Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-927/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, prokuror – Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, məhkum Məhkum, müdafiəçi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi İlyas oğlunun iştirakları ilə, ## #### 1982-ci il tarixdə Xaçmaz rayonunun Qobu-qıraq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qobu-qıraq kəndində qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv edilməsini və yenidən baxılaraq ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd etmişdir ki, qərardan narazıdır. Cəzasının ikidə bir hissəsini çəkmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, məhkum həm də əməldən peşman olduğunu, bir daha təkrarlamayacağını, yaşlı anasının üç aydır ağır xəstə olduğunu bildirib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən prokuror məhkum barəsində iki hökm olduğunu, cəzasının sonuna az qalsa da, barəsində mənfi rəy verildiyini bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkum Məhkum Xaçmaz Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 69.3cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ## ###### 2024-cü il tarixli Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3 və 69.3cü maddələri ilə təqsirli bilinərək təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla məhkum Məhkum üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarına əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli qərarına əsasən, kassasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 06 (altı) ay azaldılmışdır. Cəzaçəkmə müddətinin əvvəli ## ###### 2024-cü il tarixdən hesablanmaqla, cəzasının sonu ## ###### 2026-cı il tarixdə başa çatır. Mülahizə onunla əsaslandırılmışdır ki, məhkum Məhkum ## ###### 2024-cü il tarixdə * saylı İstintaq Təcridxanasından ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. Şəxsi işinə nəzər saldıqda məlum olur ki, məhkum istintaq təcridxanasında saxlandığı müddət ərzində daxili rejim qaydaları pozuntusu hallarına yol verməmişdir. Məhkum Məhkum müəssisəyə gəldiyi onunla karantin briqadasında islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri ona izah olunmuş, sualları cavablandırılmışdır. Məhkum Məhkum ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınsa da, onunla aparılan islah məqsədli fərdi tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum etdiyi cinayəti etmir, tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışmır. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirmir, dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə iştirak etməyə maraq göstərir, əməyə və təhsilə münasibəti qeyri-qənaətbəxşdir. Fiziki cəhətdən sağlamdır. Xasiyyətcə dəyişkəndir, məhkum yoldaşları ilə mehribandır. Ailə üzvləri və yaxın qohumları ilə telefon və görüş vasitəsilə əlaqə saxlayır, onlarla münasibəti yaxşıdır. Müəssisə əməkdaşlarına qarşı qeyri-səmimidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya” tərəfindən məhkum Məhkum barəsində, ## ### 2026-cı il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasına dair mənfi protokol verilmişdir. Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Yuxarıda göstərilənləri, eləcə də törətdiyi cinayətlərin ictimai təhlükəlilik dərəcəsini, vurmuş olduğu maddi ziyanın ödənilməməsi, zərərçəkmişlərin şikayətçi olmasını və komissiyanın mənfi rəyini nəzərə alaraq, Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə uyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi mülahizəyə uyğun çıxış edərək məhkum barəsində mənfi rəy verildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “məhkum Məhkum barəsində cəza çəkdiyi müddətdə həvəsləndirmələr tətbiq edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2026-cı il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsi "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin ## ###### 2025ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 06 (altı) ay azaldılmışdır. Məhkum cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam və ya qismən ödənilməsi istiqamətində real tədbirlər görməmişdir. Ziyanın könüllü şəkildə ödənilməsi və ya onun ödənilməsi üçün səy göstərilməsi məhkumun törətdiyi əmələ tənqidi münasibətinin, peşmanlığının və islah olunmasının qiymətləndirilməsi zamanı nəzərə alınmalı mühüm meyarlardan biridir. İş materiallarında məhkumun ziyanın tam ödənilməsi, yaxud bunun üçün obyektiv imkanlarının olmaması barədə inandırıcı sübutlar mövcud deyil. Məhkəmə amnistiya aktının tətbiq edilməsi nəticəsində cəzasının çəkilməmiş hissəsinin 01 (bir) ay 21 (iyirmi bir) gün təşkil etməsini, barəsində həvəsləndirmə tədbirinin tətbiq edilməməsini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsini, zərərçəkmişlərin məhkumdan şikayətçi olmasını mülahizədə qeyd olunan mənfi cəhətlərə malik olmasının şəxsi işində olan sənədlərlə öz əksini tapdığını və onun islah yolunda olmamasını nəzərə alıb hesab etmişdir ki, məhkum Məhkum ərizəsi təmin edilməməlidir”. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3.1-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunmasını, davranışını, əməyə münasibətini, islah olunmasını nəzərə almalıdır. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya şikayəti kifayət qədər əsaslandırılmamış, hər hansı əsaslı dəlil göstərilməmiş, məhkum sadəcə cəzasının müəyyən hissəsini çəkdiyini bildirmişdir. Mülahizədə göstərilir ki, məhkum etdiyi cinayəti etmir, tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışmır. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirmir, əməyə və təhsilə münasibəti qeyri-qənaətbəxşdir. Xasiyyətcə dəyişkəndir. Müəssisə əməkdaşlarına qarşı qeyri-səmimidir. Apellyasiya baxışı zamanı məhkumun daxili qaydaların pozuntusuna yol vermədiyini və barəsində intizam tənbeh tədbirləri tətbiq edilmədiyini göstərmişdir. Digər tərəfdən, tənbeh tədbirləri cəzanın icrası qaydalarını pozan məhkumlar barəsində tətbiq edilir. Cəzanın icrası qaydalarına əməl etmək isə məhkumun vəzifəsidir və məhkum barəsində tənbeh tədbirlərinin tətbiq edilməməsi onun müsbət xarakterli sayılması üçün özlüyündə birmənalı əsaslı hal deyildir. Həmçinin görünür ki, həvəsləndirmə tədbirləri nümunəvi davranışa, əməyə və təhsilə vicdanlı münasibətə, özfəaliyyət təşkilatlarında və tərbiyə tədbirlərində fəal iştirakına görə məhkumlara tətbiq edilir. Beləliklə, məhkumun müsbət xarakterli qiymətləndirilməsində həvəsləndirmə tədbirlərinin tətbiq edilməsi müəyyən əhəmiyyətə malikdir və hazırda məhkum barəsində cəza çəkdiyi iki il beş aydan çox müddətdə ümumiyyətlə həvəsləndirmə tədbiri tətbiq edilməmiş və hansı əsaslarla digər məhkumlardan fərqləndiyi əsaslandırılmamışdır. Çünki məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Əks təqdirdə bu şərt ödənildiyi halda, yəni müvafiq kateqoriyaya aid cinayət törətmiş şəxslərə münasibətdə cəzanın qanunla nəzərdə tutulmuş hissəsinin çəkilməsi cəzadan vaxtından əvvəl azad olunması üçün yetərli hesab olunmaqla, qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Məhkumun şəxsi işindən də göründüyü kimi, ümumiyyətlə nəinki islah yoluna qədəm qoymuş, hətta qədəm qoymağa çalışan məhkum kimi də xarakterizə olunmur. Beləliklə, iş materiallarından, eyni zamanda məhkum barəsində təqdim edilmiş mülahizədən də onun mənfi xarakterizə edilən məhkum olduğu aşkar aydın olur. Bu da öz növbəsində onu göstərir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə (məhkum islah olunması) nail olunmamışdır. Digər tərəfdən, məhkumun ailə üzvləri ilə əlaqə saxlaması onun islah olunmasına sübut hesab edilməməklə yanaşı, məhkum yoldaşları və müəssisə əməkdaşları ilə davranışda etik qaydalara riayət etmək məhkumun vəzifəsidir və mülahizədən də görünür ki, məhkum yoldaşları ilə mehriban ünsiyyət saxlasa da, müəssisə əməkdaşlarına qarşı qeyri-səmimidir. Birinci instansiya məhkəməsi qərarında onu da qeyd etmişdir ki, məhkum cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam və ya qismən ödənilməsi istiqamətində real tədbirlər görməmişdir. Apellyasiya instansiya məhkəməsi onu da qeyd edir ki, hələ birinci instansiya məhkəməsində icraat zamanı ifadə verən təqsirləndirlən şəxs Məhkum özünü verilən ittiham üzrə təqsirli bilməmişdir, mülahizədən göründüyü kimi, həmin hal cəzaçəkmə müddəti ərzində də dəyişməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri və məhkumun şəxsiyyətini, xarakterini də nəzərə alaraq, göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri və məhkəmə iclasında bildirdikləri ilə razılaşmır, birinci instansiya məhkəməsinin məhkumun ərizəsinin təmin edilməməsi barədə gəldiyi qənaəti isə qanuni, əsaslı və işin faktiki hallarının düzgün qiymətləndirilməsi kimi hesab edir. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırki halda məhkumun şəxsi iş materiallarından, həmçinin iş üzrə digər sənədlərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamış və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkum Məhkum cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)- ****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** saylı Qərarına əsasən (həmin Qərara ## ##### 2025-ci il tarixli *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş hüquqi xidmətə görə “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi İlyas oğluna 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsi hesabından işlədiyi “Qanunçuluq” Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-927/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-927/2026
29.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver