Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-969/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Əlizadə Xədicə Nahid qızının katibliyi, Prokuror – Prokuror prokuroru X4 Müdafiəçi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, Məhkum – Məhkum iştirakları ilə, Azərbaycan Respublikası Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-**/**** saylı hökmünə əsasən barəsində təyin edilmiş 15 il müddətə azadlıqdan məhrum etmə cəzası üzrə cəza müddətinin 11 il 03 aya azaldılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsinin nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 60.1-ci maddələrinin tətbiq edilməsi, cəza müddətinin endirilməsi barədə ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum oğlu apellyasiya şikayəti verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən prokuror X4 birinci instansiya məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini və qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1, 509.1.9cu maddələrinə əsasən məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 509.2-ci maddəsinə əsasən məhkumun bu Məcəllənin 509.1-ci maddəsində göstərilən məsələlərə dair ərizələrinə bu Məcəllənin 510-520-ci maddələrinə uyğun olaraq məhkəmə tərəfindən baxılır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum ərizəsinin icraata qəbulundan imtina etmişdir. Belə ki, məhkəmə bu qənaətini belə əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü üzrə müəyyən edilmiş hallara yenidən hökm və məhkəmənin digər yekun qərarının icrası qaydasında baxılması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Normanın mənasından göründüyü kimi cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar cəza təyini zamanı nəzərə alınır. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## #### 2018-ci il tarixli, *(***)-**/**** saylı hökmünə əsasən cəza təyin edilərkən onun məsuliyyətinə yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmışdır. Odur ki, məhkum Məhkum hazırki ərizəsinin icraata qəbulundan imtina edilməli və ərizə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hakiminin mövqeyi ilə razılaşır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası məhkum Məhkum apellyasiya şikayətinin dəlillərini, iş materiallarını qarşılıqlı şəkildə tədqiq edib, hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** nömrəli qərarı məhkumun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 520-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Məhkum Məhkum apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Azərbaycan Respublikası Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizəsinin icraata qəbulundan imtina edilməsinə dair ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (iyirmi) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Fides” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov(sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №7(3-6)-969/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-969/2026
27.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver