Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-973/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi, Qarayeva Mehriban Cəfər qızı və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Məhkum Məhkum, müdafiəçisi Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, ##.##.1986-cı ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “xxxx” MMCdə (hazırkı adı “İODİCO” MMC”) daxili təhlükəsizliyə nəzarət bölməsində gözətçi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarından məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum məhkəməyə ərizə ilə müraciət edərək cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum olunmuş şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərarının ləğv edilməsini və məhkumun ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkum barəsində bir neçə dəfə tənbeh tədbiri tədbiq edilsədə, barəsində qüvvədə olan tənbeh tədbiri mövcud deyil. Belə ki, sonuncu dəfə məhkum barəsində tənbeh tədbiri ##.##.2024-cü il tarixdə tətbiq edilmişdir. Bu tarixdən isə hal-hazıradək bir il on aydan çox müddət keçmişdir. Bu hal onu göstərir ki, məhkum artıq islah yoluna qədəm qoymuş, müəssisənin rejim qaydalarına riayət edir və hər hansı bir pozuntuya yol vermir. Həmçinin müəssisə tərəfindən verilmiş mülahizədə məhkumun əməyə münasibətinin mənfi olması, radikal-şiə dini təriqətini yaymağa meyilli olması əsası ilə barəsində istiqamətləndirmə hərəkətlərinin edilməsi halları göstərilsə də, məhkəmə bu halların yalnız ümumi ifadələr olmasını nəzərə almamışdır. Belə ki, qeyd olunan hallar sadalansada bu halların real mövcudluğunu təsdiq edən sübutlar, konkret olaraq faktlar və görülmüş tədbirlər mülahizədə göstərilməmişdir. Məhkəmə qərarında da bu hallara istinad edilməmişdir. Məhkəmə iclasında məhkum izahatında bildirmişdir ki, o, cəzaçəkmə müəssisəsinin rejim qaydalarına riayət edir, hər hansı bir pozuntuya yol vermir. Dini inanclı insandır və sadəcə namaz qılaraq ibadət edir, heç kimə bu mövzuda müdaxilə etmir. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən prokuror apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizədən görünür ki, məhkum Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası CM-in 234.1-1 maddəsinə tövsif edilmiş və cəzası 6 il müddətindən 4 il müddətinə endirilmişdir. Cəzasının əvvəli ##.##.2023-cü il tarixdən hesablanmış, cəzasının sonu isə ##.##.2027-cı il tarixdir. Məhkum Məhkum ** saylı cəzaçəkmə müəssisəsinə Umbakı Penitensiar müəssisəsindən ##.##.2025-ci il tarixdə qəbul edilmiş, qəbul edildiyi gündən ona hüquq və vəzifələri izah olunmuş, islah prosesi barədə tövsiyələr verilmişdir. Əməyə və təhsilə münasibəti mənfidir. Törətdiyi cinayət əməlini etiraf etmir. Cəza çəkdiyi müddətdə barəsində 5 dəfə, sonuncu dəfə ##.##.2024-cü il tarixdə 1 ay “kamera tipli otağa keçirilməsi” növündə tənbeh tədbiri tətbiq edilmiş, həvəsləndirilməmişdir. Şəxsi işindən göründüyü kimi Radikal-Şiə dini təriqətini yaymağa meyilli məhkum kimi barəsində istiqamətləndirmə tərtib edilmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada ailə üzvləri ilə görüşür və telefon vasitəsi ilə əlaqə saxlayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsinin müdiriyyəti Məhkum barəsində mənfi mülahizə ilə məhkəməyə müraciət edərək məhkumun davranışlarını nəzərə alaraq cəzasının çəkilməmiş hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə görə cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanununun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli, **/**** nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarda göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkibçəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə götərilmişdir ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Lakin məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. Birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni, müvafiq komissiya tərəfindən məhkum barəsində verilmiş mənfi rəyi nəzərə alaraq, məhkumun şəxsi işi və proses iştirakçılarının izahatları ilə əlaqəli araşdıraraq hesab etmişdir ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq deyildir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 397 və 398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 10 (on) iş saat hüquqi xidmətə görə vəkil müdafiəçi1 110 (yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-973/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-973/2026
10.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver