Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-907/2026 05.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X8, Müdafiəçi – “Kredo” Vəkil Bürosunun vəkili X2, Məhkum – Məhkum oğlunun iştirakları ilə, Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan təqdimatla məhkəməyə müraciət edərək məhkum Məhkum 02 il müddətinə həbsxana rejiminə keçiriməsi məsələsinə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan təqdimatı qismən təmin edilmiş, məhkum Məhkum cəzasını çəkmək üçün 06 (altı) ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, barəsində çıxarılmış qərarla razı olmadığını, məhkəmə işi düzgün araşdırmadan barəsində ədalətsiz qərar çıxardığını qeyd edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və onun müdafiəçisi X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdilər. X5 birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçisinin, apelyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 0Təqdimat verən orqan təqdimatından görünür ki, məhkum Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 181.2.1; 181.2.2; 181.2.3; 66.3-cü maddələri ilə təqsirli bilinərək 9 il, Qaradağ rayon məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünə əsasən isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1; 67.1-ci maddələri ilə 3 il 08 ay müddətinə azadlıqdan məhrum edilmiş, cəzasının əvvəli: ##.##.2026-cı il, cəzasının sonu: ##.##.2030-cu ildir. Məhkum Məhkum ##.##.2026-cı il tarixdə Bakı İstintaq təcridxanasından Təqdimat verən orqan qəbul edilmişdir. Müəssisəyə gəldiyi ilk gündən onunla müəssisə rəhbərliyi və əməkdaşlar tərəfindən profilaktiki söhbətlər aparılmış, ona hüquq və vəzifələri, o cümlədən müəssisədə cəzanın icrası qaydaları və çəkilməsi şərtləri izah edilmişdir. Müəssisədə olduğu gündən ona müəssisə rəhbərliyi tərəfindən digər məhkumlar kimi qanunvericilkdə nəzərdə tutulmuş qaydada maddi-məişət və kommunal şəraiti yaradılmışdır. Bütün bunlara baxmayaraq məhkum Məhkum Daxili İntizam Qaydalarının tələblərinə heç bir əsaslı səbəb olmadan əməl etməmiş, barəsində tətbiq olunmuş tənbeh tədbirlərindən düzgün nəticə çıxarmamış, rejim qaydalarını qərəzli şəkildə pozmaqda davam etmişdir. Məhkum Məhkum daxili intizam qaydalarını pozduğuna görə barəsində aşağıdakı qaydada tənbeh tədbirləri görülmüşdür. 1) ##.##.2024-cü il tarixdə məhkum X3 və X4 arasında baş verən mübahisəyə müdaxilə edərək mübahisə etdiyinə görə 15 gün müddətinə cərimə otağına keçirilmişdir. 2) ##.##.2024-cü il tarixdə cərimə təcridxanasında saxlandığı * saylı kameradan digər kamerada saxlanılan məhkumlarla qeyri qanuni yolla danışıq əlaqəsi yaratmağa cəhd göstərmişdir, ona görə 07 gün müddətinə cərimə otağına keçirilmişdir. 3) ##.##.2024-cu il CTda səhər yoxlaması zamanı üzərinə və saxlanildığı kameraya baxış keçirilməsinə maneəçilik törətmiş bununla bağlı əməkdaşlar irad bildirdikdə kobudluq etmişdir buna göre 07 gün müddətinə cərimə otağına keçirilmişdir. 4) ##.##.2024-cü tarixdə cərimə təcridxanasında səhər yoxlaması zamanı saxlandığı kameranı və yataq yerini natemiz saxladığına görə "xxxx" elan edilmişdir. 5) ##.##.2024-cü il tarixdə CT-da saxlandığı * saylı kameranın gözlüyünü bağlayaraq görüntünü məhdudlaşdırmış, ona bu barədə irad bildirildikdə müəssisə əməkdaşlarına qarşı kobudluq etdiyinə görə 1 ay müddətinə kamera tipli otağa keçirilmişdir. 6) ##.##.2025-ci il tarixdə Umbaki Penitensiar müəssisəsində saxlanıldığı 6-cı rejim korpusunun * saylı kamerasından pəncərə vasitəsilə digər rejim korpusunda saxlanılan məhkumları uca səslə səsləyərək qeyri qanuni danışıq əlaqəsi yaratmış, əməkdaşlar tərəfindən tutulan iradlara məhəl qoymayaraq öz danışıqlarını davam etdirdiyinə görə "xxxx" elan edilmişdir. ##.##.2025-ci il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyin qəbulunda olarkən ona verilən suallara qeyri semimi cavab vermişdir, müəssisə əməkdaşları tərəfindən ona haqlı irad tutduqda, tutulan iradlara məhəl qoymayaraq əməkdaşlara qarşı kobudluq etdiyinə görə 10 gün müddətinə cərimə otağına keçirilmişdir. 8) ##.##.2026-cı il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanıldığı * saylı kameranın qapısını aramsız döyərək heç bir əsaslı səbəb olmadan qeyri qanuni tələblər irəli sürmüş, bu barədə müəssisə əməkdaşları haqqlı irad bildirərkən, tutulan iradlara məhəl qoymadığına göre 07 gün müddətinə cərimə otağına keçirilmişdir. 9) ##.##.2026-cı il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanıldığı * saylı kameranın qapısını aramsız döyərək qeyri qanuni tələblər irəli sürmüş, CO-dan azad olunmasını tələb etmiş, bu barədə əməkdaşlar on tələblərinin əsassız olduğu barədə haqlı irad bildirdikdə o, tutulan iradlara məhəl qoymamış, istəyinə nail olmaq məqsədilə məftil parçası ilə özünə xəsarət yetirdiyinə görə "xxxx" elan edilmişdir. 10) ##.##.2026-cı il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinə etapla qəbul olunan zaman üzərinə və şəxsi əşyalarına axtarış baxışın keçirilməsinə maneçilik törətmiş, bu barədə əməkdaşlar ona haqlı irad bildirdikdə o, tutulan iradlara məhəl qoymadığına görə 07 gün müddətinə cərimə otağına keçirilmişdir. 11) ##.##.2026-cı il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanıldığı * saylı kameranın nəfəsliyi vasitəsi ilə digər kamerada saxlanılan məhkumlarla əlaqə saxlamağa cəhd etmiş, bu barədə əməkdaşlar ona haqlı irad bildirdikdə kobudluq etdiyinə görə "xxxx" elan edilmişdir. 12)##.##.2026-cı il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında səhər yoxlaması zamanı saxlanıldığı * saylı kamerada axtarış baxış keçirilməsinə maneçilik törətmiş, müəssisə əməkdaşları ona haqqlı irad bildirdikdə kobudluq etdiyinə görə 05 gün müddətinə cərimə otağına keçirilmişdir. 13) ##.##.2026-cı il tarixdə ** saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyin qəbulunda olarkən ona verilən suallara qeyri səmimi cavab vermiş, bu barədə ona haqlı irad bildirildikdə, o, tutulan iradlara məhəl qoymadığına görə 07 gün müddətinə cərimə otağına keçirilmişdir. 14)##.##.2026-cı il tarixdə müəssisəyə etapla daxil olarkən, üzərinə və əşyalarına axtarışbaxış keçirilməsinə maneçilik törətmiş, bununla bağlı müəssisə əməkdaşları irad bildirdikdə səs küy salaraq digər məhkumların diqqətini özünə cəlb etməyə çalışmış, çılğınlıq edərək müəssisə əməkdaşlarına qarşı kobudluq etdiyinə görə 5 gün müddətinə CO-na keçirilmişdir 15)##.##.2026-cı il tarixdə cərimə təcridxanasında saxlanıldığı * saylı kameranın qapısını aramsız döyərək qeyri qanuni tələblər irəli sürmüş, bununla bağlı müəssisə əməkdaşları irad bildirdikdə tutulan iradlara məhəl qoymayaraq müəssisə əməkdaşlarına qarşı kobudluq etmiş, ona görə də 1 ay müddətinə kamera tipli otağa keçirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum Məhkum barəsində görülmüş tənbeh tədbirlərindən və onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmamış, daxili intizam qaydalarını kobud şəkildə pozmaqda davam etmişdir. Müəssisədə cəza çəkdiyi müddət ərzində özünün qeyri-qanuni hərəkətləri ilə ümumi məhkum kütləsinin islah olunmasına mənfi təsir göstərir. Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən 03 il müddətinə həbsxana rejiminə keçirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan xasiyyətnaməsində göstərilmişdir ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünə əsasən Azerbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 181.2.1; 181.2.2; 181.2.3; 66.3 maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1 maddəsi ilə təqsirli bilinərək 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə, cəzanın çəkilməmiş qalan 3 il 6 ay 27 gün hissəsinə qismən birləşdirilməklə üzərində qəti olaraq 3 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasının əvvəli: ##.##.2026cı il, cəzasının sonu: ##.##.2030-cu ildir. Məhkum Məhkum Təqdimat verən orqan ##.##.2026-cı il tarixdə Bakı istintaq təcridxansından qəbul edilmişdir. Müəssisəyə qəbul olunduğu ilk gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri izah olunmuş, islah prosesi ilə bağlı zəruri tövsiyələr verilmişdir. O, aparılan tərbiyəvi söhbətlərdən, verilən tövsiyələrdən düzgün nəticə çıxarmamışdır. Şəxsi işində toplanmış sənədlərə əsasən cəza çəkdiyi müddətdə rejim qaydalarını pozduğuna görə barəsində 15 tənbeh tədbiri tətbiq olunmuşdur: 1. ##.##.2024cü il tarixli qərarı ilə - 15 gün CT; 2. ##.##.2024-cü il tarixli qərarı ilə - 07 gün CT; 3. ##.##.2024cü il tarixli qərarı ilə - 07 gün CT; 4. ##.##.2024-cü il tarixli qərarı ilə - "xxxx"; 5. ##.##.2024cü il tarixli qərarı ilə - 01 ay KTO; 6. ##.##.2025-ci il tarixli qərarı ilə - "xxxx"; 7. ##.##.2025-ci il tarixli qərarı ilə - 10 gün CT; 8. ##.##.2026-cı il tarixli qərarı ilə - 07 gün CT;. 9. ##.##.2026cı il tarixli qərarı ilə - "xxxx"; 10.##.##.2026-cı il tarixli qərarı ilə - 07 gün CT; 11.##.##.2026-cı il tarixli qərarı ilə - "xxxx"; 12.##.##.2026-cı il tarixli qərarı ilə - 5 gün CT; 13.##.##.2026-cı il tarixli qərarı ilə - 7 gün CT; 14.##.##.2026cı il tarixli qərarı ilə - 5 gün CT; 15.##.##.2026-cı il tarixli qərarı ilə - 1 ay KTO; O, törətdiyi cinayət əməlini qismən etiraf etsə də, cinayətin ictimai təhlükəlilik dərəcəsini ya dərk etmək iqtidarında deyil, ya da bilərəkdən dərk etmək istəmir. Törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirməsi müşahidə olunmur. Əməyə və təhsilə münasibəti mənfidir. Dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak etmir. Məhkum yoldaşları ilə münasibətdə qeyri-səmimidir. Xasiyyətcə çılğındır. Məhkumların özfəaliyyət təşkilatlarının fəaliyyətinə maraq göstərmədiyi müşahidə edilir. Ailəsi, yaxınları ilə telefon və görüş vasitəsilə əlaqə saxlayır. Cəza çəkdiyi müddətdə barəsində 1 həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Müəssisə rəisinin, ##.##.2024-cü il tarixli əmri ilə ona əlavə sovqat, bağlama və ya banderol almağa icazə verilmişdir. Məhkumun ekspertiza xərci ilə əlaqədar dövlətə olan 64 manat borcu ödənilməmişdir. Cəzaçəkm Müəssisəsinin müdiriyyəti məhkum Məhkum Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.4.3-cü maddəsinə uyğun olaraq həbsxanaya keçirilməsini məqsədəuyğun hesab edir. Məhkəmə kollegiyası məhkumunun şəxsi işini araşdıraraq, məhkumun şəxsi işində olan sənədləri təqdimata əlavə edilmiş sübutları müzakirə edərək belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakter daşımaqla obyektivliyi əks etdirmədiyindən, əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.4.3-cü maddəsinə əsasən, cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməsi məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 108.1.4-cü maddəsinə əsasən, cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək və ya onların qanuni tələblərinə tabe olmamaq, cəzanın icrası qaydalarının qərəzli pozulması halları hesab olunur. Göründüyü kimi, məhkum Məhkum cəza çəkdiyi müddətdə mütəmadi olaraq, dəfələrlə daxili rejim qaydalarını pozmuş və bu səbəbdən o, müəssisə rəhbərliyi tərəfindən dəfələrlə cəzalandırılmışdır. Məhkum Məhkum oğlu barəsində görülən profilaktik tədbirlər müsbət nəticə verməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin məhkum Məhkum oğlunun 6 (altı) ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilməsinə dair *(*-**)- ****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin məhkum Məhkum 6 (altı) ay müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilməsinə dair *(*-**)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Kredo” Vəkil Bürosunun vəkili X2 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 13 (on üç) saat üçün cəmi 143 (yüz qırx üç) manat dövlət büdcəsindən tutularaq Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №7(3-6)-907/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-907/2026
05.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver