Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-921/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Məmmədov Əli İrfan oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Prokuror - Prokuror prokuroru X5, Müdafiəçi – “Presedent ” Vəkil Bürosunun vəkili Müdafiəçi, Məhkum Məhkum iştirakları ilə, Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində məhkumun cəzasının ½ hissəsini çəkməsi, törətdiyi əməldən peşman olması, barəsində müsbət rəy verilməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilərək onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarını qanunsuz və ədalətsiz hesab edir. Məhkum barəsində verilmiş rəy müsbətdir, cəzasının çox hissəsini çəkmişdir. Məhkumun yaşını və sağlamlıq vəziyyətini nəzərə alaraq, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilərək məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən prokuror X5 bildirdi ki, birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab edir. Apellyasiya şikayəti əsassızdır. Həmçinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 6 (altı) ay azaldılmışdır. Buna görə də, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və proses iştirakçılarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli Cinayət Kollegiyasının qərarı apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirlmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Məhkum təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 6 (altı) ay azaldılmışdır. Məhkumun cəzasının əvvəli ##.##.2023-cü il tarixdən hesablanmış, cəzanın sonu ##.##.2027-ci il tarixdə bitir. Məhkum Məhkum ##.##.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasından ** saylı cəzaçəkmə müəssisəsinə aparılmışdır. Məhkum barəsində verilmiş mülahizdən görünür ki, məhkum Məhkum Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarına əsasən Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 6 (altı) ay azaldılmışdır. Məhkum Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd şəffaf polietelin bükümdə xarici əlamətləri və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olan ümumi təmiz çəkisi 0,333 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini, 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,204 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd polietelin torbada təmiz çəkisi 430.0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə yaşadığı fərdi yaşayış evinə daşıyaraq saxlamış, ##.##.2023-cü il tarixdə saat 09:15-də Salyan RPŞ-nin əməkdaşları tərəfindən Salyan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq şöbəyə gətirilmiş və yaşadığı ünvana baxış keçirilən zaman həmin narkotik vasitələr və psixotrop maddə, həmçinin 01 ədəd elektron tərəzi həmin evin yataq otağında yerləşən çarpayının üzərindəki örtüyün altından aşkar edilərək götürülmüşdür. Cəzasının əvvəli ##.##.2023-cü il tarixdən hesablanmış, cəzanın sonu ##.##.2027-cı il tarixdə bitir. Məhkum Məhkum şəxsi işinə nəzər saldıqda məlum olur ki, o, ##.##.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasından ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. Şəxsi işin materiallarından göründüyü kimi, məhkum istintaq təcridxanasında saxlandığı zaman daxili rejim pozuntusu hallarına yol verməmişdir. Məhkum Məhkum ** saylı cəzaçəkmə müəssisəsinə gəldiyi gündən karantin briqadasında onunla islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri izah olunmuşdur. Onunla aparılan islah məqsədli fərdi tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum etdiyi cinayəti etiraf edir və əməlindən peşmançılıq hissi keçirir, tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışır. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirir, dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə yaxından iştirak etməyə maraq göstərir. Əməyə və təhsilə münasibəti qənaətbəxşdir. Fiziki cəhətdən sağlamdır. Məhkum Məhkum şəxsi işinin materiallarından aydın olur ki, hökm üzrə üzərində olan 63 (altmış üç) manat 90 (doxsan) qəpik ekspertiza xərcini könüllü olaraq ödəmişdir. Xasiyyətcə mülayim və ünsiyyətcildir, məhkum yoldaşları ilə mehribandır. Ailə üzvləri və yaxın qohumları ilə telefon və görüş vasitəsilə əlaqə saxlayır, onlarla münasibəti yaxşıdır. Müəssisə əməkdaşlarına qarşı səmimidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya" tərəfindən məhkum Məhkum barəsində ##.##.2026-cı il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasına dair müsbət protokol verilmişdir. Nəticədə məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədə uyğun hesab edilmişdir. Birinci instansiya məhkəməsi məhkumun ərizəsini rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkumun şəxsi işindən görünür ki, qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Hazırki halda məhkum Məhkum həqiqətən islah olunması və cəzanı çəkməsinə lüzum olmaması halını məhkəmə iclasında müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı məhkəmə cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını yoxlayaraq qərar qəbul etməlidir. Cəzaçəkmə müəssisəsi tərəfindən təqdim olunmuş mülahizə isə formal ifadələrlə əsaslandırılmışdır. Məhkumun əməyə və təhsilə münasibətinin qiymətləndirilməsi ilə bağlı mülahizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkumun əməyə və təhsilə münasibəti müəyyənləşdirilən zaman faktiki olaraq hansı hərəkətlərinin müsbət xarakterizə olunması nəticəsində bu rəyə gəlindiyi qeyd edilməmişdir. Məhkumun konkret hansı əməyə münasibətinin müsbət olması, hansı təhsil aldığı qeyd edilməmişdir. Şəxsin əməyə münasibəti hər hansı epizodik hallara münasibətdə qiymətləndirilə bilməz. Mülahizədə göstərilən hallar məhkumun islah olunmağa çalışması və cəzanın məqsədlərinə nail olunması halının müəyyən edilməsi üçün kifayət edə bilməz. Mülahizədə göstərilənlər formal və səthi formada təsvir olunmuş, məhkum Məhkum barəsində olan mülahizə digər məhkumların barəsində olan mülahizələrdə göstərilənlərə oxşar tərtib edilmişdir. Bu onunla təsdiq olunur ki, məhkum Məhkum müsbət xarakterizə olunsa da, cəza çəkdiyi müddət ərzində barəsində bir dəfə də olsun həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Belə ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi, məhkumun islah olunması nə onun məhkəmə iclasında verdiyi izahatında, nə də ki məhkumun şəxsi işinə əlavə olunmuş sənədlərdə öz əksini tapır. Bundan başqa, məhkuma təyin olunmuş cəzanın kifayət qədər böyük hissəsi çəkilməmiş qalmaqla, onun hökmlə təyin olunmuş cəzanı tam çəkmədən islah olunması təsdiq olunmamışdır. Həmçinin mülahizə də formal sözlərlə ifadə edilmiş, məhkumun şəxsi işindən görünür ki, məhkumun müəssisədə və dəstədə keçirilən təmir-abadlıq işlərində iştirak etməsi dedikdə, bunun məhz nədə ifadə olunduğu, onun hansı abadlıq işlərində, tədbirlərdə iştirak etdiyi və bunda rolu öz əksini tapmamışdır. Ümumiyyətlə məhkuma aid şəxsi işdə onun islah olunmasını təsdiq edən heç bir sübut aşkar edilməmişdir. Belə ki, iş materialına əsasən barəsində tənbeh tədbiri tətbiq edilməsə də, onun barəsində bir dəfə də olsun həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Məhkum barəsində müsbət rəy verilsə də, mülahizə formal sözlərlə ifadə edilmiş, məhkumun şəxsi işindən görünür ki, əməlindən peşmançılıq hissi keçirməsi, tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışması dedikdə, bunun məhz nədə ifadə olunması və nədən ibarət olması göstərilməmişdir. Ümumiyyətlə məhkuma aid şəxsi işdə onun islah olunmasını təsdiq edən heç bir sübut aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş müsbət mülahizənin yalnız formal xarakter daşıdığı, heç bir əsasının olmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olması iş materiallarında öz əksini tapmaması ilə yanaşı, mülahizədə göstərilən hallar məhkumun islah olunmadığına dəlalət edir. Qeyd edilən hallar məhkumun islah olunduğuna, azadlığa çıxmaqla cəmiyyətdə layiqli yer tutmaq istəyinə məhkəmədə inam yaratmamış, bu isə məhkumun tam islah olunmamasını və ona tətbiq edilən cəzanın məqsədinə nail olunmamasını göstərir. Beləliklə, iş materialları ilə Məhkum qanuna itaət, insana, cəmiyyətə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşması və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılmasının mümkün olması müəyyən edilmir. Belə olduğu təqdirdə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialları ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun cəza çəkdiyi müddətdə tam islah olunmadığı qənaətinə gələrək hesab edir ki, hazırki vaxtda onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyildir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə əsasən, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında, cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışını əks etdirən şəxsi işindən, habelə mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində tam islah olunması müəyyən olunmur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkumun ona təyin edilmiş cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi yeganə əsas kimi cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün kifayət etmir. Qeyd edilməlidir ki, Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddətinin bitməsinə kifayət qədər müddət vardır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum edilmiş şəxs Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 10 saat üçün cəmi 110 manat dövlət büdcəsindən “Presedent ” Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-921/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-921/2026
11.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver