Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-971/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, X2 və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi – X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X1, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi, məhkum – Məhkum iştirakları ilə məhkum Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 0Təqdimat verən orqan həbsxana rejiminə keçirilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim F.A.Axundov) ## #### 2026-cı il tarixli qərarı ilə, ## ###### 1993-cü il tarixdə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5 və 228.4cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 0Təqdimat verən orqan cəza çəkən Məhkum, cəzasının çəkilməmiş hissəsinin 09 (doqquz) ayını çəkmək üçün ciddi rejimli cəzaçəkmə müəssisəsindən həbsxanaya keçirilmişdir. İşin halları: Təqdim olunmuş iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 0Təqdimat verən orqan, məhkum Məhkum 03 (üç) il müddətinə həbsxana rejiminə keçirilməsi haqqında təqdimatla Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 0Təqdimat verən orqan təqdimatı qismən təmin edilmişdir. Məhkum Məhkum həbsxana rejiminə keçirilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli tarixli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Məhkum apellyasiya şikayətini, həbsxana rejiminə keçirilməsi haqqında məhkəmə qərarından narazı olması ilə əsaslandırmış və qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında məhkum Məhkum apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Müdafiəçi hüquqularını müdafiə etdiyi məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında prokuror X1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.4.3-cü maddəsinə əsasən, cəzaların icrası qaydalarını qərəzli pozan məhkumlar ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisəsindən 3 (üç) ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər. Həmin Məcəllənin 108.1.4-cü maddəsinə əsasən, cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək və ya onların qanuni tələblərinə tabe olmamaq, cəzanın icrası qaydalarının qərəzli pozulması halları hesab olunur. Həmin Məcəllənin 108.1.7-ci maddəsinə əsasən il ərzində məhkumun 3 (üç) dəfədən çox tənbeh edilməsi cəzaların icrası qaydalarının qərəzli pozulması kimi qiymətləndirilir. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə azad etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli * nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, rejim qaydalarını pozma özlüyündə qərəzli pozmanı ehtiva etmir. Yalnız CİM-in 108-ci maddəsində nəzərdə tutulmuş pozuntular cəzanın icrası qaydalarının qərəzli pozulması hesab olunur. Belə ki, həmin maddəyə əsasən alkoqol və ya digər güclü təsir göstərən maddələri qəbul etmək; narkotik vasitələri və ya psixotrop maddələri qəbul etmək; xırda xuliqanlıq; cəzaçəkmə müəssisəsinin işçi heyətini hədələmək, təhqir etmək və ya onların qanuni tələblərinə tabe olmamaq; xidməti borclarını yerinə yetirən digər dövlət nümayəndələrini hədələmək və ya təhqir etmək; qrup halında tabe olmamaq və ya belə qruplarda fəal iştirak etmək; il ərzində üç dəfədən çox tənbeh edilmək ayrı-ayrılıqda cəzanın icrası qaydalarının qərəzli pozulmasıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 0Təqdimat verən orqan tərəfindən verilmiş təqdimatdan görünür ki, məhkum Məhkum cəza çəkdiyi müddətdə özünü mənfi xarakterli məhkum kimi göstərmiş, son bir il ərzində daxili intizam qaydalarını pozduğuna görə müəssisə tərəfindən müxtəlif tənbeh tədbirləri tətbiq edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.4-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlar cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında həmin müəssisənin mülahizəsi nəzərə alınmaqla məntəqə tipli cəzaçəkmə müəssisəsindən məhkəmənin hökmdə müəyyən etdiyi rejim növündəki cəzaçəkmə müəssisəsinə, məhkəmənin hökmü ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən şəxslər ümumi rejimli cəzaçəkmə müəssisəsinə, ümumi, ciddi və xüsusi rejimli cəzaçəkmə müəssisələrindən üç ildən çox olmayan müddətə həbsxanaya keçirilə bilərlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən məhkumların islah edilməsi - onlarda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılmasıdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən məhkumlara islah edilmə vasitələri cəzanın növü, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, məhkumun şəxsiyyəti və davranışı nəzərə alınmaqla tətbiq edilir. Qanunun mənasına görə məhkəmənin təyin etdiyi cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi həm məhkumların islah olunmaları üçün, həm də qanunla və normativ hüquqi aktla müəyyən olunmuş cəzaçəkmə müəssisələrində rejimə riayət olunmasına stimul yaradır. Məhkəmə kollegiyası cəzaçəkmə müəssisəsinin təqdimatını, məhkum Məhkum cəza çəkdiyi müddətdə davranışı barədə məlumatları, qanunvericiliyin tələblərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli * nömrəli qərarının hüquqi tövsiyyəsini və işin digər hallarını, nəzərə alaraq, islah prosesinin davam etdirilməsi üçün məhkumun həbsxanaya keçirilməsi haqqında təqdimatın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab edir. Odur ki, birinci instansiya məhkəməsinin 0Təqdimat verən orqan təqdimatı üzrə gəldiyi nəticə iş materiallarına, məlumatlara və qanunun tələblərinə uyğun olduğu üçün apellyasiya şikayəti isə təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1 və 520-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum 09 (doqquz) ay müddətinə həbsxana rejiminə keçirilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı vəkil bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 408-412-ci mddələrinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-971/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-971/2026
19.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver