Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-994/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi, Qarayeva Mehriban Cəfər qızı və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi X3, Məhkum Məhkum, müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, ##.##.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeyidyyatda olan, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarından məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı ilə məhkum Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarının ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs, müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cəzaçəkmə müəssisəsinin nümayəndəsi apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirdi. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsinin mülahizəsindən görünür ki, məhkum Məhkum 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası və Gürcüstan Respublikasının vətəndaşı, subay, 1 övladı olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 66.3-cii maddələri ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli ##.##.2020-ci il, cəzanın sonu isə ##.##.2028-ci ildir. Məhkum Məhkum ##.##.2021-ci il tarixdən müəssisəyə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və islah prosesi ilə bağlı zəruri tövsiyələr verilmişdir. Məhkum xaraktercə sakitdir, nümunəvidir, intizamlıdır, düşdüyü şəraitə tez uyğunlaşır, tələb olunan qaydalara riayət edir. Asudə vaxtlarını səmərəli dəyərləndirir. Tərbiyəvi, o cümlədən mədəni-kütləvi tədbirlərdə iştirak edir.Törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini dərk edir, peşmanlığını ifadə edir. Ailə üzvləri və yaxın qohumları ilə əlaqə saxlayır. Cəza müddəti ərzində rejim qaydalarını pozmamış, nümunəvi davranışına görə həvəsləndirmə tədbirləri tətbiq olunmuşdur. Nümunəvi davranışına və "Ramazan bayramı" münasibətilə mədənikütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2021 -ci il tarixli əmrlə ‘Təşəkkür” elan olunmuş, nümunəvi davranışına və “31 dekabr-Dünya azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı” münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2021-ci il tarixli əmrlə “Təşəkkür” elan olunmuş, nümunəvi davranışına və “15 iyun-Qurtuluş günü" münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2023-cü il tarixli əmrlə “Təşəkkür” elan olunmuş, nümunəvi davranışına və “Ramazan bayramı” münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2024-cü il tarixli əmrlə “Təşəkkür” elan olunmuş, nümunəvi davranışına və “Qurban bayramı" münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2023-cü il tarixli əmrlə “Əlavə telefon danışığı" elan olunmuş, nümunəvi davranışına və “Qurban bayramı” münasibətilə mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə ##.##.2024-cü il tarixli əmrlə “Əlavə telefon danışığı” elan olunmuş, “01 sentyabr-Parlament seçkilərinin keçirilməsi prosesində” təşkilatı, təmizlik, abadlıq işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2024-cü il tarixli əmri ilə “Təşəkkür”, nümunəvi davranışına və “15 iyun-Qurtuluş günü” münasibətilə mədənikütləvi tədbirlərdə fəal iştirakına görə müəssisə rəisinin ##.##.2026-cı il tarixli əmri ilə “Təşəkkür" elan olunmuşdur. Hökm üzrə 182,26 manat ekspertiza xərcini ödəyib. Məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsis edilmiş "Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya”nın iclasında müzakirə edilmiş, ##.##.2026-cı il tarixli ** nömrəli protokolla barəsində mənfi rəy bildirilmişdir. Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Ədliyyə Nazirliyinin müvafiq Komissiyasının mənfi rəyini (ictimai təhlükəlilik dərəcəsi) nəzərə alaraq onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məqsədəuyğun hesab edilmir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin Məcəllənin 70.2.3-cü maddəsinə əsasən müsbət xarakterizə edilən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkibçəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş təqdimatdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya” tərəfindən məhkum barəsində ##.##.2025-ci il tarixdə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair mənfi protokol verilməsi nəzərə alınaraq CİM-nin 70.2.4-cü maddəsinə əsasən onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirməsi məqsədəuyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsi cəzaçəkmə müəssisəsi tərəfindən verilən mülahizəni, müvafiq komissiyanın mənfi rəyini məhkumun şəxsi işi və proses iştirakçılarının izahatları ilə əlaqəli araşdıraraq məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini məqsədəuyğun hesab etməmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən məhkum olunmuş şəxsin apellyasiya şikayətinin dəlili ilə razılaşmır, hesab edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 397 və 398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 10 (on) iş saat hüquqi xidmətə görə vəkil X1 110 (yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-6)-994/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-994/2026
10.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver