Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-27/2026 05.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror1 oğlunun, Məhkum İsmayılov Elçin Rizvan oğlu və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun üzvü (vəkil) X1 iştirakı ilə Məhkum İsmayılov Elçin Rizvan oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizənin təmin edilməsi barədə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru tərəfindən verilmiş apellyasiya protesti əsasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin * saylı İstintaq Təcridxanasında cəza çəkən məhkum İsmayılov Elçin Rizvan oğlu məhkəməyə ərizə ilə müraciət edərək, çəkilməmiş qalan cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə (hakim Elçin Məmmədov) məhkum İsmayılov Elçin Rizvan oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin * saylı İstintaq Təcridxanasında cəza çəkən İsmayılov Elçin Rizvan oğlu Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib, CM-in 67.1-ci maddəsi tətbiq olunmaqla qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının ## ##### 2026-ci il tarixə çəkilməmiş qalan 11 (on bir) ay 01 (bir) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, davranışı üzərində nəzarət onun daimi yaşayış yeri üzrə İcra və Probasiya qurumuna tapşırılmış, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi ona izah edilməli və məhkəmə iclas zalından dərhal azad edilmişdir. İŞİN HALLARI: Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmündən görünür ki, İsmayılov Elçin Rizvan oğlu Azərbaycan Respublikasının CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib, CM-in 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmünün hökm etdi hissəsindən görünür ki, Zərdab Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə məhkum Elçin İsmayılov CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, İsmayılov Elçin Rizvan oğlu barəsində “Konstitusiya və Suverenlik ili” münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarının tətbiq edilməsi və ona Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin 06 (altı) ay azaldılması qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından görünür ki, İsmayılov Elçin Rizvan oğluna Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin olunmuş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin * saylı İstintaq Təcridxanasının ##.##.2026-cı il tarixli mülahizəsindən görünür ki, İsmayılov Elçin Rizvan oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq hesab edilmişdir (təcridxanada təsərrüfat və məişət xidməti işlərində fəallıq göstərməsi, asudə vaxtlarında mədəni-kütləvi və idman tədbirlərində işirak etməsi, həmçinin barəsində həvəsləndirmə tədbirlərinin görülməsi və s. nəzərə alınmaqla ). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin * saylı İstintaq Təcridxanasının təqdim etdiyi xasiyyətnamədən görünür ki, İsmayılov Elçin Rizvan oğlu müsbət xarakterizə olunur. İş materialları üzrə Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Məhkəmənin qərarı ilə razılaşmayan cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru apellyasiya protesti verərək Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini və məhkumun ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkum Elçin İsmayılov Zərdab Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanı çəkdiyi dövrdə islah olunmayaraq analoji cinayət törətməklə Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə o, CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu da məhkumun cəza çəkdiyi dövrdə islah olunmadığını, yeni cinayət törətməklə cəzanın məqsədinə nail olmadığının göstəricisidir. Həmçinin, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə məhkum Elçin İsmayılovun cəzası “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən 06 ay azaldılmışdır. Məhkuma həm hökm çıxarmış birinci instansiya məhkəməsi tərəfindən, həm də ##.##.2025ci il tarixli amnistiya haqqında Qərarının icra edilməsi ilə bağlı humanistlik göstərilmişdir. Məhkumun real olaraq çəkdiyi cəza təyin edilmiş cəzanın təxminən yarısı həddində olmuşdur. Bundan başqa, məhkəmə öz qərarında məhkumun barəsində həvəsləndirmə tədbirlərinin tətbiq edilməsini xüsusi ilə vurğulamışdır. Məhkəmə məhkumun konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsini, hansı naliyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd etməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Məhkəmə tərəfindən törədilmiş cinayətin ictimai təhlükəllik dərəcəsi, cinayətin təsnifatı, hökmlərin məcmusu üzrə qəsdən törədilən əmələ münasibətdə cəzanın qalan hissəsinində artıq olması nəzərə alınmamışdır. Odur ki, protestin təmin edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya məhkəmə baxışında iştirak edən cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror1 protestin dəlillərini müdafiə edərək protestin məzmununa uyğun çıxış etdi və təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəmə baxışında iştirak edən məhkum Elçin İsmayılov və müdafiəçisi (vəkil) Nüşabə Cəbrayılova protestin dəlillərinə etiraz edərək əsassız olduğunu və təmin edilməməsini xahiş etdilər. Əlavə olaraq məhkum göstərdi ki, hazırda narkotik vasitə istifadəçisi deyil, cəzaçəkmə müəssisəsində cəzasını çəkdiyi zaman nakormaniyadan müalicə almış, hazırda heç bir yerdə işləmir və təzyiq xəstəliyindən əziyyət çəkir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya protestinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsini protestin dəlillərindən asılı olmadan yoxlayaraq, aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya protesti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ləğv edilməli və ərizə təmin olunmamalıdır. Belə ki, məhkum Elçin İsmayılov Zərdab Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi) barəsində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılmasına cəzası ilə məhkum olunmasına baxmayaraq, cəzasını çəkdiyi dövrdə o, analoji xarakterli cinayət törədək həmin məhkəmənin ##.##.2025-ci il tarixli hökmü ilə Elçin İsmayılov CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi) həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bu da ona əsas verir ki, məhkum Elçin İsmayılov qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə birinci dəfə məhkum olunmuş və məhkumluğu ödənilmədən yenidən analoji xarakterli cinayət törətməsi onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həm satış məqsədi olmadan, həm də satış məqsədi ilə bu növdən olan həmin cinayətləri törətməyə meyilli şəxs olduğunu göstərir. Bundan başqa, məhkum Elçin İsmayılov ilk dəfə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və məhkəmə tərəfindən ona qarşı humanist addım atılaraq barəsində azadlığın məhdudlaşdırılmasına cəzasına məhkum olunmasına baxmayaraq, o, cəzasını çəkdiyi dövrdə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsinə görə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək hökmlərin məcmusu əsasında barəsində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 234.1-ci maddəsinin sanksiyası- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur. CM-nin 234.2-ci maddəsinin sanskiyası - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulur. Hər iki maddənin sanksiyasından göründüyü kimi cinayət əməlləri CM-nin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər təsnifatına aiddir. Belə olan halda məhkum Elçin İsmayılov törətdiyi və məhkum olunduğu az ağır cinayətlərə münasibətdə peşmançılıq çəkməsinə və islah olunduğu hissəsində konkret olaraq bu peşmanlığın və islah olunmasının nədə ifadə olunması göstərilməmiş, cəzaçəkmə müəssisəsi konkret nəyə əsaslanaraq məhkumun çəkilməmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə verdiyi mülahizə və xasiyyətnaməsi isə aydın şəkildə əsaslandırılmamışdır. Belə ki, məhkum Elçin İsmayılovun cəzasını çəkdiyi dövrdə mədəni-kütləvi tədbirlərdə iştirak etmək onun hüququ olduğu halda, onun nümunəvi davranışı, əməyə və təhsilə vicdanlı münasibəti isə cəzanın məqsədlərinə çatmaq məqsədi güdür. Həmçinin, Elçin İsmayılovun cəzasını çəkdiyi dövrdə rejim qaydalarına əməl etməsi isə onun vəzifəsidir. Bundan başqa, məhkum Elçin İsmayılov cəzasını çəkdiyi dövrdə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə barəsində amnistiya elan edilməsi haqqında ##.##.2025-ci il tarixli qərarının müddəaları tətbiq edilərək ona Zərdab Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin 06 (altı) ay müddəti azaldılmış, həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərarı ilə Elçin İsmayılova ##.##.2025-ci il tarixli hökmlə təyin olunmuş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkum Elçin İsmayılov narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunduğu cinayətlərə görə barəsində hökmlərlə təyin olunmuş müxtəlif növdən olan cəzaların kifayət qədər aşağı həddə olması, həm də Gəncə Şəhər Məhkəməsinin qeyd olunan qərarları ilə onun cəzasının azaldılması və barəsində təyin olunmuş narkomaniyadan məcburi müalicənin ləğv edilməsi də onun barəsində bir neçə humanist addımların atıldığını göstərir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə məhkum Elçin İsmayılov məhz cəzasının çəkilməmiş qalan hissəsini real olaraq * saylı İstintaq Təcridxanasında tam çəkdiyi halda cəzanın məqsədinə nail olmaq mümkündür. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Elçin İsmayılovun cəzasının çəkilməmiş qalan hissəsindən vaxtın əvvəl azad edilməsi əsasları tam və hərtərəfli araşdırılmamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır və ərizənin təmin edilməsi üçün hər hansı bir qanuni əsaslar yoxdur. CPM-nin 398.1.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Odur ki, apellyasiya protesti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli qərarı ləğv edilməli və məhkumun ərizəsi təmin olunmamalı, barəsində həbs qətimkan tədbiri seçilməli, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 ay 01 gün hissəsini çəkməsi üçün * saylı İstintaq Təcridxanasına keçirilməli və cəzasının əvvəli ## #### 2026-cı il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq və CPM-nin 397, 398, 399, 407-410, 412 və 520-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Məhkum İsmayılov Elçin Rizvan oğlu tərəfindən verilmiş ərizə təmin edilməsin. İsmayılov Elçin Rizvan oğlu barəsində həbs qətimkan tədbiri seçilsin, təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 ay 01 gün hissəsini çəkməsi üçün Ədliyyə Nazirliyi PX-nin * saylı İstintaq Təcridxanasına keçirilsin. Cəzasının əvvəli ## #### 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə və * saylı İstintaq Təcridxanasına tapşırılsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, CPM-in 410.1.1-ci maddəsində göstərilən müddətlərdə Gəncə Apellyasiya Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №7(3-7)-27/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-27/2026
05.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver