Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-20/2026 15.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X1 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror2, məhkum Kərimov İntiqam İntiqam oğlunun və müdafiəçisi müdafiəçi1 iştirakı ilə, Məhkum Kərimov İntiqam İntiqam oğlunun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Goranboy Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli 1(045)- **/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 244.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarına əsasən Kərimov İntiqam İntiqam oğlu barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarı tətbiq edilsin və ona Goranboy rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin 06 (altı) ay azaldılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasında cəza çəkən məhkum Kərimov İntiqam İntiqam oğlu məhkəməyə ərizə ilə müraciət edərək, çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə ərizənin təmin edilməsi, məhkum Kərimov İntiqam İntiqam oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından məhkum apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, əməlindən peşmandır, islah olunmuşdur. Buna görə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi İntiqam Kərimov əməlindən peşmandır, cəzanın yarısından çox hissəsini çəkmişdir. Cəzasını çəkdiyi müddət ərzində özünü nizam-intizamlı aparmış və daxili intizam qaydalarına əməl etmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Şəhid ailəsi üzvüdür. Bu halları nəzərə alaraq Kərimov İntiqam İntiqam oğlunun barəsində cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasını barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında prokuror apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, İntiqam Kərimova hökmlə cəza təyin edilərkən yüngülləşdirici halları nəzərə alınaraq təyin edilmiş və Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının müddəti 6 ay azaldılmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq cəzanın şərti hesab olunması barədə ərizəni təmin etməmişdir. Buna görə şikayətin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə proses tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edərkən, məhkəmə məhkumun üzərinə, bu Məcəllənin 70.5-ci maddəsində nəzərdə tutulmuş və cəzanın çəkilməmiş müddəti ərzində onun tərəfindən icra edilməli olan vəzifələr qoya bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin ## ####### 2010-cu il tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah olunsun ki, bu xarakterli müracətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırılmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Qeyd olunan qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Qərarda həmçinin, məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, cinayət və cinayət prosessual qanunvericiliyində törədilmiş cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsi, əvvəllər məhkum olunması, təqsirini etiraf etməməsi və sair bu kimi hallar cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməyə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunmağa və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsinə maneə kimi nəzərdə tutulmamışdır. Göründüyü kimi, qanunvericilik məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün, cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, onun müsbət xarakterizə edilməsini, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsinini əsas amil kimi irəli sürür. Hazırki işin halından məlum olur ki, İ.Kərimova məhkəmə tərəfindən cəza təyini zamanı CM-in ədalət və humanizm prinsipləri əsas götürülməklə güzəştlər edilmiş, ona yüngül cəza təyin edilmişdir. İ.Kərimovun cəza təyin edildikdən sonra heç bir qanun pozuntusu etməməsi və himayəsində azyaşlı uşaqlarının olması təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən kollegiya hesab edir ki, məhkəmə işin faktiki halları və hüququn tətbiqi ilə bağlı hissələrdə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, bu qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Müvafiq olaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 397, 398, 399, 407-410, 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Məhkum Kərimov İntiqam İntiqam oğlunun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-7)-20/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-20/2026
15.05.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver