Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-933/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, Hüseynov Elməddin Mirpaşa oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X1, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsinin nümayəndəsi – X2, məhkum – Məhkum, tərcüməçi – X5 iştirakları ilə Məhkum Məhkum təyin edilmiş ömürlük azadlıqdan məhrumetmə cəza növünün müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edilməsi barədə ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Ş.Ə.Dadaşova) ## #### 2026-cı il tarixli qərarı ilə ## ###### 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: *******), orta təhsilli, subay, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Ali Məhkəməsinin Hərbi kollegiyasının ## #### 1999-cu il tarixli hökmü ilə təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəza növünün müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilməsinə dair ərizəsi təmin edilməmişdir. İşin halları: Təqdim olunmuş iş materialları və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Hərbi kollegiyasının ##.##.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 94 m 1, 7b, 145 m 2h 1, 2, 3, 6, 7b, 15,149 m 2h və 38-ci maddələrinə əsasən ölüm cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının ##.##.1998-ci il tarixli "Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi" haqqında Qanuna əsasən ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzaçəkməsinin əvvəli ## ######## 1995-ci il tarixindən hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum ömürlük azadlıqdan məhrum etmə cəza növünün müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək, ömürlük azadlıqdan məhrum etmə cəza növünün müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilməsinə dair ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Məhkum Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hökmü ilə təyin olunmuş ömürlük azadlıqdan məhrum etmə cəzasının iyirmi beş ildən çox hissəsini həqiqətən çəkmişdir və törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə iclasında cəzaçəkmə müəssisəsinin nümayəndəsi X2 cəzaçəkmə müəssisəsinin mülahizəsini müdafiə edərək, Məhkum intizamlı məhkum olduğunu və daxili rejim qaydalarına riayət etdiyini bildirmiş, cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi olmasının səbəbinin isə məhkumla zərərçəkmiş tərəf arasında barışığın olmamasını göstərmişdir. Məhkəmə iclasında məhkum Məhkum apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Müdafiəçi hüquqlarını müdafiə etdiyi məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında prokuror X1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 57.3-cü maddəsinə əsasən məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən məhkəmə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Eyni Məcəllənin 76.4-1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl etməsi halları nəzərə alınır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Qeyd olunan maddənin mənasına görə məhkəmə tərəfındən müraciətlərə baxılarkən, məhkumların bütün cəza çəkmə dövründəki davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəaliyyət təşkilatlarının işində iştirakı, həqiqətən islah yoluna qədəm qoyması araşdırılmalıdır. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli ** nömrəli Qərarının 2ci bəndinin hüquqi tövsiyyəsində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanınn çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə dövründə davranışı, əməyən münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Qərarda habelə qeyd olunmuşdur ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidir. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidir. Həmçinin qərarda qeyd olunur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası və məhkumun islah-edilməsi məqsədilə tətbiq edilir. Yəni, məhkumun islah edilməsini və cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsi tərəfindən verilmiş mülahizədə qeyd edilmişdir ki, məhkum Məhkum ##.##.1998-ci il tarixdə * saylı istintaq təcridxanasından müəssisəyə gətirilmişdir. Məhkuma müəssisəyə gətirildiyi gündən hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah olunmuşdur. Onunla aparılan fərdi tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmağa çalışır. Törətmiş olduğu cinayət əməlini etiraf edir, əməlindən peşmandır. Məhkum Məhkum cəza çəkdiyi müddətdə barəsində aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilmişdir: 1. ##.##.2000ci il tarixdə "Təşəkkür" elan edilmişdir 2. ##.##.2000-ci il tarixdə "Təşəkkür" elan edilmişdir 3. ##.##.2001-ci il tarixdə "Təşəkkür" elan edilmişdir 4. ##.##.2007-ci il tarixdə yaxşılaşdırılmış saxlanılma şəraitinə keçirilmişdir 5. ##.##.2012-ci il tarixdə "Təşəkkür" elan edilmişdir. 6. ##.##.2024-cü il tarixdə Təşəkkür elan edilib. Məhkum Məhkum daxili-rejim qaydalarını pozduğuna görə barəsində aşağıdakı tənbeh tədbirləri tətbiq edilmişdir: 1. ##.##.2002-ci il tarixdə 05 gün müddətinə cərimə otağına keçirilmişdir 2. ##.##.2003-cü il tarixdə 15 gün müddətinə cərimə otağına keçirilmişdir 3. ##.##.2004-cü il tarixdə 15 gün müddətinə cərimə otağına keçirilmişdir 4. ##.##.2005-ci il tarixdə "Töhmet" elan edilmişdir 5. ##.##.2008-ci il tarixdə "Töhmət" elan edilmişdir 6. ##.##.2010-cu il tarixdə "Töhmət" elan edilmişdir 7. ##.##.2011-ci il tarixdə "Xəbərdarlıq" elan edilmişdir. Yaxın qohumları ilə görüş və telefon danışığı vasitəsi ilə əlaqə saxlayır. Məhkum Məhkum ##.##.2026-cı il tarixə, məhkəmənin hökmü ilə təyin olunmuş ömürlük azadlıqdan məhrumetmə cəzasının 30 il,08 ay 15 gününü çəkmişdir. Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-c il tarixli "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissesinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiyanın ** №-li, ##.##.2026-cı il tarixli protokoluna əsasən məhkum Məhkum barəsində mənfi rəy verilmişdir. Qanunun tələbinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Məhkəmənin, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi isə məhz, məhkumun cəza çəkdiyi bütün dövrü əks etdirən obyektiv və qərəzsiz məlumatlara əsaslanır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin ## ######## 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cəza eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayətin qarşısını almaq məqsədi daşıyır. Qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli ** nömrəli qərarının hüquqi tövsiyyəsinə görə, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi imperativ norma deyil və qanunla nəzərdə tutulmuş cəzanın müəyyən hissəsini çəkməsi də cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas sayılmır. Birinci instansiya məhkəməsi məhkum Məhkum müraciəti üzrə gəldiyi nəticəni cəzaçəkmə müəssisəsinin mülahizəsinə, işdə olan sənədlərə, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə müqayisəli şəkildə əsaslandırmış və həmin nəticə işdə olan sənədlərə və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası onunla razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, məhkəmə kollegiyası, məhkum Məhkum müraciəti üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bu xüsusda verilmiş apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum təyin edilmiş ömürlük azadlıqdan məhrumetmə cəza növünün müəyyən müddətə azadlıqdan məhrumetmə ilə əvəz edilməsinə dair ərizəsinin təmin edilməməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 06 (altı) saat üçün cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq “Alyans” vəkil bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-933/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-933/2026
02.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver