Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-889/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X7, Müdafiəçi – “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X5, Məhkum Məmmədov Asəf İbrahim oğlunun iştirakları ilə, ##.##.1970-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində (Kompleksində) cəza çəkən Məmmədov Asəf İbrahim oğlunun ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün həbsxanadan ciddi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsində (Kompleksində) cəza çəkən X2 oğlu ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün həbsxanadan ciddi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Emin Fətəliyev) ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Penitensiar Xidmətin Umbakı Penitensiar müəssisəsində cəza çəkən X2 İbrahim oğluna təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan X2 İbrahim oğlu apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçisinin, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli Qərarı ilə ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunaraq cəzasının 05 ilini həbsxanada, qalan 15 il hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli ##.##.2023-cü il tarixdən hesablanmış, cəzasının sonu 19.02.2043cü il tarixdə bitir. X2 İbrahim oğlu ##.##.2025-ci il tarixdə * saylı istintaq təcridxanasından Umbakı Penitensiar Müəssisəsinə gətirilmişdir. Birinci instansiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, Məmmədov Asəf İbrahim oğlu barəsində hökmlə müəyyən edilmiş 05 illik həbsxana rejimində çəkilməli olan cəzanın ən azı yarısını faktiki olaraq həbsxanada çəkmədiyindən, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.2.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi əsas hazırkı vaxtda yaranmamışdır. Bu səbəbdən onun müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsinə dair ərizəsi təmin edilə bilməz. Beləliklə, məhkəmə Məmmədov Asəf İbrahim oğlunun şəxsi işindəki materialları, cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialları ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun törətdiyi cinayət əməlinə görə yuxarıda sadalanan halları nəzərə alaraq, hesab etmişdir ki, X2 İbrahim oğlunun ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun həbsxanadan ciddi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (CİM) 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin məcəllənin 70.2.2-ci maddəsinə əsasən, müsbət xarakterizə edilən məhkumlar həbsxanadan cəzaçəkmə müəssisələrinə məhkəmənin hökmü ilə müəyyən olunmuş həbs cəzasının ən azı yarısını çəkdikdə keçirilə bilərlər. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 10-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının CM-in 56.2-ci maddəsinə əsasən xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi barədə qərar qəbul edildikdə buna dair məhkəmə qənaəti hökmün təsviriəsaslandırıcı hissəsində əsaslandırılmalı, həmçinin hökmün nəticə hissəsində həbsxanada çəkilməli olan cəza müddəti ilə yanaşı göstərilməlidir ki, cəzanın həmin hissəsi çəkildikdən sonra cəzanın qalan hissəsini kişi məhkumlar cinayətlərin xüsusi təhlükəli residivi zamanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində, bu hal yoxdursa – ciddi rejimli cəzaçəkmə müəssisəsində, qadın məhkumlar isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Bu zaman nəzərə almaq lazımdır ki, hökmlə və ya apellyasiya instansiyası məhkəməsinin qərarı ilə cəzasının müəyyən hissəsini həbsxanada çəkməsi müəyyən edilmiş məhkumun həbsxanada cəza çəkdiyi müddətin axımı onun həbsxanaya daxil olduğu gündən hesablanmağa başlayır. Məhkumun qətimkan tədbiri qismində həbsdə olduğu müddət CM-in 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanarkən, həmin müddət həbsxanada cəzaçəkmə müddətinə deyil, ümumi cəzaçəkmə müddətinə hesablanır. İş materiallarından müəyyən edilir ki, X2 İbrahim oğlu əvvəlcə Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsi həmin hökmü dəyişdirilmədən saxlamış, sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarını dəyişdirərək ona 20 (iyirmi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzanın ilk 05 (beş) il müddətinə olan hissəsinin həbsxanada, qalan 15 (on beş) il hissəsinin isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar X2 İbrahim oğlu ## ##### 2025-ci il tarixdə * saylı istintaq təcridxanasından Umbakı Penitensiar Müəssisəsinə köçürülmüş və məhz həmin tarixdən etibarən Ali Məhkəmənin qərarı ilə müəyyən edilmiş həbsxana rejimində cəzasını çəkməyə başlamışdır. Buna görə də, Cəzaların İcrası Məcəlləsinin 70.2.2-ci maddəsində nəzərdə tutulmuş həbsxanada cəza çəkdiyi müddətin axımı məhkumun ümumi cəzaçəkmə müddətindən deyil, hökmün icrası məqsədilə həbsxanada cəza çəkməyə başladığı ## ##### 2025-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.2.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar həbsxanadan cəzaçəkmə müəssisəsinə yalnız məhkəmənin hökmü ilə müəyyən edilmiş həbs cəzasının ən azı yarısını həbsxanada çəkdikdən sonra keçirilə bilərlər. Qanunvericilikdə nəzərdə tutulmuş bu tələb imperativ xarakter daşıyır və məhkəmənin mülahizəsinə buraxılmamışdır. Bu baxımdan, məhkumun həbsxanadan cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün ilk növbədə onun hökmlə müəyyən edilmiş həbsxana rejimində çəkilməli olan müddətin azı yarısını faktiki olaraq həbsxanada çəkməsi zəruridir. Məhkumun cəzasının əvvəlinin ##.##.2023-cü il tarixdən hesablanması onun ümumi azadlıqdan məhrum etmə cəzasının başlanğıc tarixini müəyyən etsə də, bu hal hökmlə ayrıca müəyyən edilmiş həbsxana rejimində çəkilməli olan 05 illik müddətin hesablanmasına əsas vermir. Əks yanaşma hökmün icra qaydasını dəyişdirməklə yanaşı, Cəzaların İcrası Məcəlləsinin 70.2.2-ci maddəsinin mahiyyətinə və məqsədinə zidd olardı. Bundan əlavə, məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Umbakı Penitensiar Müəssisəsi tərəfindən təqdim edilmiş mülahizəyə əsasən məhkum barəsində tənbeh tədbiri tətbiq edilməsə də, onun aparılan fərdi tərbiyəvi söhbətlərdən lazımi nəticə çıxarmadığı, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissinin müşahidə olunmadığı, islah yoluna tam qədəm qoymadığı qeyd edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu hallara hüquqi qiymət verilməsindən asılı olmayaraq, ərizənin təmin edilməsi üçün zəruri olan əsas şərt – hökmlə müəyyən edilmiş 05 illik həbsxana müddətinin azı yarısının faktiki olaraq həbsxanada çəkilməsi – hazırkı mərhələdə mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun cəzaların icrası ilə bağlı qanunvericiliyin tətbiqinə dair hüquqi mövqeyinə görə, cəzanın çəkilmə qaydasının dəyişdirilməsi ilə bağlı məsələlər həll edilərkən məhkəmələr yalnız məhkumun davranışını deyil, eyni zamanda qanunla müəyyən edilmiş formal şərtlərin tam həcmdə mövcud olubolmamasını da yoxlamalıdırlar. Qanunda nəzərdə tutulmuş müddət şərti baş vermədiyi halda məhkumun davranışına və digər müsbət xüsusiyyətlərinə istinad edilməklə həmin tələbin aradan qaldırılması yolverilməzdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məmmədov Asəf İbrahim oğlunun ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün həbsxanadan ciddi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməsi məqsədəmüvafiq deyil, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: X2 İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün həbsxanadan ciddi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X5 tərəfindən X2 İbrahim oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №7(3-6)-889/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-889/2026
03.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver