Məhkəmə qərarları › İş №7(3-6)-975/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-975/2026

13.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-975/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, məhkum Məhkum müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 1984-cü ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğa qədər Göyçay rayonu, Qızılağac ərazi dairəsi, Qızılağac kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, 43-cü korpusda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 cəza çəkən Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizənin təmin edilməməsi haqqında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsini, ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, qərar qanunsuzdur. Cəzasının çox hissəsini çəkmişdir. Təsərrüfat və məişət xidməti işlərində ərazi üzrə süpürgəçi işləyir. Islah olunub və əməlindən peşmandır. Nümunəvi davranışına görə bir neçə dəfə təşəkkür verilmişdir. Ailəlidir və 2 azyaşlı uşaq varıdır. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış etmiş, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkum Məhkum məhkəməyə ərizə göndərərək iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının fikirlərini nəzərə alaraq, məhkumun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və xəstənin şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, prokurorun həmin şikayətin təmin edilməməsi barədə, müdafiə tərəfinin isə şikayətin təmin edilməsi barədə çıxışlarını, dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkum Məhkum şəxsi işi və mülahizədən görünür ki, o, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 66.5, 177.2.1, 177.2.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 02 (iki) ay 25 (yirmi beş) gün müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili “ münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-cil tarixli Qərarının 3.1 -ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Cəzasının əvvəli: ## #### 2024-cü il tarixdən hesablanır, cəzasının sonu: ## #### 2027-ci il tarixdə bitir. Məhkum Məhkum Ixtisaslaşdırılmış müalicə müəssisəsinə Umbakı Penitensiar Müəssisəsindən ## ###### 2024-cü il tarixdə qəbul edilərək fəhlə təyin edilməklə təsərrüfat və məişət xidməti işi üçün saxlanılmışdır. Müəssisəyə gələn gündən onunla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri, cəzanın icrası qaydaları və şərtləri izah edilmişdir. Törətdiyi cinayəti etiraf edir və peşmançılıq hissi keçirdiyini bildirir. Aparılan tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarır. Əməyə münasibəti normaldır. ## #### 2025, ## #### 2026 cı il tarixdə Təşəkkür növündə həvəsləndirmə tədbiri tətbiq edilmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada ailə üzvləri ilə görüşür və telefon vasitəsi ilə əlaqə saxlayır. X7 cəza çəkən məhkum Məhkum ciddi rejimli cəzaçəkmə müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəuyğun hesab edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 514.1-ci maddəsinə görə cəzaçəkmə müəssisələrinin növünün dəyişdirilməklə məhkumun bir növ cəzaçəkmə müəssisəsindən başqa növ cəzaçəkmə müəssəsinə keçirilməsi cinayət qanununun müddəalarına müvafiq olaraq məhkumun ərizəsi və ya cəzaçəkmə müəssisəsinin təqdimatı əsasında cəzaçəkmə müəssisəsinin mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsinin 70.2.2-ci maddəsinə əsasən müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün ciddi rejimli cəzaçəkmə müəssisələrindən - ümumi rejimli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli, 02/2010 N-li qərarında qeyd olunmuşdur ki, «Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür». Yuxarıda qeyd edilən normalardan müəyyən olunur ki, məhkəmə məhkumun ərizəsinə münasibət bildirərkən onun müsbət və ya mənfi xarakterizə olunmasını, davranışını, əməyə münasibətini, islah olunub-olunmamasını nəzərə almalıdır. Iş materiallarından görünür ki, məhkum Məhkum barəsində müsbət mülahizə verilsə də, onu konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olması barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni əsaslı və qanuni hesab edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərarı məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar