Məhkəmə qərarları › İş №7(3-6)-996/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-996/2026

11.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-996/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Məmmədov Əli İrfan oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və Əliyev Emin Zöhrab oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X6, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi X4, Müdafiəçi – ALİBİ Vəkil Bürosunun vəkili müdafiəçi1, Məhkum Turkut İlknur Pərviz qızının iştirakları ilə, Məhkum Turkut İlknur Pərviz qızının cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*- ***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından məhkum Turkut İlknur Pərviz qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Turkut İlknur Pərviz qızı ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Turkut İlknur Pərviz qızının cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan məhkum Turkut İlknur Pərviz qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkməsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Turkut İlknur Pərviz qızı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əməlindən peşmandır və islah olunmuşdur. Cəzaçəkmə müəssisəsində nümunəvi davranış göstərir, kütləvi tədbirlərdə iştirak edir. Barəsində 2026-cı ildə “Təşəkkür” elan olunmuşdur. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilərək cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərarını qanunsuz və ədalətsiz hesab edir. Belə ki, mülahizədən də görünür ki, məhkum müsbət xarekterizə olunan məhkumdur. Cəza çəkdiyi müddət ərzində rejim qaydalarını pozmamış, nümunəvi davranışına mədəni kütləvi tədbirlərində abadlıq işlərində fəal iştirakına görə barəsində aşağıda qeyd olunan həvəsləndirmə tədbirləri tətbiq olunmuşdur: Nümunəvi davranışına və “31 dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi günü və “xxxx” münasibətilə müəssisənin mədəni-kütləvi tədbirlərində, abadlıq-iməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2026-cı il tarixli əmri ilə “Təşəkkür” elan olunmuşdur. 2025-ci ilin illik xasiyyətnaməsi üzrə müsbət xarakterizə olunur. ##.##.2026-ci il tarixli ** nömrəli protokolla barəsində mənfi rəy bildirilmişdir. Mənfi rəy verilməsinə səbəb məhkum tərəfindən vurulmuş ziyanın ödənilməməsi olmuşdur. Məhkum cəza çəkdiyi müddət ərzində maaş almamış, qazanc yeri olmamışdır. Buna görə də, ziyanı ödəyə bilməmişdir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməsi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilərək məhkum Turkut İlknur Pərviz qızının cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən prokuror X6 bildirdi ki, apellyasiya şikayətini əsassız hesab edir, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Belə ki, məhkum barəsində mənfi rəy verilmişdir, ziyan tam ödənilməmişdir. Buna görə də, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*- ***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı cəzaçəkmə müəssisəsinin nümayəndəsi X4 bildirmişdir ki, məhkum müsbət xarekterizə olunan məhkumdur. Məhkum xaraktercə təmkinlidir, sakitdir, ictimai işlərdə məsuliyyətlidir, nizam-intizamlıdır. Məhkum yoldaşları ilə ünsiyyət dairəsi genişdir. Asudə vaxtlarını səmərəli dəyərləndir. Ailə üzvləri və yaxın qohumları ilə əlaqə saxlayır. Törətdiyi əməldən peşmanlığını ifadə edir. Cəza müddəti ərzində rejim qaydalarını pozmamış nümunəvi davranışına mədəni kütləvi tədbirlərində abadlıq işlərində fəal iştirakına görə barəsində aşağıda qeyd olunan həvəsləndirmə tədbirlər tətbiq olunmuşdur: Nümunəvi davranışına və “31 dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi günü və xxxx” münasibətilə müəssisənin mədənikütləvi tədbirlərində, abadlıq-iməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2026cı il tarixli əmri ilə “Təşəkkür” elan olunmuşdur. 2025-ci ilin illik xasiyyətnaməsi üzrə müsbət xarakterizə olunur. ##.##.2026-ci il tarixli ** nömrəli protokolla barəsində mənfi rəy bildirilmişdir. Nəticədə məhkum İlknur Turkut Pərviz qızı cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Ədliyyə Nazirliyinin müvafiq komissiyasının mənfi rəyinə, maddi zərərin tam ödənilməməsi, barışığın olmamasına əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğun hesab edilmir. Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni müdafiə edir və apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialı araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli hökmündən görünür ki, Turkut İlknur Pərviz qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ######## 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli hökmündən görünür ki, Turkut İlknur Pərviz qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər ##.##.2023-cü il tarixli, 1 (***)-***/**** nömrəli hökmü ilə Turkut İlknur Pərviz qızına təyin edilmiş 06 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Turkut ilknur Pərviz qızına qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi, cəzasının əvvəlinin ## ######## 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkumun şəxsi işindən görünür ki, Turkut İlknur Pərviz qızı ##.##.2025-ci il tarixdən ** saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir, cəzasının əvvəli ##.##.2021-ci il, ##.##.2028ci il tarixdə isə cəzası sona çatır; məhkumun şəxsi işindən görünür ki, cəza müddəti ərzində rejim qaydalarını pozmamışdır. Məhkumun şəxsi işindən görünür ki: - Turkut İlknur Pərviz qızına nümunəvi davranışına və “31 dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi günü və xxxx” münasibətilə müəssisənin mədəni-kütləvi tədbirlərində, abadlıq-iməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2026-cı il tarixli əmri ilə “Təşəkkür” elan olunmuşdur, - O, 2025-ci ilin illik xasiyyətnaməsi üzrə müsbət xarakterizə olunur, - Bakı Ağır Cinayətlər məhkəməsinin ##.##.2023 cü il tarixli hökmü üzrə zərərdən 7.290 manat geri ödənilmiş, Bakı şəhəri Binəqədi Rayon mMəhkəməsinin ##.##.2025-ci il tarixli hökmü üzrə isə 500 manat ödəniş edilmişdir. İcra vərəqəsi üzrə 276.165,50 manat mülki borc var. Məhkumun barəsində verilmiş ##.##.2026-cı il tarixli mülahizədən görünür ki, məhkum İlknur Turkut Pərviz qızı 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, Bakı Ağır Cinayətlər məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə CM-nin 178.2.4 və 66.5-cı maddələri ilə cəza müddəti 06 il 06 ay müəyyyən edilmişdir. Cəzanın əvvəli: ##.##.2021-ci il, cəzasının sonu: ##.##.2028-ci ildir. Məhkum İlknur Turkut Pərviz qızı * saylı cəzaçəkmə müəssisəsinə ##.##.2025-ci il tarixdə daxil olmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş və islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir. Məhkum xaraktercə təmkinlidir, sakitdir, ictimai işlərdə məsuliyyətlidir, intizamlıdır. Məhkum yoldaşları ilə ünsiyyət dairəsi genişdir. Asudə vaxtlarını səmərəli dəyərləndir. Ailə üzvləri və yaxın qohumları ilə əlaqə saxlayır. Törətdiyi əməldən peşmanlığın ifadə edir. Azərbaycan Respublikası Ədliyyə nazirinin “Məhkumların özfəaliyyət təşkilatlarının yaradılması və onların fəaliyyət Qaydası’nın təsdiq edilməsi haqqında ##.##.2002-ci il tarixli **-T saylı Təlimatın tələblərinə əsasən X10 üzvü seçilmişdir. Cəza müddəti ərzində rejim qaydalarını pozmamış nümunəvi davranışına mədəni kütləvi tədbirlərində abadlıq işlərində fəal iştirakına görə barəsində aşağıda qeyd olunan həvəsləndirmə tədbirlər tətbiq olunmuşdur: Nümunəvi davranışına və “31 dekabr Dünya azərbaycanlılarının Həmrəyliyi günü və xxxx” münasibətilə müəssisənin mədəni-kütləvi tədbirlərində, abadlıq-iməclik işlərində fəal iştirakına görə müəssisə rəisinin ##.##.2026-cı il tarixli əmri ilə “Təşəkkür” elan olunmuşdur. Bakı Ağır Cinayətlər məhkəməsinin ##.##.2023-cü il tarixli hökmü üzrə zərərdən 7290 manat geri ödənilmiş, Binəqədi rayon məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü üzrə isə 500 manat ödəniş edilmişdir. İcra vərəqəsi üzrə 276165,50 manat mülki borc var. 2025-ci ilin illik xasiyyətnaməsi üzrə müsbət xarakterizə olunur. Məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə təsis edilmiş “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiya”nın iclasında müzakirə edilmiş, ##.##.2026-ci il tarixli ** nömrəli protokolla barəsində mənfi rəy bildirilmişdir. Nəticədə məhkum İlknur Turkut Pərviz qızı cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Ədliyyə Nazirliyinin müvafiq komissiyasının mənfi rəyinə (maddi zərərin tam ödənilməməsi,barışığın olmaması) əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəuyğun hesab edilmir. Birinci instansiya məhkəməsi məhkumun ərizəsini və şəxsi işini araşdırıb, ərizəni müdafiə edən məhkumun, onun müdafiəçisinin, habelə cəzaçəkmə müəssisəsinin nümayəndəsinin və prokurorun çıxışını dinləyib hesab etmişdir ki, Turkut İlknur Pərviz qızı Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023 cü tarixli hökmü ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Bakı şəhəri Binəqədi Rayon Məhkməsinin *(***)- **/**** nömrəli, ##.##.2025-ci il hökmü ilə müəyyən edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə növündə cəzanın 2/3 hissəsini çəksə də, məhkəmə araşdırması zamanı onun islah olunmamasının müəyyən olunduğunu nəzərə alaraq, Turkut İlknur Pərviz qızının hazırkı vaxtda cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, bir daha məhkumunun şəxsi işi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi məhkumun cəzasının qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür. Məhkum müəssisə rəhbərliyi tərəfindən mənfi xarakterizə olunur. Qeyd olunan səbəblərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyildir. Qeyd edilməlidir ki, iş materialına əsasən məhkum Turkut İlknur Pərviz qızı barəsində mənfi xarakterizə olunan məhkum kimi mənfi mülahizə verilmişdir. Bu səbəbdən hal-hazırda onun islah olunması üçün cəzasının qalan hissəsini tam çəkməsi məqsədəuyğundur, ona görə də onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməməlidir. Beləliklə, iş materialı ilə Turkut İlknur Pərviz qızında qanuna itaət, insana, cəmiyyətə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşması və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılmasının mümkün olması müəyyən edilmir. Belə olduğu təqdirdə onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası * saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni iş materialı ilə birlikdə əlaqəli surətdə təhlil edərək, məhkumun cəza çəkdiyi müddətdə tam islah olunmadığı qənaətinə gələrək hesab edir ki, hazırki vaxtda onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədəmüvafiq deyildir. «Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Qeyd olunan Qərarının 1-ci bəndinə əsasən izah olunmuşdur ki, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. Ona görə də məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. Həmin Qərarda qeyd olunmuşdur ki, “Qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışı, əməyə münasibətini və cəzaçəkmə müəssisənin mülahizəsini əsas amil kimi irəli sürür”. Normalardan müəyyən olunur ki, məhkəmə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edərkən onun müsbət xarakterizə olunması, davranışı, əməyə münasibəti, islah olunması nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə əsasən, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında, cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəza çəkdiyi müddətdəki davranışını əks etdirən şəxsi işindən, mülahizədən onun cəzadan şərti olaraq azad edilməsi üçün həmin müddət ərzində tam islah olunması müəyyən olunmur. Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkumun ona təyin edilmiş cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsi yeganə əsas kimi cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün kifayət etmir. Qeyd edilməlidir ki, Turkut İlknur Pərviz qızına təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin bitməsinə kifayət qədər müddət var. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkum Turkut İlknur Pərviz qızının cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum Turkut İlknur Pərviz qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Məhkum Turkut İlknur Pərviz qızının cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*- ***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. ALİBİ Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Turkut İlknur Pərviz qızının hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 10 saat üçün cəmi 110 manat dövlət büdcəsindən “ALİBİ” Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar