblərinə riayət etmiş və birgəyaşayış qaydalarına hörmətlə yanaşmışdır. Məhz bu hal məhkumun təsadüfi deyil, davamlı xarakter daşıyan müsbət davranış modelini formalaşdırdığını göstərən mühüm göstərici kimi qiymətləndirilməlidir. Iş materiallarında olan sənədlərdən görünür ki, məhkumun sonrakı davranışı cəzaçəkmə müəssisəsi rəhbərliyi tərəfindən də müsbət qiymətləndirilmiş və onun nümunəvi davranışına görə ##.##.2024-cü il tarixli qərarla həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Belə ki, ##.##.2024-cü il tarixdə keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak etməsinə və ümumilikdə nümunəvi davranış nümayiş etdirməsinə görə ona bir əlavə qısa müddətli görüş verilməsi formasında həvəsləndirmə tədbiri tətbiq olunmuşdur. Cəzaçəkmə müəssisəsi rəhbərliyi tərəfindən məhkumun həvəsləndirilməsi onun davranışının müsbət qiymətləndirilməsinin, islah prosesində irəliləyiş əldə etməsinin və cəzaçəkmə dövründə qanuna itaətli həyat tərzinə meyl göstərməsinin obyektiv göstəricilərindən biridir. Bundan əlavə, məhkumun şəxsi işində olan illik xasiyyətnamələrdən görünür ki, o, 2021, 2023, 2024 və 2025-ci illər üzrə müsbət xarakterizə olunmuşdur. Xüsusilə son illər üzrə tərtib edilmiş xasiyyətnamələrdə onun əməyə vicdanla yanaşdığı, müəssisədə keçirilən ictimai tədbirlərdə iştirak etdiyi, tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxardığı, törətdiyi cinayət əməlini etiraf etdiyi və peşmanlıq hissi keçirdiyi qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təxminən yeddi ilə yaxın cəzaçəkmə müddəti ərzində yalnız bir dəfə intizam tənbehi alması, həmin tənbehdən sonra uzun müddət ərzində heç bir rejim pozuntusuna yol verməməsi, əksinə həvəsləndirilməsi, müsbət xarakterizə olunması və davranışında davamlı müsbət dinamikanın müşahidə edilməsi məhkumun islah olunması istiqamətində mühüm irəliləyiş əldə etdiyini və onun cəzaçəkmə dövründə davranışının ümumilikdə müsbət qiymətləndirilməli olduğunu göstərir. Məhkumun şəxsi işində olan sənədlərdən və məhkəmə iclasında tədqiq edilmiş materiallardan müəyyən olunur ki, Məhkum 2021-ci ildən etibarən müəssisənin təsərrüfat briqadasında daimi işlə təmin edilmiş, cəza çəkdiyi bütün sonrakı dövr ərzində əmək fəaliyyətinə cəlb olunmuş, üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmiş, əmək intizamına riayət etmiş və müəssisə rəhbərliyi tərəfindən əməyə münasibəti müsbət qiymətləndirilmişdir. Həmçinin müəssisə nümayəndəsinin izahatından görünür ki, məhkum yalnız ödənişli işlərdə deyil, eyni zamanda haqqı ödənilməyən ictimai faydalı işlərdə və iməciliklərdə də əməksevərliyi ilə fərqlənmiş, ona həvalə edilmiş tapşırıqların icrasına məsuliyyətlə yanaşmışdır. Məhkəmə hesab edir ki, məhkumun uzun müddət ərzində fasiləsiz əmək fəaliyyətinə cəlb olunması və bu fəaliyyətdə müsbət nəticələr göstərməsi onun əməyə münasibətinin dəyişdiyini, sosial məsuliyyət hissinin formalaşdığını və cəzanın əsas məqsədlərindən biri olan islah prosesinin real nəticələr verdiyini göstərən mühüm meyarlardan biridir. Çünki əməyə vicdanlı münasibət yalnız daxili intizamın göstəricisi deyil, eyni zamanda şəxsin qanuna uyğun həyat tərzinə adaptasiya olunmasının, sosial faydalı fəaliyyətə meylinin və gələcəkdə cəmiyyət daxilində hüquqazidd davranışlardan uzaq durmaq iradəsinin təzahür forması kimi qiymətləndirilməlidir. Bundan başqa, məhkumun əmək fəaliyyəti nəticəsində əldə etdiyi əmək haqqını ailə üzvlərinə göndərməsi xüsusi əhəmiyyət kəsb edən haldır. Bu fakt onun ailə münasibətlərini qoruyub saxladığını, ailə üzvlərinə qarşı məsuliyyət hissini itirmədiyini, azyaşlı övladının və ailəsinin maddi təminatında imkanları daxilində iştirak etdiyini göstərir. Məhkəmə hesab edir ki, ailə bağlarının mövcudluğu və həmin bağların real davranışlarla dəstəklənməsi şəxsin gələcək sosial adaptasiyası baxımından mühüm amillərdən biridir. Sosial-kriminoloji baxımdan sabit ailə münasibətlərinin mövcudluğu və ailə ilə davamlı əlaqələrin saxlanılması təkrar cinayət törətmə riskini azaldan əsas amillərdən hesab olunur. Məhkumun əmək fəaliyyəti nəticəsində qazandığı vəsaiti ailəsinə göndərməsi onun cəmiyyətlə əlaqələrinin qırılmadığını, əksinə sosial məsuliyyət hissinin möhkəmləndiyini, ailə dəyərlərinə bağlılığını qoruyub saxladığını və azadlığa çıxdıqdan sonra normal sosial münasibətlər sisteminə inteqrasiya olunmaq imkanlarının yüksək olduğunu göstərir. Məhkəmə hesab edir ki, məhkumun uzun müddət ərzində daimi işlə təmin olunması, əməyə vicdanla yanaşması, əmək intizamına riayət etməsi, ictimai faydalı işlərdə fəallıq göstərməsi və əldə etdiyi gəliri ailəsinin rifahına yönəltməsi onun cəmiyyət üçün faydalı həyat tərzinə üstünlük verdiyini nümayiş etdirən mühüm göstəricilərdir. Bu hallar birlikdə qiymətləndirildikdə məhkumun islah olunması, əmək vərdişlərinin formalaşması, sosial məsuliyyət hissinin güclənməsi və cəmiyyətə yenidən adaptasiya olunmaq qabiliyyətinin yüksəlməsi barədə əsaslı qənaətə gəlməyə imkan verir. Məhkəmə iş materiallarını, məhkumun şəxsi işini, cəzaçəkmə müəssisəsinin təqdim etdiyi mülahizəni, proses iştirakçılarının izahatlarını və digər sənədləri araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyası tərəfindən təsis edilmiş Komissiyanın ##.##.2026cı il tarixli iclas protokolu ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair mənfi rəy verilmişdir. Lakin məhkəmə həmin rəyin məzmununu və iş üzrə mövcud digər sübutları qarşılıqlı əlaqədə qiymətləndirərkən müəyyən edir ki, Komissiyanın mənfi rəyində məhkumun şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna edən konkret faktlar, hüquqi əsaslar və ya fərdi qiymətləndirmə meyarları göstərilməmişdir. Rəydə məhkumun hansı konkret davranışının onun islah olunmadığını göstərdiyi, hansı risk f akt orları nı n mövcud olduğu, hansı səbəbdən cəmiyyət ə adapt asiya olunmağa hazı r hesab edilmədiyi və ya hansı hüquqi meyarlar baxımından onun ərizəsinin təmin edilməsinin məqsədəmüvafiq olmadığı əsaslandırılmamışdır. Halbuki iş materialları ilə müəyyən olunur ki, məhkum uzun müddət ərzində təsərrüfat briqadasında daimi işlə təmin olunmuş, əməyə vicdanla yanaşmış, əmək intizamına riayət etmiş, əmək haqqını ailəsinə göndərmiş, son dörd ilə yaxın müddət ərzində heç bir rejim pozuntusuna yol verməmiş, əksinə müəssisə rəhbərliyi tərəfindən həvəsləndirilmiş, törətdiyi cinayət əməlini etiraf etmiş, əməlindən səmimi peşmanlıq hissi keçirdiyini bildirmiş, narkomaniyadan məcburi müalicəsi ləğv olunmuş və ekspertiza xərclərini tam ödəmişdir. Həmçinin son illər üzrə tərtib olunmuş xasiyyətnamələrdə müsbət xarakterizə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Komissiyanın mənfi rəyi iş üzrə mövcud obyektiv məlumatlarla müqayisədə kifayət qədər əsaslandırılmış hesab edilə bilməz. Həmin rəydə məhkumun cəzaçəkmə müddətindəki faktiki davranışı, islah olunma göstəriciləri, əməyə münasibəti, sosial əlaqələri və digər mühüm hallarla bağlı hər hansı təhlil aparılmamış, yalnız yekun nəticə xarakterli mövqe ifadə edilmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında" ## ####### 2010-cu il tarixli qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, onlar cəzaçəkmə müəssisəsinin və digər aidiyyəti orqanların mülahizələrinin müsbət və ya mənfi olmasından asılı olmayaraq həmin mülahizələrin əsaslılığını məhkumun şəxsi işi və işin digər materialları ilə birlikdə yoxlamalı, nəticədə müstəqil hüquqi mövqe formalaşdırmalıdırlar. Bu baxımdan Komissiyanın rəyi məhkəmə üçün qabaqcadan müəyyən edilmiş sübut qüvvəsinə malik deyildir və məhkəmə həmin rəylə formal şəkildə bağlı hesab oluna bilməz. Əks yanaşma məhkəmənin sübutları sərbəst qiymətləndirməsi prinsipini faktiki olaraq aradan qaldırmış olardı. Məhkəmə hesab edir ki, Komissiyanın rəyi hüquqi təbiətinə görə məsləhət və tövsiyə xarakteri daşıyır. Belə rəy məhkəmənin diqqət yetirməli olduğu məlumat mənbələrindən biri olsa da, son nəticəni müəyyən edən və məhkəmə üçün məcburi xarakter daşıyan hüquqi akt hesab edilə bilməz. Qanunvericilik cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məsələsinin həllini yalnız məhkəmənin səlahiyyətinə aid etmişdir və bu səlahiyyət hər hansı inzibati və ya kollegial orqanın rəyi ilə əvəz edilə bilməz. Əks yanaşma qəbul edilərsə, yəni məhkəmə Komissiyanın mənfi rəyini mübahisəsiz və dəyişdirilməsi mümkün olmayan əsas kimi qəbul etsə, bu halda cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məsələsinin həlli faktiki olaraq məhkəmədən alınaraq inzibati orqana verilmiş olardı ki, bu da məhkəmə hakimiyyətinin müstəqilliyi, hakimlərin yalnız Konstitusiya və qanunlara tabe olması, habelə məhkəmə araşdırmasının tamlığı və obyektivliyi prinsipləri ilə uzlaşmaz. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar məcmu halda qiymətləndirildikdə məhkəmə belə qənaətə gəlir ki, Məhkum cəza çəkdiyi müddətdə davamlı müsbət davranış nümayiş etdirmiş, cəzaçəkmə rejiminin tələblərinə ciddi əməl etmiş, ictimai faydalı fəaliyyətə cəlb olunmuş, törətdiyi cinayət əməlinə tənqidi münasibət formalaşdırmış, müəssisə tərəfindən müsbət xarakterizə edilmişdir. Məhkəmə həmin halları onun islah olunmasını və gələcəkdə hüquqauyğun davranacağına dair əsaslı penitensiar proqnozun mövcudluğunu təsdiq edən kifayət qədər obyektiv göstəricilər kimi qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, məhkumun azadlıqdan məhrumetmə cəzasını tam həcmdə çəkməsi artıq Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olunması baxımından zəruri deyildir. Onun cəmiyyətdən təcrid olunmasının davam etdirilməsi cəzanın məqsədlərinə əlavə töhfə verməyəcəkdir. Bu səbəbdən məhkəmə ərizənin təmin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Hazırki material üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarı apellyasiya protestinin dəlilləri ilə müqayisəli şəkildə təhlil edərək məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, ki, məhkum cəzasının qanunda gösərilən hisssindən çoxunu çəkməsi, onun cəzaçəkmə müəssisəsindəki davranışı və əməyə münasibətinə dair məhkəmə iclasında araşdırılmış sübutlar onun haqqında müsbət nəticəyə gəlinməsinə əsaslar yaratmış və buna görə də birinci instansiyası məhkəməsi məhkumun müraciətinin təmin edilməsi üçün maneə görməyib bu müraciət üzrə obyektiv, qanuni və ədalətli qərar qəbul etmişdir. Həmçinin məhkum Məhkum məhkəmə iclasında davranışı və danışıq üslubu ilə də vermiş olduğu izahatında səmimi olduğuna və islah olunduğuna dair məhkəmə kollegiyasında daxili inam yaratmışdır. Birinci instansiya məhkəməsi məhkum Məhkum məhkumun cəza çəkdiyi müddət ərzində islah olunduğu qənaətinə gələrək, sonuncunun ərizəsini təmin etməklə məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunması barədə qanuni və əsaslı qərar qəbul etmişdir. Apellyasiya protestində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmiş, digər məlumatları araşdırmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir Protestin həmin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunmuşdur, müəyyən edilmiş cəzaçəkmə müddətinin qanunla müəyyən olunmuş hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Göründüyü kimi, hazırkı iş üzrə hər iki əsas mövcuddur. Bu hallara törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi daxil deyil, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi qanuna əsasən onlara cəza təyin edilərkən nəzərə alınır. Protestdə həmçinin, məhkum Məhkum hansı ictimai faydalı əməklə məşğul olması, hansı ictimai və mədəni tədbirdə iştirak etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi barədə məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən görünür ki, məhkumun davranışı cəzaçəkmə müəssisəsi rəhbərliyi tərəfindən də müsbət qiymətləndirilmiş və onun nümunəvi davranışına görə ##.##.2024-cü il tarixli qərarla həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Belə ki, ##.##.2024-cü il tarixdə keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində fəal iştirak etməsinə və ümumilikdə nümunəvi davranış nümayiş etdirməsinə görə ona bir əlavə qısa müddətli görüş verilməsi formasında həvəsləndirmə tədbiri tətbiq olunmuşdur. Bundan əlavə, məhkumun şəxsi işində olan illik xasiyyətnamələrdən görünür ki, o, 2021, 2023, 2024 və 2025-ci illər üzrə müsbət xarakterizə olunmuşdur. Xüsusilə son illər üzrə tərtib edilmiş xasiyyətnamələrdə onun əməyə vicdanla yanaşdığı, müəssisədə keçirilən ictimai tədbirlərdə iştirak etdiyi, tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxardığı, törətdiyi cinayət əməlini etiraf etdiyi və peşmanlıq hissi keçirdiyi qeyd edilmişdir. Həmçinin iş materiallarında olan müəssisə nümayəndəsinin izahatından görünür ki, məhkum yalnız ödənişli işlərdə deyil, eyni zamanda haqqı ödənilməyən ictimai faydalı işlərdə və iməciliklərdə də əməksevərliyi ilə fərqlənmiş, ona həvalə edilmiş tapşırıqların icrasına məsuliyyətlə yanaşmışdır. Məhkumun uzun müddət ərzində fasiləsiz əmək fəaliyyətinə cəlb olunması və bu fəaliyyətdə müsbət nəticələr göstərməsi onun əməyə münasibətinin dəyişdiyini, sosial məsuliyyət hissinin formalaşdığını və cəzanın əsas məqsədlərindən biri olan islah prosesinin real nəticələr verdiyini göstərən mühüm meyarlardan biridir. Məhkəmə kollegiyası məhkum Məhkum ərizəsinin təmin edilməsinə mane olan hər hansı qanuni halın mövcud olmadığını nəzərə alaraq qeyd edir ki, apellyasiya protestinin təmin edilməsi və məhkumun ərizəsinin təmin olunmasından imtina edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların Icra Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməs, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.3-cü maddəsinə əsasən işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti əsassız olduğundan təmin olunmamalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Bakı şəhər Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) saat üçün cəmi 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Elnur Nuriyev Hakimlər: Cavid Hüseyn Habil Məmmədov
Məhkəmə qərarları › İş №7(3-6)-880/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-880/2026
05.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver