Məhkəmə qərarları › İş №7(3-6)-925/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-925/2026

30.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-925/2026 30.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, Məhkum Məhkum, Müdafiəçi Bakı şəhəri “Arbitrium” vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Məhkum Məhkum ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmə baxışından çıxarılaraq geri qaytarılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, şəxsi əşyalarının ona geri qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Məhkum ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmə baxışından çıxarılaraq geri qaytarılması qərara alınmışdır alınmışdır. Məhkəmənin sözügedən qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində birinci instansiya məhkəməsinin ədalətsiz qərar qəbul etməsi və qanun normalarını kobudcasına pozması göstərilmişdir. Apellyasiya baxışı zamanı məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq prokuror məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası, prokurorun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etdi. Məhkəmə kollegiyası, verilmiş apellyasiya şikayəti ilə əlaqədar materialları məhkumun şəxsi işi ilə birlikdə tam, hərtərəfli və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5-96)-2031/2026 qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkumun təqdim etdiyi müraciət məzmun etibarilə hökmün icrası qaydasında məhkəmə tərəfindən baxılmalı olan məsələlər sırasına aid deyildir. Qanunvericiliklə məhkəməyə bu məsələ ilə bağlı göstəriş vermək və ya qərar qəbul etmək səlahiyyəti verilmədiyindən, müraciətin hökmün icrası qaydasında baxılması üçün hüquqi əsas mövcud deyildir. Belə olan halda, məhkumun qaldırdığı məsələ ilə bağlı aidiyyəti üzrə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə müraciət etməsi daha məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 509.1-ci maddəsinə əsasən Məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs cəzanın çəkilməsinin təxirə salınması haqqında; xəstəliyə və ya ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad edilməsi haqqında; cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında; cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi haqqında; cəzaçəkmə və ya tərbiyə müəssisələrinin növünün dəyişdirilməsi haqqında; amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında;müalicə müəssisəsində saxlanılma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi haqqında; məhkumluğun vaxtından əvvəl götürülməsi haqqında; bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası məhkumun müraciətinin hökmün icrası qaydasında baxılmalı olmamasına dair birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır. Məhkumun müraciəti hökmün icrası qaydasında baxılmalı olan məsələlərə aid olmadığından həmin müraciətin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 511-1 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum ərizəsi və ona əlavə edilmiş sənədlərin məhkəmə baxışından çıxarılaraq geri qaytarılmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Arbitrium” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar