Məhkəmə qərarları › İş №7(3-6)-935/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-935/2026

07.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-935/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Məhkum Məhkum, Müdafiəçi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin olunmamasına dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkum cəzasının 1/3 hissəsini çəkmişdir və əməlindən peşmandır. Apellyasiya baxışı zamanı məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı prokuror X1 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirdi və ona görə də məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib hesab etdi ki, məhkəmə baxış iclasının cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilsin. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, həmçinin apellyasiya şikayətinin təmin edilməməsi barədə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 (üç) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1- ci bəndi tətbiq edilməklə ## ###### 2025-ci il tarixə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Məhkumun şəxsi işindən görünür ki, Məhkum ##.##.2025-ci il tarixdə Bakı Istintaq Təcridxanasından ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmiş, ##.##.2027-ci il tarixdə cəzası sona çatır. Məhkumun şəxsi işi və barəsində ** saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizədən görünür ki, o, ##.##.2025-ci il tarixdə Bakı Istintaq Təcridxanasından ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. Məhkum Məhkum müəssisəyə gəldiyi gündən onunla karantin briqadasında islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri ona izah olunmuş, sualları cavablandırılmışdır. Məhkum Məhkum ** saylı CÇM-də cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınmamışdır. Onunla aparılan islah məqsədli fərdi tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum etdiyi cinayəti etiraf etsə də, tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışmır. Verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirmir, dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə iştirak etməyə maraq göstərmir. Əməyə və təhsilə münasibəti mənfidir. Fiziki cəhətdən sağlamdır. Xasiyyətcə dəyişkəndir, məhkum yoldaşları ilə mehribandır. Ailə üzvləri və yaxın qohumları ilə telefon ve görüş vasitəsilə əlaqə saxlayır, onlarla münasibəti yaxşıdır. Müəssisə əməkdaşlarına qarşı qeyrisəmimidir. Məhkum Məhkum şəxsi işinin materiallarından aydın olur ki, hökm üzrə üzərində müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci vardır. Məhkum Məhkum ** saylı CÇM-də cəza çəkdiyi vaxtlarda daxili rejm qaydalalarını pozduğuna görə müəssisə rəhbərliyi tərəfindən barəsində aşağıdakı tənbeh tedirləri tətbiq edilmişdir. Belə ki; 1) ##.##.2025-ci il tarixdə karantində saxlanılan məhkumlarla qeyri-qanuni əlaqə saxlamağa cəhd etdiyinə görə əməkdaşlar tərəfindən tutulan iradlara qarşı kobudluq etdiyinə görə 07 (yeddi) gün müddətinə CT-na təcrid edilmişdir. 2) ##.##.2025-ci il tarixdə məhkum yoldaşı Elmar Abdulhüseynovla məişət zəmində mübahisə etdiyinə görə 05 (beş) gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Yuxarıda göstərilənləri, cəza çəkdiyi müddətdə davranışını və komissiyanın mənfi protokolunu nəzərə alaraq, AR CIM-nin 70.2.4-cü maddəsinə əsasən onun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün Məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məqsədə uyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddetə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya" tərəfindən məhkum Məhkum barəsində, ##.##.2026-cı il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasına dair mənfi protokol verilmişdir. Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə əsasən müsbət xarakterizə edilən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.4-cü maddəsinə əsasən az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» # ####### 2010-cu il tarixli qərarında qeyd edildiyi kimi, «məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər». Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Plenumun qərarının və qeyd olunan maddələrin mənasına görə saxlama şəraitinin yaxşı tərəfə dəyişdirilməsi özünü müsbət cəhətdən xarakterizə edən məhkumlar üçün nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müraciətlərə baxılarkən qeyd olunan kateqoriyaya aid olubolmamalarını müəyyən etmək üçün məhkumların bütün cəza çəkmə dövründəkı davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəalliyyət təşkilatlarının işində iştirakı, həqiqətən də islah yoluna qədəm qoyması araşdırılmalıdır. Birinci instansiya məhkəməsi məhkumun şəxsi işinin materiallarını tədqiq edərək mövqeyini onunla əsaslandırmışdır ki, hazırki halda məhkum Məhkum mənfi xarakterizə olunması səbəbindən onun islah olunması və cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Belə ki, məhkum Məhkum şəxsi işinin materiallarından aydın olur ki, cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmiş, əksinə ** saylı CÇM-də cəza çəkdiyi vaxtlarda daxili rejm qaydalalarını pozduğuna görə müəssisə rəhbərliyi tərəfindən barəsində ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə cərimə təcridxanasına keçirilmə tənbeh tədbirləri tətbiq edilmişdir. Sonuncu tənbeh tədbirinin vaxtından əvvəl götürülməsi barədə hər hansı qərar qəbul olunmadığından qüvvədədir. Həmçinin hökm üzrə məhkum Məhkum üzərində müştərək qaydada 50 (əlli) manat ekspertiza xərci vardır. Bununla yanaşı, məhkum Məhkum şəxsi işinin materiallarından aydın olur ki, məhkum etdiyi cinayəti etiraf etsə də, tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışmayan, verilən tapşırıqları vaxtında və layiqincə yerinə yetirməməklə, dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə iştirak etməyə maraq göstərməyən, əməyə və təhsilə münasibəti mənfi olan məhkum kimi tanınmışdır. Göstərilənləri, eyni zamanda məhkumun məhkəmə iclasında verdiyi izahatında da islah olunduğuna inam yaratmadığını, cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsini nəzərə alaraq və cəza çəkdiyi müddətdə tam islah olunmadığı qənaətinə gələrək məhkəmə hesab edir ki, Məhkum hazırkı vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəmüvafiq deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün həmin müddət ərzində islah olunması müəyyən olunmur. Apellyasiya şikayətində məhkumun qeyd etdiyi dəlillər şəxsin cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkum Məhkum tam islah olunmaması və onun islah olunmasının işin faktiki halları ilə müəyyən edilməməsi qənaəti ilə razılaşır. Belə ki, hazırki iş üzrə cəzaçəkmə müəssisəsi tərəfindən mənfi mülahizə verilməsi və məhkumun cəza çəkdiyi dövrdə davranışı nəzərə alınaraq məhkum Məhkum islah olunmamış, buna görə də onun hazırda cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəmüvafiq deyil. Məhkəmə kollegiyası hesab edir ki məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 12 (on iki) saat üçün cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar