Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-882/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrliyi və məruzəsi ilə), Əhmədov Zəfər Vahid oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, prokuror – Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, məhkum Məhkum Ağaməmməd oğlunun, müdafiəçi – “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi İsfəndiyar oğlunun iştirakları ilə, ## ###### 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi, ev 9, mənzil 32 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum Ağaməmməd oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum Ağaməmməd oğlu ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı ilə məhkum Məhkum Ağaməmməd oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini, şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nümunəvi xarakterizə olunan məhkum olmuşdur. Əməkdaşlarla münasibətdə davranış qaydalarını pozmamışdır. Əməyə və təhsilə münasibəti əladır. Müəssisəyə daxil olduğu gündən fərdi əməklə məşuldur. İstehsalat sahəsində müəssisədə keçirilən bütün bayram tədbirlərində fəal iştirak edir və digər məhkumların da bu işlərə cəlb olunmasına müəssisə əməkdaşlarına yaxından köməklik göstərir. Ailə üzvləri ilə görüş və telefon vasitəsi ilə Cəzaların İcrası Məcəlləsinin müvafiq maddələrinə əsasən həftədə 2 dəfə telefon danışığı, bir dəfə qısa müddətli görüşlə əlaqə saxlayır. Cəza çəkdiyi müddətdə barəsində tənbeh tədbiri tətbiq edilməmişdir, nümunəvi davranışına və ictimai işlərdə fəal iştirakına görə müəssisə rəhbərliyi tərəfindən ## ###### 2023-cü ildə “Təşəkkür” elan edilməklə və ## #### 2025-ci ildə əlavə bir sovqat bağlama və ya banderol almağa icazə verilməklə həvəsləndirilmişdir. Məhkəmə qərarında onda qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmadığını və belə halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, onu cəmiyyətlə müxtəlif insanlarla daha sıx və sərbəst təması üçün şərait yaradılması mümkünsüzdür. Bu isə bütün islah işlərinə cəlb olunan insana belə cavab gələ bilməz. Törətdiyi cinayət əməlinə görə səmimi şəkildə peşmanlıq hissi keçirir. Gələcəkdə bir daha cinayət törətməyəcəyinə və Azərbaycan Respublikasının layiqli vətəndaşı olacağına söz verir. Məhkəmə iclasında iştirak edən müdafiəçisi məhkumun müəssisənin bütün ictimai tədbirlərində həmişə qənaətbəxş, fəal iştirak etdiyini, fərqlənib seçildiyini, etik davranış qaydalarına nümunəvi riayət etdiyini, əməyə münasibətinin müsbət olduğunu, cinayət əməlini etiraf etdiyini, daim səmimi peşmanlıq hissi keçirdiyini, cəza müddətində də barəsində heç bir tənbeh tədbiri tətbiq edilmədiyini, müəssisə rəhbərliyi tərəfindən ona nümunəvi həyat tərzinə, islah yoluna qədəm qoyduğuna görə təşəkkür elan edilmiş, bir sovqat bağlama hədiyyə almağa da icazə verildiyini, məhkəmənin mülahizəni formal yanaşma və obyektivliyi əks etdirməyən sənəd kimi dəyərləndirdiyini, məhkumun müsbət xarakterizə olunmasının nümunəvi davranışa görə əsas götürülməsini məhdudlaşdırma halı saydığını, fərdi əmək sahəsində fəaliyyət göstərməsinin öz əksini tapmaması kimi qiymətləndirdiyini, məhkum barəsində düzgün olmayan hüquqi nəticəyə gəlindiyini, cinayət qanunu normalarına doğru istinad edilmədiyini, ədalətsiz və əsassız qərar qəbul edilməklə ölkə vətəndaşının hüquqlarının pozulduğunu, həqiqətən müsbət xarakterizə olunduğunu, fərdi əməklə məşğul olduğunu, hamı tərəfindən sənətkar kimi qəbul edildiyini, ictimai həyatda fəal iştirak etdiyini, müsbət davranışı ilə seçildiyini və barəsində müsbət rəy verildiyini bildirərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən məhkum artıq neçə ildir ki tapşırılanları etdiyini, davranışının çox yaxşı olduğunu, müəssisənin işlərində də iştirak etdiyini, cəzaçəkmə müəssisəsinin bütün əməkdaşlarının da bunu gördüyünü bildirərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən prokuror məhkumun kifayət qədər çəkilməmiş cəzası olduğunu bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçinin şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsinin rəis müavini (tərbiyə işləri üzrə) X2 mülahizədə göstərilən hallara uyğun şəkildə çıxış edərək bildirmişdir ki, məhkum Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ## #### 2023cü il tarixdə * saylı İstintaq Təcridxanasından daxil olmuşdur. Məhkum karantin müddətini başa vuraraq * saylı dəstədə qeydiyyata alınmış, yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmişdir. Məhkuma hüquq və vəzifələri, daxili intizam qaydaları, cəzanın çəkilməsi şərtləri izah olunmuşdur. İslah prosesinə cəlb olunması üçün müəssisədə aparılan abadlıq işlərinə, keçirilən mədəni-kütləvi tədbirlərə cəlb olunmuş, onun bu tədbirlərdə iştirakı qənaətbəxş olmuşdur. Müəssisədə cəza çəkdiyi müddət ərzində özünü müsbət xarakterizə olunan məhkum kimi tanıtmışdır. Əməkdaşlarla münasibətdə etik davranış qaydalarına riayət edir. Şəxsi gigiyena qaydalarına əməl edir. Əməyə və təhsilə olan münasibəti müsbətdir. Hökm üzrə 114 (bir yüz on dörd) manat ekspertiza borcu təyin edilmişdir. Onunla aparılan fərdi tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticə çıxarır. Müəssisənin ictimai həyatında fəal iştirak edir və digər məhkumlarında bu işlərə cəlb olunmasında müəssisə əməkdaşlarına yaxından köməklik göstərir. Məhkum xasiyyətcə mülayimdir. Törətmiş olduğu cinayət əməlini etiraf edir və səmimi peşmanlıq hissi keçirdiyini bildirir. Ailə üzvləri ilə görüş və telefon vasitəsilə əlaqə saxlayır. Məhkumun cəza çəkdiyi müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmiş, nümunəvi davranışına və ictimai işlərdə fəal iştirakına görə ## ###### 2023-cü il tarixdə "Təşəkkür" elan edilməklə və ## #### 2025-ci il tarixdə isə əlavə olaraq 1 (bir) sovqat, bağlama və ya banderol almağa icazə verilməklə həvəsləndirilmişdir. Beləliklə, məhkum Məhkum cəzasının 3/4 hissəsini çəkdiyini və bu müddət ərzində islah olunduğunu nəzərə alınıb onun şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəuyğun hesab edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2023-cü il tarixli *(***)-****/**** saylı hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-***/**** saylı qərarından görünür ki, təqdimat təmin edilmiş, Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Ağaməmməd oğluna Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ### 2023-cü il tarixli *(***)-****/**** saylı hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkumun şəxsi işindən görünür ki, Məhkum ## #### 2023-cü il tarixdə * saylı İstintaq Təcridxanasından * saylı cəzaçəkmə müəssisəsinə daxil olmuşdur. Cəzasının əvvəli ## ###### 2022-ci il tarixdə başlayır, ## ### 2027- ci il tarixdə isə cəzası sona çatır. Məhkumun şəxsi işindən görünür ki, məhkumun cəza çəkdiyi müddət ərzində barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkumun şəxsi işindən görünür ki, məhkumun cəza çəkdiyi müddət ərzində nümunəvi davranışına və ictimai işlərdə fəal iştirakına görə ## ###### 2023-cü il tarixdə "Təşəkkür" elan edilməklə və ## #### 2025-ci il tarixdə isə əlavə olaraq 01 (bir) sovqat, bağlama və ya banderol almağa icazə verilməklə həvəsləndirilmişdir. Məhkumun şəxsi işində olan 2023, 2024 və 2025-ci ilin illik xasiyyətnamələrindən görünür ki, Məhkum islah yoluna qədəm qoymağa cəhd göstərir. Məhkəmə kollegiyası bir daha məhkumun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Həmin Məcəllənin 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. İstənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin Qərarda qeyd olunmuşdur ki, “qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunmasını, davranışını, əməyə münasibətini, islah olunmasını nəzərə almalıdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “mülahizə formal xarakter daşımaqla obyektivliyi əks etdirmədiyindən əsaslı hesab edilə bilməz. Müsbət xarakterizə olunmaq anlayışı daha geniş məna kəsb etdiyindən və Cəzaların İcrası Məcəlləsi məhkumdan cəzanın çəkildiyi dövrdə başqa məsələlər üzrə də müsbət nəticələrə çatmağı tələb etdiyindən, məhkumun müsbət xarakterizə olunması barədə tələbi yalnız davranışı ilə məhdudlaşdırmaq olmaz. Məhkum şəxsi işi araşdırılarkən əməyə və təhsilə müsbət münasibətini təsdiq edən hər hansı bir qeydə və ya sənədə rast gəlinməmiş, həmçinin onun cəza çəkdiyi müddət ərzində məhz hansı əmək fəaliyyəti ilə məşğul olması öz əksini tapmamışdır. Məhkəmə hesab edir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamış və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür”. Apellyasiya baxışı zamanı məhkumun daxili qaydaların pozuntusuna yol vermədiyini və barəsində intizam tənbeh tədbirləri tətbiq edilmədiyini göstərilmişdir. Tənbeh tədbirləri cəzanın icrası qaydalarını pozan məhkumlar barəsində tətbiq edilir. Cəzanın icrası qaydalarına əməl etmək isə məhkumun vəzifəsidir və məhkum barəsində tənbeh tədbirlərinin tətbiq edilməməsi onun müsbət xarakterli sayılması üçün özlüyündə birmənalı əsaslı hal deyildir. Həmçinin görünür ki, həvəsləndirmə tədbirləri nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə məhkumlara tətbiq edilir. Beləliklə, məhkumun müsbət xarakterli qiymətləndirilməsində həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi müəyyən əhəmiyyətə malikdir və hazırda məhkum barəsində cəza çəkdiyi 3 il 9 aya yaxın müddətində uzun fasilələrlə olmaqla sadəcə iki dəfə (## ###### 2023-cü il və ## #### 2025-ci illərdə) həvəsləndirilmişdir. Məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Əks təqdirdə, bu şərt ödənildiyi halda cəzadan vaxtından əvvəl azad olunması üçün yetərli hesab olunmaqla, qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Göründüyü kimi, məhkumun şəxsi işində o, artıq islah yoluna qədəm qoymuş məhkum kimi xarakterizə olunmamışdır. Mülahizədə onun xasiyyətcə sakit olması göstərilsə də, həmin hal da özlüyündə şəxsin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas deyil. Həmçinin əməyə və təhsilə münasibətinin yaxşı olması qeyd olunsa da, göstərilən ümumi və şablon şəkildə ifadə olunan bu fikirlər də iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa, onun mədəni-kütləvi və tərbiyə tədbirlərində iştirak etməsi kimi hallarla bağlı ilə də mülahizədə ümumiyyətlə hər hansı konkret hallar qeyd edilməmişdir. Digər tərəfdən, məhkumun ailə üzvləri ilə əlaqə saxlaması onun islah olunmasına dair sübut hesab edilməməklə yanaşı, məhkum yoldaşları və müəssisə əməkdaşları ilə davranışda da etik qaydalara riayət etmək məhkumun vəzifəsidir. Eyni zamanda, məhkumun cəza çəkdiyi son üç illik (2023, 2024, 2025) xasiyyətnamələrindən görünür ki, Məhkum islah yoluna qədəm qoymağa cəhd göstərir. Müvafiq izahdan göründüyü kimi, cəzaçəkmə müəssisəsinin mülahizəsi belə yekun qənaətə gəlməkdə məhkəmə üçün birmənalı əsas olmamışdır, Ədliyyə Nazirliyinin müvafiq komissiyasının müsbət rəyinin həlledici təsiri isə ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmur. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən də ona cəza təyin edilərkən cinayətlərin residivinin də cəzanı ağırlaşdıran hal kimi, səmimi etirafı və səmimi peşmanlığının isə cəzanı yüngülləşdirən hal kimi nəzərə alınaraq ona müvafiq həddə cəza təyin edildiyi görünür. Məhkəmə onu da qeyd edir ki, Məhkum Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli *(***)-***/**** nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli həbs olunduğu ## ###### 2021-ci il tarixdən hesablanmışdır. Salyan Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-***/**** nömrəli qərarına əsasən, onun çəkilməmiş cəzası “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2021-ci il tarixli 395- VİQR nömrəli Qərarın 4-cü bəndinə əsasən 6 ay azaldılmışdır. Nəhayət, təhlil olunan işdən aydın olur ki, məhkumun islah olunması qənaətinə gəlinmir və bu halda cəzanın müvafiq hissəsinin çəkilməsi şərti olaraq vaxtından əvvəl azad edilmə üçün yeganə imperativ tələb deyildir. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mülahizədə qeyd edilən hallar konkret faktlar ilə deyil, ümumi və şablon ifadələrlə əsaslandırılmışdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən məhkumun apellyasiya şikayətinin dəlilləri ilə və müdafiəçinin məhkəmə iclasında bildirdikləri ilə razılaşmır, birinci instansiya məhkəməsinin məhkumun ərizəsinin təmin edilməməsi barədə gəldiyi qənaəti isə qanuni, əsaslı və işin faktiki hallarının düzgün qiymətləndirilməsi kimi hesab edir. Bu da öz növbəsində onu göstərir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə (məhkum islah olunması) nail olunmamışdır. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırkı halda məhkumun şəxsi iş materiallarından, həmçinin iş üzrə digər sənədlərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Məhkum Ağaməmməd oğlunun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** saylı Qərarına əsasən (həmin Qərara ## ##### 2025-ci il tarixli *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1, 52 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Apellyasiya şikayəti təmin olunmasın. Məhkum Ağaməmməd oğlunun cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Vəkil Müdafiəçi İsfəndiyar oğlu tərəfindən məhkum Məhkum Ağaməmməd oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsi vəsaitindən “De Fendo” Vəkil Bürosunun hesabına 132 (bir yüz otuz iki) manat pul köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-882/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-882/2026
29.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver