Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-899/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi və məruzəsilə, Babayev Qədim Xalid oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 və müdafiəçi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, ##.##.1985-ci il tarixdə Beyləqan rayonu, Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum ciddi rejimli cəzaçəkmə müəssisəsindən X2 müəssisəsinə keçirilməsinə dair ərizənin təmin olunmaması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkum Məhkum ciddi rejimli cəzaçəkmə müəssisəsindən X2 müəssisəsinə keçirilməsinə dair ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə məhkumun onun cəzasının qalan hissəsini çəkmək üçün X2 müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmənin qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, ərizənin qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən çıxarılmış qərarda onun islah olunmasının nəzərə alınmadığını və islah olduğunu nəzərə alaraq, qərarın ləğv edilməsini və onun X2 müəssisəsinə keçirilməsinə dair ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkum apellyasiya şikayətində işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum müdafiəçisi X1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini və Məhkum cəzasının qalan hissəsini çəkmək üçün X2 müəssisəsinə keçirilməsini apellyasiya məhkəməsindən xahiş etdi. Məhkəmə iclasında prokuror X3 məhkum Məhkum apellyasiya şikayətinin əsassız olduğunu, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə həmin şəxsin iştirakı olmadan məsələyə baxılmasını mümkün hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırki işin materiallarını və məhkum Məhkum şəxsi işini verilmiş apellyasiya şikayətinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq, tərəflərin fikirlərini dinləməklə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019cu il tarixli *(**)-***/**** saylı hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CMin 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2018-ci il tarixdən hesablanması, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-***/**** saylı qərarından görünür ki, apellyasiya şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2019-cu il tarixli *(**)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkumun **** saylı şəxsi işindən görünür ki, Məhkum ##.##.2019-cu il tarixdə * saylı İstintaq Təcridxanasından ** saylı Cəzaçəkmə Müəssisəsinə daxil olmuşdur, cəzasının əvvəli ##.##.2018-ci il tarixdə başlayır, ##.##.2029-cu il tarixdə isə cəzası sona çatır. Məhkumun **** saylı şəxsi işindən görünür ki, məhkumun cəza çəkdiyi müddət ərzində barəsində ##.##.2025-ci il tarixdə "Xəbərdarlıq" tənbeh tədbiri tətbiq edilmiş, nümunəvi davranışına və ictimai işlərdə fəal iştirakına görə ##.##.2020-sі, ##.##.2020-ci, ##.##.2022-ci, ##.##.2023-cü, ##.##.2024-cü, ##.##.2025-ci il tarixlərdə "Təşəkkür” elan edilməklə, ##.##.2024-cü il tarixdə əlavə olaraq 1 (bir) qısamüddətli görüşə icazə verilməklə və ##.##.2026-cı il tarixdə isə əvvəllər barəsində tətbiq edilmiş ##.##.2025-ci il tarixli "Xəbərdarlıq" tənbeh tədbiri vaxtından əvvəl üzərindən götürülməklə həvəsləndirilmişdir. Məhkumun **** saylı şəxsi işində olan 2022 və 2024-cü ilin illik xasiyyətnaməsindən görünür ki, Məhkum islah yoluna qədəm qoymuşdur, 2023 və 2025- ci ilin illik xasiyyətnamələrindən görünür ki, Məhkum islah yoluna qədəm qoymağa cəhd göstərir. Məhkəmənin qərarından görünür ki, məhkum Məhkum barəsində müsbət xarakterizə verilsə də, məhkəmə məhkumun şəxsi işində olan sənədləri cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizə ilə qarşılıqlı müzakirə edərək belə qənaətə gəlir ki, tərtib olunmuş mülahizə formal xarakter daşımaqla obyektivliyi əks etdirmədiyindən əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası bir daha da məhkumun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir ki, verilmiş apellyasiya şikayəti həmin qərarın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinin məzmunundan görünür ki, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi məhkumun özündən asılı olan xarakterizəedici məlumatlarla, zamandan asılı olan cəzanın çəkilmə müddətinin vəhdətindən ibarətdir. Yəni bu iki şərt - birinci məhkumun davranışı, əməyə münasibəti, müsbət xarakterizə edilməsi və ikinci qanunla müəyyən edilmiş cəzanın müəyyən hissəsinin çəkilməsindən ibarət olan bu iki şərt birlikdə ödənildikdə cəzaçəkmə müəssisəsinin növü dəyişdirilə bilər. Göründüyü kimi qanunvericilik bu iki şərtin ödənildiyi təqdirdə heç də həmişə cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməli olmasını mütləq şəkildə müəyyən etməmişdir. Bu şərtlərin ödənilməsi cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi üçün zəruri şərtlərdir, mütləq şərt deyil. Yəni cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi üçün həmin şərtlərin ödənilməsi zəruridir. Lakin həmin şərtlərin ödənilməsi heç də mütləq mənada müəssisənin növünün dəyişdirilməli olmasını ehtiva etmir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunmuşdur ki, məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, məhkumun əməyə və təhsilə münasibətinin müsbət olmasının konkret nədə ifadə olunması, törətdiyi cinayətə münasibətinin təzahür forması, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirilməlidirlər. Məhkəmə onu da qeyd edir ki, Qanunun mənasına görə, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzalarının qalan müddətini çəkmək üçün X2 müəssisəsinə keçirilməsi üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəzaçəkmə müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Bu hallara törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi daxil deyil, təqsirləndirilən şəxslərin törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi qanuna əsasən onlara cəza təyin edilərkən nəzərə alınır. Hazırki iş üzrə isə yalnız bir əsas mövcuddur, yəni məhkum Məhkum müəyyən edilmiş cəzaçəkmə müddətini üçdə iki hissədə çəkmişdir, digər əsas isə mövcud deyil. Məhkumun şəxsi işi və mülahizə öyrənilmiş və ərizə vermiş məhkumu xarakterizə edən müəssisə rəhbərliyinin mülahizəsində qeyd edilənlər onun cəzaçəkmə müəssisəsində olduğu bütöv müddətdə göstərdiyi davranışının əhəmiyyətli olması baxımından ümumilikdə qiymətləndirilərkən müəyyən edilmişdir ki, o, islah yoluna qədəm qoymağa səy göstərən məhkum kimi xarakterizə edilmişdir. Eyni zamanda, yuxarıda adı çəkilən Plenum qərarında da göstərilmişdir ki, bu sahədə olan qanun normalarının mənasına görə cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Məhz bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkumun şəxsi iş materiallarını tədqiq edib, məhkumun cəzasının qalan hissəsini çəkməsi üçün X2 Müəssisəsinə keçirilməsini qeyri-mümkün hesab etmişdir. Göründüyü kimi, şəxsi işində olan və məhkəmə kollegiyasının iclasında araşdırılıb qiymət verilmiş hallar məhkumun islah olunduğunu təsdiq etməməklə, onun islah yoluna qədəm qoymuş məhkum olması qənaətinə gəlməyə əsas vermir. Məhz bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkumun şəxsi iş materiallarını tədqiq edib, məhkumun cəzasının qalan hissəsini çəkməsi üçün X2 müəssisəsinə keçirilməsini qeyri-mümkün hesab etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X2 müəssisəsinə keçirilməsi barədə ərizənin təmin edilməməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X2 müəssisəsinə keçirilməsi barədə ərizənin təmin edilməməsinə dair ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün, cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-899/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-899/2026
27.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver