Məhkəmə qərarları › İş №7(3-6)-966/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-966/2026

11.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-966/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Məmmədov Əli İrfan oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5, Müdafiəçi - ALİBİ Vəkil Bürosunun vəkili Müdafiəçi, Məhkum Məhkum iştirakları ilə, Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatları idarəsinin prokuroru X9 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizəsinin təmin olunaraq cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, məhkum Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından narazı qalan Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X9 apellyasiya protesti verərək, Məhkum cəzasının çəkilməmiş qalan hissəsini məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-nin 234.2, 237.2.3, 69.3-cü maddələri ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli ##.##.2021-ci il, cəzasının sonu ##.##.2027-ci ildir. O, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, yaxud qanunsuz olaraq narkotik vasitələri satma cinayətini törətmişdir. Məhkum törətdiyi cinayət onun şəxsiyyətini xarakterizə edən hal kimi cəmiyyət üçün təhlükəli olduğunu göstərir. Bundan əlavə, məhkəmə məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Məhkumun cinayəti etiraf etməsi, törətdiyi cinayət əməlindən peşman olması və səmimi peşmançılıq çəkməsini bildirməsi məhkumun islah olunması nəticəsinə gəlmək üçün yetərli arqument deyildir. Odur ki, məhkəmənin Məhkum barəsində çıxardığı ##.##.2026-cı il tarixli qərarı əsassız və ədalətsiz olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X5 apellyasiya protestini müdafiə edərək və protestin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya protestinin təmin edilməsini, Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilərək ərizəsinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı müdafiəçi Müdafiəçi apellyasiya protestinin dəlillərinə etiraz edərək bildirmişdir ki, apellyasiya protesti əsassızdır. Birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab edir. İlk öncə onu qeyd etmək istəyir ki, apellyasiya protesti birinci instansiya məhkəməsinin göstərdiyi dəlillərə əsaslanmamışdır. Protestdə qeyd olunmuşdur ki, Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olması göstərilməmişdir. Məhkumun məşğul olduğu ictimai faydalı əməyin növünün onun islah olunub-olunmamasına aiddiyyatı yoxdur. Məhkəmə qərar qəbul edərkən haqlı olaraq məhkumun əməyə münasibətinin müsbət olduğunu, davranışını, Ədliyyə Nazirliyinin komissiyasının müsbət rəyini, ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsinin müsbət mülahizəsini, tərəflərin çıxışlarını, məhkumun şəxsi işini və digər sənədləri nəzərə almışdır. Qeyd etdiklərimi nəzərə alaraq, məhkəmədən apellyasiya protestinin təmin edilməməsini və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum Məhkum müdafiəçinin dedikləri ilə razılaşaraq məhkəmədən apellyasiya protestinin təmin edilməməsini və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının cəzaçəkmə müəssisəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin edilməsi barədə prokurorun, həmçinin apellyasiya protestinin təmin edilməməsi barədə məhkumun və onun müdafiəçisinin çıxışını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, Məhkum barəsində narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Cəzasının əvvəli ##.##.2021-ci il tarixdən hesablanmış, cəzasının sonu isə ##.##.2027 ci il tarixdə bitəcək. Məhkum Məhkum ##.##.2022-ci il tarixdən cəza müddətinin qalan hissəsini çəkmək üçün ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmiş və * saylı dəstəyə təyin edilmişdir. Məhkum barəsində olan mülahizədən görünür ki, məhkum Məhkum Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2 və 237.2.3-cü maddələri ilə qəti olaraq 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Cəzasının əvvəli ##.##.2021-ci il tarixdən hesablanmış, cəzasının sonu ##.##.2027ci il tarixdə bitir. Şəxsi işinin materiallarından göründüyü kimi məhkum Məhkum əvvəllər cəza çəkdiyi yerlərdə intizam pozuntusuna yol verməmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkum Məhkum ##.##.2022-ci il tarixdən cəza müddətinin qalan hissəsini çəkmək üçün ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmiş və * saylı dəstəyə təyin edilmişdir. Müəssisəyə qəbul olunduğu ilk gündən ona karantin bölməsində Daxili İntizam Qaydaları, hüquq və vəzifələri izah olunmuşdur. Əməyə münasibəti müsbətdir (Təsərrüfat briqadasında çalışır). Onunla aparılan tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmağa çalışır. Dəstə daxili mədəni-kütləvi tədbirlərdə iştirak edir. Xarici görkəminə və yataq yerinin təmizliyinə fikir verir, şəxsi gigiyena qaydalarına riayət edir və ərzaq məhsullarını xüsusi ayrılmış yerdə saxlayır. Yaxınları ilə ünsiyyət saxlayır. Cinayət işi üzrə dövlətə olan 66,46 manat borcu ödənilib. Məhkum Məhkum cəza çəkdiyi müddətdə barəsində tənbeh tədbiri tətbiq edilməmiş, ##.##.2025-ci il taxixdə "Təşəkkür” elan olunmuş, ##.##.2026-cı il tarixdə “Əlavə telefon danışığına" icazə verilmiş və ümumilikdə 02 dəfə həvəsləndirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkliməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı tənzimləmədə səmərəliliyin artırılması, prosedurların optimallaşdırılması və nəzarət mexanizmlərinin gücləndirilməsini təmin etmək məqsədilə yaradılmış Komissiya" tərəfindən ##.##.2026-cı il tarixdə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələsinə baxılmış, müsbət rəy verilmişdir. Nəticədə məhkum Məhkum cəzasının 2/3 hissəsindən çoxunu çəkməsi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən yaradılmış Komissiyada müsbət rəy verilməsi nəzərə alınaraq, onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası CPM-nin 514.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə əsasən müsbət xarakterizə edilən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» # #######xxxx«məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər». Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Plenumun qərarının və qeyd olunan maddələrin mənasına görə saxlama şəraitinin yaxşı tərəfə dəyişdirilməsi özünü müsbət cəhətdən xarakterizə edən məhkumlar üçün nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən müraciətlərə baxılarkən qeyd olunan kateqoriyaya aid olubolmamalarını müəyyən etmək üçün məhkumların bütün cəza çəkmə dövründəkı davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, özfəalliyyət təşkilatlarının işində iştirakı, həqiqətən də islah yoluna qədəm qoyması araşdırılmalıdır. Birinci instansiya məhkəməsi daxil olmuş ərizəni, Ədliyyə Nazirlyinin komuissiyasının müsbət rəyini, ** saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsinin müsbət mülahizəsini, tərəflərin çıxışlarını, məhkumun şəxsi işini və digər sənədləri nəzərə alıb belə qənaətə gəlir ki, məhkum Məhkum cəzasının çəkdiyi müddət ərzindəki davranışı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməyə əsas verir. Sadalanan səbəblərdən məhkəmə hesab edir ki, məhkum Məhkum müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməsi üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edildiyi kimi, məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının 2/3 hissəsini çəkmişdir. Belə ki, o, ona təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasından (barəsində birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilən günədək) 04 il 08 ay 05 gününü çəkmiş və 01 il 03 ay 25 gün qalmışdır. İş materialları və məhkumun şəxsi işindən belə qənaətə gəlmək olar ki, məhkum onunla aparıla profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmış, daxili intizam qaydalarına riayət etmişdir. Məhkum Məhkum cəza çəkdiyi müddətdə 2 (iki) dəfə həvəsləndirilmiş, intizam tənbehi isə verilməmişdir. Barəsində narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Əməyə münasibəti müsbət olduğundan təsərrüfat briqadasında çalışır. Məhkumun şəxsi iş materialları ilə mülahizədə göstərilən xüsusatlar uzlaşmaqla məhkumun davranışının müsbət və nümunəvi olması, cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə tədbirinin tətbiq edilməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün qanunvericiliyin müəyyən etdiyi bütün tələblər məhkum Məhkum münasibətdə ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum barəsində verilmiş mülahizə ilə təsdiq olunur ki, cəzaçəkmə müəssisəsi tərəfindən aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarmış, məhkumlar arasında özünü normal apardığı, törətdiyi cinayəti etiraf edir, xasiyyətcə sakitdir, dəstədə keçirilən tədbirlərdə iştirak edir, islah yoluna qədəm qoymağa cəhd edir. Xasiyyətcə sakit təbiətlidir. Barəsində cəza çəkdiyi müddətdə həvəsləndirmə tətbiq edilmiş və tənbeh tədbiri tətbiq olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilən halları, habelə məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair mülahizənin müsbət olmasını halda nəzərə alaraq belə hesab edir ki, məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün qanunvericiliyin müəyyən etdiyi bütün tələblər məhkum Məhkum münasibətdə ödənilmişdir. Məhkəmə kollegiyası eyni zamanda apellyasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsindən də göründüyü kimi, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» # ####### 2010-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Görünüyü kimi, cəzaçəkmə müəssissinin növü dəyişdirilərkən məhz məhkumun şəxsi keyfiyyətləri, onun islah yoluna qədəm qoyub-qoymaması aydınlaşdırılmalıdır. İş materiallarından görünür ki birinci instansiya məhkəmə qeyd olunan halları nəzərə alaraq məhkumun cəza çəkmə müəssisəsinin növünü dəyişdirmişdir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin çıxışlarını dinləyərək və apellyasiya protestinin dəlillərini ətraflı şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X9 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. ALİBİ Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq, “ALİBİ” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə müvafiq qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar