Məhkəmə qərarları › İş №7(3-6)-918/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-918/2026

07.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-918/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Məhkum Məhkum iştirakları ilə, Məhkum Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin azaldılması barədə ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDI: Məhkum Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlqdan məhrum etmə cəzasının çəkilməmş hissəsinin azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin azaldılmasına dair ərizəsi geri qaytarılmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. X2 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkum Məhkum müdafiəçisi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə məhkum Məhkum razılığı ilə müdafiəçisinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkumun, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə prokurorun çıxışını dinləyərək, belə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni nəzərdən keçirərək, belə hesab etmişdir ki, məhkum Məhkum barəsində olan yüngülləşdirici halların olmasını, eləcə də əməlinin tövsif olunmasını qeyd edib, çəkilməmiş qalan azadlıqdan məhrum etmə cəzasının azaldılmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, məhkum Məhkum barəsində olan hökm hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olduğundan hazırkı müraciət üzrə məhkumun çəkilməmiş cəza müddətinin azaldılması üçün heç bir norma müəyyən edilməmişdir. Ona görə də, Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin azaldılması barədə müraciətinə məhkəmədə baxılması üçün predmet müəyyən edilməmişdir. Məhkuma izah edilməlidir ki, qeyd olunan cinayət əməllərinin tövsif edilməsi məsələsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinə müraciət etmək hüququ vardır. Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin azaldılması barədə ərizəsinə hökm və məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılması mümkün olmadığından ərizənin icraata qəbulundan imtina edilməli və məhkumun ərizəsi baxılmadan geri qaytarılmalıdır. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkəmə məhkum Məhkum şikayətdə göstərdiyi halları nəzərə almış və ərizəni geri qaytarmaqda qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 509.1, 509.1.9-cu maddələrinə əsasən məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 509.2-ci maddəsinə əsasən məhkumun bu Məcəllənin 509.1-ci maddəsində göstərilən ərizələrə bu Məcəllənin 510-520-ci maddələrinə uyğun olaraq məhkəmə tərəfindən baxılır. Məhkəmə kollegiyası belə hesab edir ki, hökmün və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında baxılmalı olan məsələlər konkret olaraq göstərildiyindən məhkumun təqsirli bilindiyi cinayət əməlinin hüquqi tövsifinin dəyişdirilməsi məsələsinə hökmün icrası qaydasında baxılması cinayət-prosessual qanunvericilik baxımından yolverilməzdir. Məhkuma izah edilməlidir ki, onun hökmdən apellyasiya şikayəti vermək, əgər apellyasiya şikayətinin təmin edilməməsi barədə apellyasiya instansiyasının qərarı olubsa, həmin qərardan kassasiya şikayəti vermək, kassasiya şikayətinə baxıldığı təqdirdə əlavə kassasiya qaydasında müraciət etmək hüququ var. Yəni hökmlərin icrası qaydasında icraat çərçivəsində hazırki ərizəyə baxıla bilməz. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə hesab edir ki, Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin azaldılması barədə ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(*-**)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin məhkum Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə məhkum edildiyi azadlqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin azaldılması barədə ərizəsinin geri qaytarılmasına dair *(*-**)- ***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Habil Məmmədov Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar