Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-988/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyeva Aytən Heydər qızının sədrliyi və məruzəsi ilə, Hüseynov Elməddin Mirpaşa oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru – X1, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi, məhkum – Məhkum iştirakları ilə məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizənin təmin edilməməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*- **)-****/**** saylı qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Ş.Ə.Dadaşova) ## ### 2026-cı il tarixli qərarı ilə, ## ###### 1995-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: *******), orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində cəza çəkən məhkum Məhkum, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi təmin edilməmişdir. İşin halları: Təqdim olunmuş iş materiallarından və məhkəmə sənədlərindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## #### 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə ## ###### 2025-ci il tarixə çəkilməmiş 01 (bir) il 05 (beş) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay azaldılmışdır. Məhkəmə sənədlərinə əsasən, məhkum Məhkum cəzaçəkmə müddəti ## ###### 2026-cı il tarixdə başa çatır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş və ərizəsi təmin olunmamışdır. Qərardan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarının ləğv olunmasını və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Məhkum Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ədliyyə Nazirliyinin Xüsusi Komissiyası onun müsbət xarakterizə olunmasına dair rəy vermişdir, cəza çəkdiyi dövrdə heç bir töhmət almamışdır, törətdiyi cinayətdən də peşmandır. Məhkəmə iclasında məhkum Məhkum apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Müdafiəçi hüquqlarını müdafiə etdiyi məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında prokuror X1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini təqdim olunmuş iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilməli və məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi təmin olunmalıdır. Hüquqi məsələlər: Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Həmin Məcəllənin 76.3.1-ci maddəsinə əsasən, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası CİM-nin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Qeyd olunan maddələrin mənasına görə məhkəmə tərəfındən müraciətlərə baxılarkən, məhkumların bütün cəza çəkmə dövründəki davranışları hərtərəfli təhlil edilməli, məhkumun əməyə münasibəti, tərbiyəedici tədbirlərdə, öz fəaliyyət təşkilatlarının işində iştirakı, həqiqətən islah yoluna qədəm qoyması və cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi araşdırılmalıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X5 tərəfindən verilmiş mülahizədən görünür ki, "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı komissiya"nın ## ##### 2026-ci il tarixli ** nömrəli iclas protokoluna əsasən məhkum Məhkum şəxsi işi öyrənilmiş və vaxtından əvvəl cəzadan şərti azad olaraq azadlığa buraxılması barəsində müsbət rəy verilmişdir. Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir.Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədə uyğun hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, məhkumun barəsində verilmiş müsbət mülahizəni, habelə işdə olan digər məlumatları nəzərdən keçirərək qeyd edir ki, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə əsaslar yoxdur. Belə ki, «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli qərarının hüquqi tövsiyyəsində qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. İstənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanınn çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin cəzaçəkmə dövründə davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Məhkəmə kollegiyası, Plenum qərarında vurğulanan hüquqi tövsiyyələrə münasibətdə qeyd edir ki, məhkum Məhkum barəsində verilmiş mülahizənin əsaslılığı və onun islah olunubolunmaması məsələsi araşdırılarkən, cəza çəkdiyi müddətdə nümayiş etdirdiyi davranış və digər hallar bir-biri ilə əlaqəli şəkildə nəzərə alınmalıdır. İş materiallarına və cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəyə əsasən, məhkumun cəza çəkdiyi dövrə nəzər saldıqda məlum olur ki, Məhkum təyin edilmiş cəzanın yarısından çox hissəsini çəkmişdir. Məhkumu islah etmək, onda qanuna itaəti həvəsləndirmək məqsədi ilə barəsində həvəsləndirmə tədbiri tətbiq edilmiş, daxili rejim qaydalarına əməl etmişdir. Bütün sadalanan hallar, məhkumun islah olunduğunun, cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin mümkünlüyünün göstəricisidir. Digər tərəfdən, qanunun tələbinə görə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəza müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırkı iş üzrə təqdim edilmiş mülahizədən və məhkumun şəxsi iş materiallarından hər iki əsasın mövcud olduğu məlum olur. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi formalaşdığından, qanunvericiliyin tələblərinə və yuxarıda qeyd olunan xüsusatlara əsasən, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi əsaslı hesab edilməli və təmin olunmaldır. Azərbaycan Respublikası CPM-nin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi əsaslarından biridir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələri tədqiq edilmiş sənədlərə və işin faktiki hallarına uyğun hesab etmir və qanunvericiliyin tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qərarının hüquqi tövsiyyələrini nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli və məhkum Məhkum islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığına dəlalət edən kifayət qədər əsasların mövcudluğu iş materialları ilə təsdiq olunduğundan, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi təmin edilməklə, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının CPM-nin 397.1, 397.2, 398.1.2, 399.1.2, 514 və 520-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin edilsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə müraciətin təmin edilməməsi haqqında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilsin. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında ərizəsi təmin edilsin. Məhkum Məhkum Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilsin. Məhkum Məhkum davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə rayon (şəhər) Probasiya şöbəsinə həvalə edilsin. Məhkum Məhkum üzərinə, davranışına nəzarəti həyata keçirən icra orqanına məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Məhkum Məhkum məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 11 (on bir) saat üçün cəmi 121 (yüz iyirmi bir) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı vəkil bürosunun hesabına köçürülsün. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq apellyasiya məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-988/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-988/2026
02.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver