Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-989/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi İbrahimova İlahə Arif qızının, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, Müdafiəçi Müdafiəçi iştirakları ilə, Məhkum Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3 maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsinin xaric edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin daha az ağır cəza nəzərdə tutan maddəsinə tövsif olunmasın dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3 maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lakin 149.2.3-cü maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsindən xaric edilmişdir. Bu səbəbdən cinayət qanunvericiliyinin geriyə şamil olunmasını, 149.2.3-cü maddənin hökmdən xaric edilməsini və Azərbaycan Respublikası CM-nin daha az ağır cəza nəzərdə tutan maddəsinə tövsif olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim T.Qurbanov) ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarına əsasən məhkum Məhkum ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum Məhkum apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarın ləğv edilməsini və onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsinə məhkum Məhkum cəza cəkmə müəssisəsindən ərizə ünvanlayaraq apellyasiya şikayətinin baxılmasına dair məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkum Məhkum ərizəsini nəzərə alaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı məhkum Məhkum müdafiəçisi Müdafiəçi məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Apellyasiya baxışı zamanı prokuror X3 Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3 maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3cü maddəsinin xaric edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin daha az ağır cəza nəzərdə tutan maddəsinə tövsif olunmasın dair ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv olunmasını, məhkum Məhkum tərəfindən verilmiş ərizəsinin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etdi. Məhkəmə kollegiyası hökmün icrası qaydasında materialları araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin fikirlərini dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli və məhkum Məhkum tərəfindən verilmiş ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2021-ci il tarixli, *(***)-***/**** saylı hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 149.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli ## ###### 2020-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin hökm qanuni qüvvəyə minmiş və hazırda icra olunmaqdadır. Məhkum məhkəməyə təqdim etdiyi ərizəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsinin sonradan Cinayət Məcəlləsindən çıxarıldığını əsas gətirərək cinayət qanununun geriyə qüvvəsinin tətbiq edilməsini, həmin maddənin hökmdən xaric edilməsini və törətdiyi əməlin daha yüngül cəza nəzərdə tutan maddəyə tövsif olunmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, məhkumun istinad etdiyi hallar ərizənin təmin edilməsi üçün hüquqi əsas yaratmır. Belə ki, cinayət qanununun geriyə qüvvəsi yalnız yeni qəbul edilmiş qanunun məhkum olunmuş şəxsin hüquqi vəziyyətini faktiki olaraq yaxşılaşdırdığı hallarda tətbiq edilə bilər. Bunun üçün isə yeni qanunla əməlin cinayət hesab edilməməsi, nəzərdə tutulmuş cəzanın yüngülləşdirilməsi və ya şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran digər dəyişikliklərin mövcud olması zəruridir. Hazırkı halda məhkumun istinad etdiyi dəyişiklik yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsinin mətn baxımından qüvvədən düşməsi ilə bağlıdır və bu dəyişiklik özözlüyündə törədilmiş əməlin dekriminallaşdırılması, həmin əmələ görə cinayət-hüquqi məsuliyyətin aradan qaldırılması və ya yüngülləşdirilməsi kimi qiymətləndirilə bilməz. Əksinə, qanunvericilikdə aparılmış dəyişiklik nəticəsində cinayət tərkibinin elementləri və tövsifedici əlamətləri yeni redaksiyada sistemləşdirilmiş, müvafiq hüquqi tənzimləmə digər maddələrdə və ya hissələrdə öz əksini tapmışdır ki, bu da qanunun strukturunun dəyişdirilməsi xarakteri daşımaqla məhkumun hüquqi vəziyyətini yaxşılaşdırmır. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş cinayət-hüquqi tövsifin dəyişdirilməsi yalnız Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş əsaslar və prosessual qaydada mümkündür. Bu baxımdan, cəzanın icrası mərhələsində məhkəmənin hökmün mahiyyətini dəyişdirərək əməlin yeni maddəyə tövsif edilməsi və ya ittihamın hüquqi qiymətləndirilməsinə yenidən baxması prosessual qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə olan halda, məhkumun ərizəsində göstərilən hallar onun hüquqi vəziyyətini yaxşılaşdıran yeni cinayət qanununun qəbul edilməsini təsdiq edən hüquqi əsas kimi qiymətləndirilə bilməz və ərizədə irəli sürülən dəlillər qanuni qüvvəyə minmiş hökmün dəyişdirilməsi və ya əməlin daha yüngül cəza nəzərdə tutan maddəyə tövsif edilməsi üçün kifayət etmir. Nəticə etibarilə, məhkəmə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsinin hökmdən xaric edilməsi və əməlin daha yüngül cəza nəzərdə tutan maddəyə tövsif olunması barədə ərizəsinin təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş hüquqi əsasların mövcud olmadığı qənaətinə gəlirək, məhkumun ərizəsi təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, məhkumun müdafiəşisinin müraciəti hökmün icrası qaydasında baxılmalı olmadığından məhkum məhkum Məhkum tərəfindən verilmiş ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkum nəzərə almamışdır ki, onun əməlinin düzgün tövsif edilib-edilməməsi məsələsi cinayət işinə mahiyyəti üzrə baxılarkən həll edilməli olan məsələ olmuşdur. Bundan əlavə, məhkumun əməlinin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran yeni cinayət qanununu olmamışdır. Göründüyü kimi, qeyd edilən əsaslarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsinin hökmdən xaric edilməsi və əməlin daha yüngül cəza nəzərdə tutan maddəyə tövsif olunması barədə məsələsinə hökmün icrası qaydasında baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olan halda, həmin məsələyə hökmün icrası qaydasında baxılmalı olmadığından məhkum Məhkum tərəfindən verilmiş ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Odur ki, verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ləğv edilməli, məhkum Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3 maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsinin xaric edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin daha az ağır cəza nəzərdə tutan maddəsinə tövsif olunmasın dair ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarılması haqqında qərar qəbul etməyə haqlıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.2, 511-1 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)- ****/**** nömrəli qərarı ləğv edilsin. Məhkum Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3 maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.3-cü maddəsinin xaric edilməsini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin daha az ağır cəza nəzərdə tutan maddəsinə tövsif olunmasın dair ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum məhkəmədə hüquqlarının müdafiəsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 12 (on iki) saat üçün cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Habil Məmmədov Aqil Musayev
Məhkəmə qərarları › İş №7(3-6)-989/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-989/2026
19.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver