Məhkəmə qərarları › İş №7(3-6)-947/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-947/2026

07.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-947/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Məhkum Məhkum, Müdafiəçi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5- ***)-***/**** nömrəli qərarının ləğv edilməsini və onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkumun müraciətinə baxılarkən cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. O, cəza çəkdiyi dövrdə rejim qaydalarına riayət etmiş, barəsində heç bir tənbeh tədbiri tətbiq olunmamışdır. Törətdiyi cinayət əməlindən peşmandır, himayəsində azyaşlı uşağı, xəstə anası və atası vardır. Onların maddi və mənəvi ehtiyaclarını məhkum qarşılamışdır. Apellyasiya baxışı zamanı məhkum Məhkum və müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini və məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı prokuror X1 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirdi və ona görə də məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5- ***)-***/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat bildirməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini dinləyib hesab etdi ki, məhkəmə baxış iclasının cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilsin. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, həmçinin apellyasiya şikayətinin təmin edilməməsi barədə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkum Məhkum Bakı şəhəri Xəzər rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə AR CM-nın 178.2.1, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza müddətinin əvvəli ##.##.2025-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarı barəsində tətbiq edilməklə cəzası 6 ay azaldılmışdır. Cəzasının əvvəli ##.##.2019-cu il, cəzasının sonu ##.##.2028-cı il tarixləridir. Məhkumun şəxsi işi və barəsində ** saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizədən görünür ki, o, ** saylı cəzaçəkmə müəssisəsinə Umbakı Penitensiar Müəssisəsindən ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. O, müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah edilmiş, törətdiyi cinayət əməlinə münasibəti öyrənilmiş, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Onunla aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarması, müəssisədə və dəstədə keçirilən abadlıq işlərində iştirak etməsi diqqətdə saxlanılır. Əməyə və təhsilə münasibəti qeyriqənaətbəxşdir. Məhkum kollektivi arasında hərəkət və davranışında qeyri-səmimilik müşahidə olunur. Asudə vaxtlarını səmərəli keçirir. Xasiyyətcə sakit təbiətlidir. Barəsində cəza çəkdiyi müddətdə tənbeh və həvəsləndirmə tədbiri tətbiq olunmamışdır. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Məhkum ilə aparılan profilaktik tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı uşaqlarının olmasını bildirsə də, hökm üzrə barışığı yoxdur. Onun mənfi xarakterizə olunması və s. halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün mənfi rəy verilmişdir. O, islah yoluna qədəm qoymayıb. Ona görə də onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədə müvafiq hesab edilmir. Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair mülahizəsi Azrbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın iclasının ##.##.2026-cı il tarixli ** saylı protokolu ilə barəsində mənfi rəy bildirilmişdir. Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə əsasən müsbət xarakterizə edilən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.4-cü maddəsinə əsasən az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» # ####### 2010-cu il tarixli qərarında qeyd edildiyi kimi, «məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər». Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Plenumun qərarının və qeyd olunan maddələrin mənasına görə saxlama şəraitinin yaxşı tərəfə dəyişdirilməsi özünü müsbət cəhətdən xarakterizə edən məhkumlar üçün nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müraciətlərə baxılarkən qeyd olunan kateqoriyaya aid olubolmamalarını müəyyən etmək üçün məhkumların bütün cəza çəkmə dövründəkı davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəalliyyət təşkilatlarının işində iştirakı, həqiqətən də islah yoluna qədəm qoyması araşdırılmalıdır. Birinci instansiya məhkəməsi məhkumun şəxsi işinin materiallarını tədqiq edərək mövqeyini onunla əsaslandırmışdır ki, məhkumun islah prosesi ilə bağlı verilən zəruri tövsiyələrdən düzgün nəticə çıxarmadığını, cəzanın icrası və çəkilməsinin qayda və şərtlərinə tam riayət etmədiyini və islah yoluna qədəm qoymağa ciddi səy göstərmədiyini, təhsilə və əməyə münasibətinin qənaətbəxş olmamasını nəzərə alaraq və cəza çəkdiyi müddətdə tam islah olunmadığı qənaətinə gələrək hesab edir ki, Məhkum hazırkı vaxtda cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi müvafiq deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və məhkumun islah olunub-olunmaması məsələsi araşdırılarkən, onun bütün cəza çəkdiyi müddəti əhatə edən davranışları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışlarını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün həmin müddət ərzində islah olunması müəyyən olunmur. Apellyasiya şikayətində məhkumun qeyd etdiyi dəlillər şəxsin cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkum Məhkum tam islah olunmaması və onun islah olunmasının işin faktiki halları ilə müəyyən edilməməsi qənaəti ilə razılaşır. Belə ki, hazırki iş üzrə cəzaçəkmə müəssisəsi tərəfindən mənfi mülahizə verilməsi və məhkumun cəza çəkdiyi dövrdə davranışı nəzərə alınaraq məhkum Məhkum islah olunmamış, buna görə də onun hazırda cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəmüvafiq deyil. Məhkəmə kollegiyası hesab edir ki məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv və ya dəyişdirilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar