Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-922/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyev Elnur Aləm oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 və məhkum Məhkum və onun müdafiəçisi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum Məhkum verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə və ilkin baxış iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Penitensiar Xidmətin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində çıxarılmış hökmdən Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsinin xaric edilməsini xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə (hakim X2) məhkumun ərizəsinin geri qaytarılması qərara alınmışdır. Məhkum həmin məhkəmə qərarından apellyasiya şikayəti verib, onun ləğv edilməsini və ilkin ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi iclasında məhkum və müdafiəçisi apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmasına dair verilən vəsatətə münasibət bildirilməsi üçün apellyasiya şikayətinin birinci instansiya məhkəməsinə geri qaytarılmaısna etiraz etmədiyini bildirdilər. Məhkəmə kollegiyası, iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 384.1.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmündən apellyasiya şikayəti və ya apellyasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən hökmün elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. - 202.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. - 202.5-ci maddəsinə əsasən cinayət prosesində iştirak edən şəxslərə təqdim olunması nəzərdə tutulmuş sənədlərin onlar tərəfindən alınması həmin şəxslərin işə əlavə edilmiş qəbzləri ilə təsdiq olunur. - 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Avropa Insan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə ## #### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyətinin tətbiq edilməsinin məqsədlərindən əsası işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda perspektiv şikayətçiyə məhkəməyə müraciət edib-etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda, qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını da genişləndirir. Çünki zaman keçdikcə qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmiş, qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir. Beləliklə, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarından məhkum Məhkum verdiyi apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilib-edilməməsi məsələsinə baxılması üçün material birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nın 452.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L DI : Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum Məhkum verdiyi apellyasiya şikayətinə baxılmadan material Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №7(3-6)-922/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-922/2026
28.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver