Məhkəmə qərarları › İş №7(3-7)-19/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-19/2026

15.05.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-19/2026 15.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasının nümayəndəsi X1, məhkum Məhkum və onun müdafiəçisi – Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə Məhkum Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim K.F.Bayramova) ##.##.1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitsensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında cəza çəkən Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad ediməsinə dair ərizəsinin rədd edilməsi və ona qərarın qəbul edildiyi gündən 6 ay keçdikdən sonra təkrar ərizə ilə müraciət hüququnun izah edilməsi qərara alınmışdır. Qərardan məhkum Məhkum tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları Gəncə Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli hökmü ilə Məhkum CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş 3 il 7 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsi ilə bağlı müəyyən edilmiş sınaq müddəti ləğv edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Məhkum təyin olunmuş 2 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il 7 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına əlavə cəza tamamilə, əsas cəza isə qismən birləşdirilməklə ona qəti olaraq 2 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, eyni zamanda Məhkum barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji kabinetində qeydiyyata alınmışdır. Məhkum Məhkum ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad ediməsini xahiş etmişdir. Ərizə əsasında işə baxan birinci instansiya məhkəməsi məsələni yuxarıda göstərilən qaydada həll etmişdir. Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsinin həmin qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək ərizəsinin qərəzli şəkildə təmin edilmədiyini bildirmiş və işinə Gəncə Apellyasiya Məhkəməsində yenidən baxılmasını xahiş etmişdir. Proses iştirakçılarının çıxışları Apellyasiya məhkəməsi iclasında məhkum Məhkum və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək Məhkum ailə vəziyyətinin, himayəsində 3 azyaşlı uşağının olmasının, uşaqlarından birinin ürək xətəliyindən əziyyət çəkməsinin, ailəsinin hal-hazırda çətin vəziyyətdə olmasının nəzərə alınaraq Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror apellyasiya şikayətinə etiraz edərək Məhkum törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinin və hazırda cəzasının bitməsinə çox qalmasının nəzərə alınmasını, bu səbəbdən də cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya məhkəməsi iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasının nümayəndəsi X1 bildirdi ki, məhkum Məhkum ## ##### 2025-ci il tarixdən etibarən * saylı İstintaq Təcridxanasında təsərrüfat və məişət işlərində fəhlə kimi saxlanılır. Cəzasının əvvəli ## #### 2023-cü ildən başlanılmaqla hazırda 3 il 1 ay 22 gün cəzasını çəkmiş və 10 ay 8 gün çəkilməmiş cəzası qalmışdır. Barəsində bir neçə dəfə təcridxana rəhbərliyi tərəfindən həvəsləndirmə tədbirləri tətbiq edilmiş, hər hansı tənbeh tədbiri tətbiq edilməmiş, həmçinin barəsində müsbət mülahizə verilmişdir. Məhkum islah olunmuşdur. Bu baxımdan da cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq hesab edilir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 520.7ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında çıxarılmış məhkəmə qərarından bu Məcəllədə nəzərdə tutulmuş qaydada apellyasiya və ya kassasiya şikayəti, yaxud protesti verilə bilər. CPM-in 397.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib və proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinə əsasən məhkəmənin qərarı dəyişdirilə və ya ləğv oluna bilməz. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitsensiar Xidmətinin * saylı İstintaq Təcridxanası tərəfindən təqdim edilmiş Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizədən görünür ki, məhkum Məhkum cəzasının əvvəli ##.##.2023cü il, cəzasının sonu isə ##.##.2027-ci ildir. Məhkum Məhkum əməyə münasibəti yaxşıdır, təcridxanada keçirilən ictimai işlərdə işləyir, zəhmətkeşdir, təcridxananın həyətyanı sahəsində abadlıq işlərində fəallıq göstərmişdir. Keçirilən tədbirlərdə fəal iştirak edir, məişətdə səliqəlidir, asudə vaxtlarında mədəni kütləvi və idman tədbirlərində iştirak edir, kitab və qəzet materiallarından istifadə edir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olduğunu bildirir, azadlıqda layiqli vətəndaş olacağına söz verir. Dövlətə olan 32.40 manat ekspertiza xərci ödənmişdir. Sakitdir, intizamlıdır, çalışqandır, verilən tapşırıqları vaxtında yerinə yetirir. Ailəsi və yaxın qohumları ilə əlaqə saxlayır. Məhkum Məhkum təcridxana rəhbərliyi tərəfindən ##.##.2025-ci il tarixdə təcridxanada nümunəvi davranışına, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 107 illiyinə həsr edilmiş stolüstü dama yarışında fəal iştirak etdiyinə görə “Təşəkkür”, ##.##.2025-ci il tarixdə nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə “əlavə telefon danışığı”, ##.##.2025-ci il nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə “Təşəkkür”, ##.##.2025-ci il tarixdə 8 Noyabr-Zəfər Günü ilə əlaqədar təcridxanada keçirilən dama yarışında fərqləndiyinə görə “əlavə telefon danışığı”, ##.##.2025-ci il tarixdə təcridxanada “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il” münasibəti ilə keçirilən Şahmat, Dama və Nərd yarışlarında fəal iştirak etməsini nəzərə alaraq “Təşəkkür” verilməklə həvəsləndirilmişdir. Tənbehi yoxdur. Komissiyanın qərarı: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiyanın ##.##.2026-cı il tarixli qərarına dair tərtib olunmuş ** nömrəli protokoluna əsasən məhkum X6 barəsində məhkəməyə müsbət mülahizə təqdim olunması məqsədə müvafiq hesab edilmişdir. Nəticə Məhkum Məhkum vaxtından əvvəl şərti azadlığa buraxılması məqsədə müvafiqdir. Nəticə: Məhkum Məhkum islah olunmuşdur. Onun şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitsensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında cəza çəkən məhkum Məhkum barəsində Xasiyyətnamədən görünür ki, məhkum Məhkum cəzasının əvvəli ##.##.2023-cü il, cəzasının sonu ##.##.2027-ci ildir. Məhkum Məhkum təcridxanada saxlanıldığı müddət ərzində Daxili İntizam Qaydalarında riayət etmiş, onun barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. ##.##.2025-ci il tarixdən məhkum Məhkum öz xahişi ilə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 69-cu maddəsinə əsasən * saylı İstintaq Təcridxanasının təsərrüfat və məişət xidməti işlərində yeməkxana fəhləsi kimi saxlanılmışdır. Cəza çəkdiyi müddət ərzində Daxili İntizam Qaydalarına riayət edir, ictimaifaydalı əməklə məşğul olur, əməyə vicdanlı münasibət göstərir, cəmiyyətdə qəbul edilmiş davranış normalarına riayət edir, təhsil və mədəniyyət səviyyəsini artırmaq üçün öz üzərində mütəmadi çalışır. Məhkumların asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən tədbirlərdə fəal iştirak edir. Dövlətə olan 32.40 manat ekspertiza xərcini ödəmişdir. Məhkum Məhkum törətdiyi cinayət əməlini səmimi etiraf edir, əməlindən peşman olduğunu bildirir. Azadlıqda layiqli vətəndaş olacağına söz verir. Məhkum Məhkum təcridxana rəhbərliyi tərəfindən ##.##.2025-ci il tarixdə təcridxana nümunəvi davranışına həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 107 illiyinə həsr edilmiş stolüstü dama yarışında fəal iştirak etdiyinə görə “Təşəkkür”, ##.##.2025-ci il tarixdə nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə “əlavə telefon danışığı”, ##.##.2025-ci il nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə “Təşəkkür”, ##.##.2025-ci il tarixdə 8 Noyabr-Zəfər Günü ilə əlaqədar təcridxanada keçirilən dama yarışında fərqləndiyinə görə “əlavə telefon danışığı”, ##.##.2025-ci il tarixdə təcridxanada “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il” münasibəti ilə keçirilən Şahmat, Dama və Nərd yarışlarında fəal iştirak etməsini nəzərə alaraq “Təşəkkür” verilməklə həvəsləndirilmişdir. Tənbehi yoxdur. Şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Məhkum himayəsində ##.##.2013-cü il təvəllüdlü Məryəm Məmmədli, ##.##.2015-ci il təvəllüdlü Murad Məmmədli və ##.##.2020-ci təvəllüdlü Əhməd Məmmədli adlı 3 azyaşlı övladı vardır. Tibbi sənədlərdən görünür ki, X2 A.Ü.Q. Mədəciklərarası çəpərin qüsuru diaqnozu qoyulmuşdur. CM-nin 15-ci maddəsinə əsasən Məhkum təqsirli bilinib məhkum olunduğu CM-in 234.1- 1-ci maddəsində nəzərdə tutulan əməl ağır cinayət hesab olunur. CM-nin 76.1-ci maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. CM-nin 76.3.1-1-ci maddəsinə əsasən məhkum ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ”Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzaçəkməkdən azad edilmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” # ####### 2010-cu il tarixli qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Eyni zamanda həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirilmişdir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. ... Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. Plenum qərarında məhkəmələrə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə barədə müraciətlərə baxarkən şəxs tərəfindən cəzanın tam olaraq çəkilməsinə zərurətin olub-olmaması məsələsi üzrə qənaətlərini yalnız cəzanı icra edən müəssisənin və ya orqanın mülahizəsi əsasında deyil, məhkumun cəzaçəkmə müddətində göstərdiyi davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti haqqında məlumatları əks etdirən digər materiallar, o cümlədən şəxsi işdə olan sənədlər əsasında formalaşdırmağı tövsiyə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 512.2 və 519.0.4cü maddələrinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Apellyasiya instansiya məhkəməsi yuxarıda əks olunanlara əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olması, törətdiyi cinayətə münasibətinin təzahür forması, eyni zamanda məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsi müəyyən edilmir. Odur ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi və cəza çəkdiyi müəssisənin müsbət mülahizəsi ona münasibətdə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün o, tam islah olunmalıdır. Bundan əlavə kollegiya qeyd edir ki, məhkum Məhkum barəsində olan hökmdən görünür ki, onun barəsində narkomaniydan məcburi müalicə təyin edilmişdir. Lakin həm məhkumun şəxsi işində, həm də məhkəmə prosesində verilmiş izahatlarla müəyyən edilmişdir ki, Məhkum narkomaniydan məcburi müalicə olunmamışdır. Bu halın mövcudluğu belə şəxs barəsində cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutunun tətbiqini istisna edir. Əlavə olaraq kollegiya qeyd edir ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi və cəza çəkdiyi müəssisənin müsbət mülahizəsi ona münasibətdə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Əks təqdirdə bu şərt ödənildiyi halda, yəni böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərə münasibətdə cəzanın ən azı yarısının, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsinin çəkilməsi cəzadan vaxtından əvvəl azad olunması üçün yetərli hesab olunmaqla, qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırki halda məhkumun şəxsi işinin materiallarından, həmçinin iş üzrə digər sənədlərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər əsasında birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. CPM-in 398.1.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apelyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin təmin olunmasına hüquqi əsaslar tapmayaraq hesab edir ki, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və CPM-in 397, 398, 407 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar