Məhkəmə qərarları › İş №7(3-6)-939/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-939/2026

13.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-939/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Məmmədov Əli İrfan oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, Müdafiəçi – “Presedent” Vəkil Bürosunun vəkili müdafiəçi1, Məhkum Məhkum iştirakları ilə, Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunmamasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Məhkum ümumi rejimli cəza çəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmşdır. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4 apellyasiya şikayətini əsassız hesab etdiyini, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkum barəsində verilmiş rəyin mənfi olduğunu, məhkumun islah olunmadığını, məhkuma ən aşağı həddə cəza təyin edildiyini bildirərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialı araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, həmçinin apellyasiya şikayətinin təmin edilməməsi barədə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülahizədən görünür ki, məhkum Məhkum 1989-cu ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 01 övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Zərdab rayonu, Şahhüseynti kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat şossesi 1 ünvanında yaşamış, əvvəllər məhkum olunmamışdır. Bakı Ağır Cinayətlər məhkəməsinin ## ##.2023-cü il tarixli hökmü ilə CM-nin 177.2.2, 234.4.3, 66.3-cü maddəsi ilə qəti olaraq 05 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicəsi ləğv edilmişdir. Cəzanın əvvəli ##.##.2022-ci il, cəzanın sonu isə ##.##.2027-ci ildir. Məhkum Məhkum * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2023-cü il tarixdə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmişdir. Məhkum xaraktercə sakitdir, intizamlıdır, məhkum yoldaşları ilə münasibətlərdə nümunəvidir. Əməyə və təhsilə münasibəti müsbətdir, müəssisədə fəaliyyət göstərən ** saylı peşə məktəbində aşpaz peşəsini oxumuş, təsərrüfat xidmətində könüllü olaraq çalışır. Mədəni-kütləvi, tərbiyəvi tədbirlərdə iştirak edir. Azərbaycan Respublikası Ədliyyə nazirinin “Məhkumların özfəaliyyət təşkilatlarının yaradılması və onların fəaliyyət Qaydasının təsdiq edilməsi haqqında ##.##.2002ci il tarixli **-T saylı Təlimatın tələblərinə əsasən X6 üzvü seçilmişdir.Törətdiyi əməl dən peşmanlığını ifadə edir. Asudə vaxtlarını səmərəli dəyərləndirir, ailə üzvləri və yaxın qohumları ilə görüşür. Cəza müddəti ərzində rejim qaydalarını pozmamış,nümunəvi davranışına görə nümunəvi davranışına və “08 noyabr-Zəfər bayramı” münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2023-cü il tarixli əmri ilə ‘Təşəkkür", Nümunəvi davranışına və “15 iyun-Qurtuluş günü" münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2023-cü il tarixli əmri ilə “Əlavə uzunmüddətli görüş", Nümunəvi davranışına və “Qurban bayramı" münasibətilə mədəni kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2024cü il tarixli əmri ilə “Təşəkkür”, nümunəvi davranışına və “Novruz bayramı" münasibətilə mədənikütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2024-cü il tarixli əmri ilə “Əlavə telefon danışığı", nümunəvi davranışına və "08 noyabr-Zəfər bayramı" münasibətilə mədəni-kütləvi tədbirlərdə, abadlıq işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2024-cü il tarixli əmri ilə “Təşəkkür” və nümunəvi davranışına və “15 iyun-Qurtuluş günü" münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə müəssisə rəisinin ##.##.2026-cı il tarixli əmri ilə “Təşəkkür ” elan olunmuşdur. Məhkum Məhkum 2023, 2024, 2025-ci ilin illik xasiyyətnaməsi üzrə müsbət xarakterizə olunur.Hökm üzrə borcu yoxdur. Mülki iddia verilməmişdir. Məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsis edilmiş “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya"nın iclasında müzakirə edilmiş, ##.##.2026-cı il tarixli ** nömrəli protokolla barəsində mənfi rəy bildirilmişdir. Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının mənfi rəyini (əməlin ictimaitəhlükəlilik dərəcəsi, zərərin ödənüməməsi, barışığın olmaması) nəzərə alaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəuyğun hesab edilmir. Məhkumun şəxsi işindən görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3 və 69.3-cü maddələrinə əsasən barəsində qəti olaraq 05 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzanın əvvəli ##.##.2022-ci il, cəzanın sonu isə ##.##.2027-ci ildir. Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə aşağıdakı hallarda keçirilə bilərlər. Qeyd edilən Məcəllənin 70.2.1-ci maddəsinə əsasən, həbsxanadan cəzaçəkmə müəssisələrinəməhkəmənin hökmü ilə müəyyən olunmuş həbs cəzasının ən azı yarısını çəkdikdə; 70.2.2. ciddi rejimli cəzaçəkmə müəssisələrindən - ümumi rejimli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə. 70.2.3. ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən-məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə.70.2.4. az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» # ####### 2010-cu il tarixli qərarında qeyd edildiyi kimi, «məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər». Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarın 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Plenumun qərarının və qeyd olunan maddələrin mənasına görə saxlama şəraitinin yaxşı tərəfə dəyişdirilməsi özünü müsbət cəhətdən xarakterizə edən məhkumlar üçün nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müraciətlərə baxılarkən qeyd olunan kateqoriyaya aid olubolmamalarını müəyyən etmək üçün məhkumların bütün cəza çəkmə dövründəkı davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəalliyyət təşkilatlarının işində iştirakı, həqiqətən də islah yoluna qədəm qoyması araşdırılmalıdır. Birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni, müvafiq komissiyanın mənfi rəyini nəzərə alaraq məhkumun şəxsi işi və proses iştirakçılarının izahatları ilə əlaqəli şəkildə araşdıraraq məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məqsədəuyğun hesab etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə əsas ola biləcək hallar apellyasiya şikayətində və məhkumun ərizəsində öz əksini tapmamış, habelə bununla bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Şəxsin məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə mühüm şərt olan islah olunma məhkumun davranışlarında müşahidə edilməmişdir. Məhkumun bu davranışı, müsbət xarakterizə olunan məhkumlardan fərqli olaraq həmin qaydada xarakterizə edilməsi, məhkumun tam islah olunmaması ilə bağlı qənaətə gəlməyə tam əsas verir. Bununla da, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun tam islah olunması üçün cəzasının qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi üçün əsaslar mövcud deyil. Belə ki, məhkumun islah prosesində hər hansı bir müsbət nəticə və ya irəliləyişə nail olması nə məhkəmə iclasında verdiyi izahatında, nə də ki, şəxsi iş materialına əlavə edilmiş sənədlərdə öz əksini tapmamış və barəsində təqdim edilmiş mülahizə də mənfi olmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı məhkumun islah olunmaq üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində tam çəkməsinə lüzum omadığı qənaətinə gəlinməsi üçün kifayət qədər əsaslar müəyyən edilməmişdir. Məhkum Məhkum tam islah olunmamış və onun islah olunması işin faktiki halları ilə müəyyən edilmir. Habelə məhkəməyə məhkumun şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmaması və onun islah yoluna yönəlməyə çalışması barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkumun islah prosesində hər hansı bir müsbət nəticəyə və ya irəliləyişə nail olması məhkəmə iclasında verdiyi izahatında, habelə şəxsi iş materiallarına əlavə edilmiş sənədlərdə öz əksini tapmamış, təqdim edilmiş mülahizədə də Məhkum cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəuyğun sayılmamışdır. Digər tərəfdən hazırki iş üzrə isə yalnız bir əsas mövcuddur, bu əsas isə ondan ibarətdir ki, məhkum Məhkum müəyyən edilmiş cəzaçəkmə müddətini üçdə iki hissədə çəkmişdir, digər əsas isə mövcud deyil. Məhkumun şəxsi işi və mülahizə öyrənilmiş, habelə ərizə vermiş məhkumu xarakterizə edən müəssisə rəhbərliyinin mülahizəsində qeyd edilənlər onun cəzaçəkmə müəssisəsində olduğu bütöv müddətdə göstərdiyi davranışının əhəmiyyətli olması baxımından ümumilikdə qiymətləndirilərkən müəyyən edilmişdir ki, məhkumun islah prosesində hər hansı bir müsbət nəticə və ya irəliləyişə nail olması nə məhkəmə iclasında verdiyi izahatında, nə də ki, şəxsi iş materiallarına əlavə edilmiş sənədlərdə öz əksini tapmamış və barəsində təqdim edilmiş mülahizə də mənfi olmuşdur. Apellyasiya baxışında məhkəmə kollegiyası iş materialını araşdırıb birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkum Məhkum tam islah olunmamışdır. Məhkəmə kollegiyası bu halları məcmu halda nəzərə alaraq, məhkumun ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə dair ərizəsinin təmin olunmamasına dair birinci instansiya məhkəməsinin qərarının əsaslı olması qənaətinə gələrək apellyasiya şikayətinin təmin edilməməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyasının mövqeyinə görə iş materialından da göründüyü kimi, məhkum az ağır cinayət hesab olunan cinayətin törədilməsində təqsirli bilinməklə məhkum edilmiş və cəza çəkdiyi müddət ərzində islah olunmamışdır. Məhkum Məhkum ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün müəyyən edilmiş müddətini çəkmiş olsa da, məhkəmə kollegiyası onun tam islah olunmaması qənaətinə gəlir. Məhkəmə kollegiyası araşdırmanın nəticələrinə əsaslanaraq və məhkum Məhkum tərəfindən törədilmiş cinayətin xarakterini, şəxsi işini və məhkum kimi mənfi xarakterizə olunmasını məcmu halda nəzərə alaraq hesab edir ki, məhkum islah olunmamış, buna görə də onun hazırda cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəmüvafiq deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Presedent” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq, “Presedent” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar