Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-903/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsilə, X2 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – Əsədullayev Rasim Nüsrət oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X1, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi, məhkum – Məhkum iştirakları ilə Məhkum Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 178.3.2 və 179.3.2-ci maddələrinin həmin Məcəllənin 308.2-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə bağlı ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Daxil olmuş iş materiallarından və məhkəmə sənədlərindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində (Kompleksi) cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.3.2 və 179.3.2-ci maddələrinin həmin Məcəllənin 308.2-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.A.Əsədova) ## #### 2026-cı il tarixli qərarı ilə məhkum Məhkum ərizəsi geri qaytarılmışdır. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarının ləğv edilməsini, materialın icraata qəbul edilərək baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qərarında göstərilən əsasla ərizənin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmadığından şikayətin geri qaytarılması da əsassızdır. Məhkəmə iclasında məhkum Məhkum apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Müdafiəçi hüquqlarını müdafiə etdiyi məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslında prokuror X1 apellyasiya şikayətinin əsassız olduğunu və məhkumun müraciətinin hökmün icrası qaydasında baxılan işlərin predmetinə aid olmadığını qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası təqdim olunmuş iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib və proses iştirakçılarının çıxışlarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, müraciətdən görünür ki, məhkum Məhkum Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələri ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsini xahiş etmişdir. Cinayət-Prosessual Məcəllənin 509.1-ci maddəsinə əsasən həmin Məcəllənin 509.1.1- 509.1.9-cu maddələrində məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxsin ərizə ilə məhkəməyə müraciət etmək hüququ olan məsələlərin dairəsi qeyd edilmişdir. Göründüyü kimi qanunvericilik həmin məsələlərin konkret dairəsini müəyyən etmişdir ki, hüquq normalarının əlaqəli şəkildə şərh edilməsi qeyd olunan məsələlərə aid deyildir. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı və məhkum Məhkum müraciəti, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlər üzrə baxılan işlərin predmetinə aid olmadığına görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2 və 520-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3, 178.3.2 və 179.3.2-ci maddələrinin həmin Məcəllənin 308.2-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə bağlı ərizəsinin geri qaytarılması haqqında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) saat üçün cəmi 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-903/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-903/2026
29.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver