Məhkəmə qərarları › İş №7(3-6)-884/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-884/2026

29.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-884/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X1 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X3, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*- **)-***/**** saylı qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim A.N.Həsənova) ## ### 2026-cı il tarixli qərarı ilə ## ##### 1974-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsi təmin edilməmişdir. İşin halları: Təqdim olunmuş iş materiallarından məlum olur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ######## 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkum məhkəməyədək icraat dövründə ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkməsinin əvvəli ## #### 2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə sənədlərinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixi *(***)-***/**** saylı qərarı ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən Məhkum cəzası 06 ay azaldılmış, cəzaçəkmə müddəti ## #### 2026-cı il tarixdə başa çatır. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Qərardan Məhkum apellyasiya şikayəti verərək, cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Məhkəmə iclasında müdafiəçi Müdafiəçi hüquqlarını müdafiə etdiyi məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında prokuror X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Məhkum məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinə əsasən məhkəmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Azərbaycan Respublikası CİM-nin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Qeyd olunan maddənin mənasına görə məhkəmə tərəfindən müraciətlərə baxılarkən, məhkumların bütün cəza çəkmə dövründəki davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəaliyyət təşkilatlarının işində iştirakı, həqiqətən islah yoluna qədəm qoyması araşdırılmalıdır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli ** nömrəli Qərarının 2ci bəndinin hüquqi tövsiyyəsində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanınn çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə dövründə davranışı, əməyən münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Qərarda habelə qeyd olunmuşdur ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidir. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidir. Həmçinin qərarda qeyd olunur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası və məhkumun islah-edilməsi məqsədilə tətbiq edilir. Yəni, məhkumun islah edilməsini və cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə Müəssisəsindən verilmiş ## #### 2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Məhkum ** saylı cəzaçəkmə müəssisəsinə ##.##.2025-ci il tarixində UPM-dən daxil olmuşdur. Məhkum yataq yeri və ən zəruri ləvazimatlarla təmin edilmişdir. Məhkuma hüquq və vəzifələri, daxili intizam qaydaları, cəzanın çəkilməsi şərtləri izah olunmuşdur. Məhkum müəssisəyə gəldiyi ilk günlərdən özünü mənfi xarakterizə olunan məhkum kimi tanıtmışdır. Məhkumla aparılan tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum etdiyi cinayəti qismən etiraf edir, törətdiyi əməldən peşmançılıq hissi keçirtmir. Tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarmır. Verilən tapşırıqları yerinə yetirməkdə təşəbbüs göstərmir, dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdən və ictimai işlərdə iştirakdan yayınır. Məhkum barəsində cəza çəkdiyi müddət ərzində 19 dəfə (sonuncu ##.##.2025-cü il tarixdə “05 gün CT” keçirilmişdir) tənbeh tətbiq edilmiş, cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Törətmiş olduğu cinayət əməlindən peşmançılıq hissi keçirmir. Ailə üzvləri ilə görüş, və telefon vasitəsilə əlaqə saxlayır. Nəticə: Мəhkum Məhkum müvafiq komissiyadan mənfi rəy alması barədə ##.##.2026-ci il tarixli, ** nömrəli protokola əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə uyğun hesab edilmir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin tələbinə əsasən, mülahizə məhkumun cəza çəkdiyi bütün dövrü əks etdirməlidir. Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş mülahizə təhlil olunarkən, məhkum Məhkum olunun cəza çəkdiyi müddətdə həvəsləndirilmədiyi, barəsində tənbeh tədbirlərinin tətbiq edilmədiyi və cəza çəkdiyi illər üzrə illik xasiyyətnamələrə dair məlumatın qeyd olunmaması ilə bağlı müəyyən olunmuş hallar, mülahizənin natamam olmasına və məhkumun cəza çəkdiyi bütün dövrü tam əks etdirməməsinə dəlalət edir. Qanunun tələbinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Məhkəmənin, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi isə məhs, məhkumun cəza çəkdiyi bütün dövrü əks etdirən obyektiv və qərəzsiz məlumatlara əsaslanır. Məhkəmə kollegiyası hesab edir ki, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə, məhkum Məhkum cəza çəkdiyi bütün dövrü tam əks etdirməmiş və bununla bağlı məlumatların natamamlığı məhs mülahizənin formal xarakterli olduğunu göstərmişdir. Qeyd olunan hallar, məhkum Məhkum barəsində verilmiş mülahizənin obyektiv həqiqəti əks etdirmədiyini və faktlara əsaslanmadığını göstərməklə, onun islah olunması və cəzanı tam çəkməsinə lüzum olmaması haqqında qənaətə gəlmək üçün məhkəmədə daxili inam və qəti fikir formalaşdırmır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ######## 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cəza eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətin qarşısını almaq məqsədi daşıyır. Qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli ** nömrəli qərarının hüquqi tövsiyyəsinə görə, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi imperativ norma deyil və qanunla nəzərdə tutulmuş cəzanın müəyyən hissəsinin çəkilməsi də məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini qəti şəkildə şərtləndirmir. Odur ki, məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş natamam mülahizəyə və işin hallarına münasibətdə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə əsaslar müəyyən etmir. Birinci instansiya məhkəməsi məhkum Məhkum müraciəti üzrə gəldiyi nəticəni cəzaçəkmə müəssisəsinin mülahizəsinə, işdə olan sənədlərə, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə müqayisəli şəkildə əsaslandırmış və həmin nəticə işdə olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası onunla razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, məhkəmə kollegiyası, Məhkum müraciəti üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bu xüsusda verilmiş apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-**)- ***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı vəkil bürosu hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar