Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-17/2026 08.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və X2 oğlundan ibarət tərkibdə Kərimova Jalə Müseyib qızının katibliyi, MÜƏYYƏN ETDI: Gəncə şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı (hakim E.Məmmədov) ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasında cəza çəkən Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının ## ##### 2026-ci il tarixə çəkilməmiş qalan 10 (on) ay 24 (iyirmi dörd) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkum davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə Icra və Probasiya qurumuna tapşırılmışdır. Məhkum izah edilmiş ki, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Məhkum məhkəmə iclas zalından dərhal azad edilmişdir. IŞIN HALLARI: Iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasının təqdim etdiyi xasiyyətnamədən görünür ki, Məhkum müsbət xarakterizə olunur. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar Idarəsinin prokuroru Prokuror apellyasiya protesti verərək Gəncə şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və məhkum Məhkum ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq küllü miqdarda ümumi təmiz çəkisi 13,630 qram narkotik vasitə heroin əldə eldə edərək saxlamışdır. Məhkumun şəxsiyyətinin dövlət və cəmiyyət üçün təhlükəli olduğunu bir daha təsdiq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş, bununlada qanunla qorunan ictimai münasibətə qəsd etmiş şəxsə vahid məhkəmə təcrübəsindən çıxış edərək maksimum 08 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilə bildiyi halda cəmi 03 il müddətə azadlıqdan məhrum etmə cəızası təyin edilmişdir. Məhkumun cəzası Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətə görə təyin edilən cəzaya ekvivalent olmuşdur. Bununlada məhkuma hökm çıxarılmış birinci instansiya məhkəməsi tərəfindən humanist cəza təyin edilmişdir. Bundan başqa hökm üzrə məhkum Məhkum törətdiyi cinayət əməlində özünü təqsirli bilməmiş, heç bir qanunsuz hərəkətə yol vermədiyi bildirmişdir. Halbuki, müəssisə tərəfindən verilmiş mülahizədə törətdiyi cinayət əməlindən peşman olduğunu, əməlini səmimi etiraf etməsi göstərilmişdir. Bununlada məhkuma verilmiş mülahizənin formal xarakter daşıdığı müəyyən edilmişdir. Gəncə şəhər Məhkəməsi tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi, cinayətin təsnifatı, qəsdən törədilən əmələ münasibətdə cəzanın qalan hissəsinin artıq olması da nəzərə alınmamışdır. Bütün qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmadan, ədalətsiz və əsassız qərar qəbul etməsinə səbəb olmuşdur. Məhkəmə qərarının işin halları ilə uyğun gəlməməsi, qanuni normanın düzgün tətbiq olunmaması və ədalətsiz qərar olması kimi qiymətləndirilməlidir. Belə olan halda, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı ərizəsinin təmin edilməsinin məqsədəmüvafiq hesab edilməsi barədə məhkəmənin gəldiyi nəticəni əsassız hesab edir. Odur ki, apellyasiya protestinin təmin edilməsini, Gəncə şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və məhkum Məhkum ərizəsinin təmin edilməməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar Idarəsinin prokuroru Prokuror apellyasiya protestini müdafiə edib, protestin dəlillərinə uyğun çıxış edərək, apellyasiya protestinin təmin edilməsini, Gəncə şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və məhkum Məhkum ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum və onun müdafiəçisi Müdafiəçi apellyasiya protestinə etiraz edərək, bildirdilər ki, məhkum Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının yarısından çoxunu çəkmişdir. Cəza çəkdiyi müddət ərzində verilən tapşırıqları vaxtıvaxtında yerinə yetirmişdir. Ailəli olduğunu, atasının vəfat etdiyini, anası və ailəsinin yanında olmaq istədiyini, əməlindən səmimi peşman olduğunu və islah olunduğunun nəzərə alınmasını, əməlindən peşman olmasını, islah olunmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, ailə vəziyyətini nəzərə alaraq apellyasiya protestinin təmin olunmamasını və Gəncə şəhər Məhkəməsinin *(***)-**/**** saylı, ## ##### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə hökmün icra edilməsi vəzifəsi üzərinə qoyulmuş orqana rəsmi bildiriş göndərilməsinə baxmayaraq, Gəncə şəhər Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəalarına əsasən Gəncə şəhər Probasiya şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Avropa Insan Hüquqları Məhkəməsi “X5rşı”, “X4rşı”, “Ermi Italiyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını apellyasiya protestinin dəlilləri ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya protesti təmin edilməməli, birinci instаnsiyа məhkəməsinin qərаrı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmündən görünür ki, Məhkum Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasının ##.##.2026-cı il tarixli mülahizəsindən görünür ki, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq hesab edilmişdir (təcridxananın həyətyanı sahəsində abadlıq işlərinə fəallıq göstərməsi, asudə vaxtlarında mədəni-kütləvi və idman tədbirlərində işirak etməsi, həmçinin barəsində həvəsləndirmə tədbirlərinin görülməsi və s. nəzərə alınmaqla ). Işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasının təqdim etdiyi xasiyyətnamədən görünür ki, Məhkum müsbət xarakterizə olunur. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasının nümayəndəsi X1 məhkəmə iclasında bildirmişdir ki, məhkum Məhkum Gəncə Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-1 maddəsi ilə təqsirli bilinərək, 03 (üç) l müddətinə azadlıqdan məhrum etmə cəzasının yarısından çoxunu çəkmişdir. Əməyə münasibəti yaxşıdır, təcridxanada keçirilən ictimai işlərdə işləyir, zəhmətkeşdir, təcridxananın həyətyanı sahəsində abadlıq işlərində fəallıq göstərmişdir. Keçirilən tədbirlərdə fəal iştirak edir, kitab və qəzet materiallarından istifadə edir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olduğunu bildirir, azadlıqda layiqli vətəndaş olacağına söz verir. Dövlətə olan 65 (altmış beş) manat ekspertiza xərcini könüllü olaraq ödəmişdir. Məhkum Məhkum təcridxana rəhbərliyi tərəfindən ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə Təşəkkür, ##.##.2025-ci il tarixdə nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə Əlavə telefon danışığı, ##.##.2025-ci il tarixdə 8Noyabr-Zəfər Günü ilə əlaqədar təcridxanada keçirilən dama yarışında fərqləndiyinə görə Təşəkkür , ##.##.2025-ci il tarixdə təcridxanada 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni Il münasibəti ilə keçirilən Şahmat , Dama və Nərd yarışlarında fəal iştirak etməsini nəzərə alaraq Əlavə telefon danışığı verilməklə həvəsləndirilmişdir. Tənbehi yoxdur. Məhkum Məhkum islah olunmuşdur. Onun şərti olaraq vaxtından əvvəl cəzadan azad edilməsi məqsədə müvafiq hesab edilir. Məhkum ona təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzasının 2 il 1 ay 6 gününü həqiqətən çəkmiş, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilənədək çəkilməmiş 10 ay 24 gün cəzası qalmışdır. Gəncə Şəhər Məhkəməsinin mübahisələndirilən qərarından görünür ki, məhkəmə Məhkum cəza müddətinin 2/3 hissəsindən çoxunu çəkdiyini, cəza çəkdiyi müddət ərzində özünü müsbət cəhətdən tanıtdığını, islah yoluna qədəm qoyduğunu nəzərə alaraq Azərbaycan Respublikası CM-in 76-cı maddəsinə uyğun olaraq onun çəkilməmiş qalan cəzasını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq yuxarıda qeyd olunanları məhkum Məhkum cəzaçəkmə müddətində davranışı, şəxsiyyəti və törətdiyi cinayətə münasibətinin təzahür forması kimi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmamasını mümkün edən amillər kimi qiymətləndirmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” ## ####### 2010-cu il tarixli Qərarının 1ci bəndinə əsasən qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Ona görə də, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun törətdiyi cinayətə münasibətinin təzahür formasına xüsusi diqqət yetirməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Lakin məhkumun törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə maneə ola bilər. Qanunverici həmin normanın tətbiq olunmasını şəxsin cəzaçəkmə müddətində davranışı, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarının tövsiyələrindən də göründüyü kimi məhkəmələr məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məsələsinə baxarkən mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası CIM-in 3.3-cü maddəsinə əsasən bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, müvafiq qanunlarına və beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq məhkumlarla rəftarda işgəncə və ya digər qəddar, qeyri-insani hərəkətlərə və yaxud ləyaqətin alçaldılmasına yol verilməməsinə əsaslanır. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən cəzaların icrası qanunvericiliyi qanunçuluq, humanizm, demokratizm, məhkumların və barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən hüquqi şəxslərin qanun qarşısında bərabərliyi, cəzaların icrasının fərdiləşdirilməsi, məcburetmə tədbirlərindən və məhkumların islah edilmə vasitələrindən məqsədəuyğun istifadə edilməsi, onlarda qanuna itaətin həvəsləndirilməsi və cəzanın islahedici təsirinin artırılması prinsiplərinə əsaslanır. Nəzərə alınmalıdır ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Belə ki iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasının təqdim etdiyi xasiyyətnamədən görünür ki, Məhkum müsbət xarakterizə olunur, məhkum Məhkum təcridxana rəhbərliyi tərəfindən ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışına görə Təşəkkür, ##.##.2025-ci il tarixdə nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə Əlavə telefon danışığı, ##.##.2025-ci il tarixdə 8 Noyabr-Zəfər Günü ilə əlaqədar təcridxanada 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni Il münasibəti ilə keçirilən Şahmat, Dama və Nərd yarışlarında fəal iştirak etməsini nəzərə alaraq Əlavə telefon danışığı verilməklə həvəsləndirilmişdir. Məhkəmə kollegiyası məhkum Məhkum oğlunun cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsini Azərbaycan Respublikası CM-in 76-cı maddəsinin tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” # ####### 2010-cu il tarixli Qərarının tövsiyələrinə uyğundur. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm (qərar) gözləyir. Hər bir halda, məhkəmə hökmü (qərarı) nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən tərzdə qiymət verməlidir. Əsaslandırma hökmün (qərarın) ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün (qərarın) əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı olmuşdur, iş materiallarında apellyasiya protestinin təmin edilərək, məhkum Məhkum oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunmaması üçün hər hansı bir əsas müəyyən olunmur və ona görə də apelyasiya protesti təmin edilməməli, Gəncə şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 398.1.1, 399.3, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Gəncə şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-7)-17/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-17/2026
08.05.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver