Azәrbaycan Respublikası adından Qərar Gәncә şәhәri İş № 7(3-7)-29/2026 22.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlәr Əzizov Sevindik Əziz oğlu (sәdrlik edәn vә mәruzәçi), Abdullayev Əlizamin Gülzalı oğlu vә Mәmmәdov Müşfiq Vaqif oğlundan ibarәt tәrkibdә, Qasımov Behbud Telman oğlunun katibliyi, Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt tәqibindәn kәnar icraatlar idarәsinin prokuroru Prokuror, mәhkum Barәsindә tәqdimat verilәn şәxs vә onun müdafiәçisi Azәrbaycan Respublikası Vәkillәr Kollegiyasının üzvü, Gәncә Regional Vәkil Bürosunun vәkili Müdafiәçi iştirakları ilә, Gәncә Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı qәrarından mәhkum Barәsindә tәqdimat verilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, mәhkәmә kollegiyası MÜƏYYƏN ETDİ: Gәncә Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrәli nömrәli qәrarı ilә (hakim K.Bayramova) tәqdimat tәmin edilmiş, Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin (bundan sonra CM-nin) 221.2.1 vә 234.4.3-cü maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinmәklә 03 il 06 ay müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum edilmiş, Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli qәrarı ilә cәzasının qalan hissәsini çәkmәk üçün ümumi rejimli cәzaçәkmә müәssisәsindәn mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmiş mәhkum Yaqubov Sәrvin Cavanşir oğluna tәyin edilmiş cәzaçәkmә müәssisәsinin növü dәyişdirilmiş vә onun cәzasının çәkilmәmiş qalan hissәsini çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsindәn ümumi rejimli cәzaçәkmә müәssisәsinә keçirilmәsi qәrara alınmışdır. İŞİN HALLARI: Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilә Yaqubov Sәrvin Cavanşir oğlu CM-nin 221.2.1 vә 234.4.3-cü maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәllәrini törәtmәkdә tәqsirli bilinib 03 il 06 ay müddәtә azadlıqdan mәhrum etmә cәzasına mәhkum olunmuş, hәbsetmәnin әvvәli ##.##.2023-cü il tarixdәn hesablanmışdır. Mәhkum Yaqubov Sәrvin Cavanşir oğlu әrizә ilә birinci instansiya mәhkәmәsinә müraciәt edәrәk ona tәyin edilmiş azadlıqdan mәhrumetmә cәzasının çәkilmәmiş qalan hissәsinin mәntәqә tipli Cәzaçәkmә Müәssisәsindә çәkilmәsi haqqında qәrar qәbul edilmәsini xahiş etmiş, Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qәrarı ilә әrizә tәmin edilmiş, mәhkum Yaqubov Sәrvin Cavanşir oğlu cәzasının çәkilmәmiş qalan hissәsini çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmişdir. Mәhkum Yaqubov Sәrvin Cavanşir oğlunun şәxsi işinә әlavә edilmiş Gәncә şәhәri Narkoloji Dispanserin 393 nömrәli, ##.##.2026-cı il tarixli rәyi ilә müәyyәn edilir ki, Yaqubov Sәrvin Cavanşir oğlu narkotik vasitәlәrdәn istifadә edir. Narkotik vasitә olan kannabinoiddәn sui-istifadә nәticәsindә yaranmış narkomaniya xәstәliyindәn әziyyәt çәkir, narkomaniya xәstәliyindәn mәcburi müalicәyә ehtiyac vardır. Yaqubov Sәrvin Cavanşir oğlu Gәncә Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qәrarı ilә Azәrbaycan Respublikası İXM-in 157, 206, 510.1 vә 535.1-ci maddәlәri ilә tәqsirli bilinmәklә hәmin Mәcәllәnin 206-cı maddәsinin sanksiyası hәddindә 30 gün müddәtinә inzibati hәbs edilmişdir. Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitsensiar Xidmәtinin * saylı Mәntәqә Tipli Cәzaçәkmә Müәssisәsinin ##.##.2026-cı il tarixli Qәrarı ilә Yaqubov Sәrvin Cavanşir oğlu rejim qaydalarını pozduğuna görә ##.##.2026-cı il tarixdәn 6 gün cәrimә tәcridxanasına keçirilmişdir. Hәmçinin Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitsensiar Xidmәtinin * saylı Mәntәqә Tipli Cәzaçәkmә Müәssisәsi tәrәfindәn tәqdim edilmiş mülahizәdә Yaqubov Sәrvin Cavanşir oğlu mәnfi xarakterizә edilәrәk qeyd edilmişdir ki, mәhkum Yaqubov Sәrvin Cavanşir oğlu törәtdiyi cinayәt әmәlinin ictimai tәhlükәliliyini dәrk etmir, islah yoluna qәdәm qoymaq әvәzinә yenidәn narkotik vasitә qәbul etmәklә cәzanın icrası qaydasını qәrәzli pozur, müәssisәdәn kәnarda olan zaman aqressiv davranışlarına nәzarәt edә bilmir vә narkomaniya xәstәliyindәn әzab çәkir. Hökm vә ya mәhkәmәnin digәr yekun qәrarlarının icrası qaydasında materiala baxan Gәncә Şәhәr Mәhkәmәsi yuxarıda qeyd olunan qәrarı qәbul etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Mәhkum Yaqubov Sәrvin Cavanşir oğlu apellyasiya şikayәti verәrәk Gәncә Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrәli qәrarının lәğv edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәtini onunla әsaslandırmışdır ki, o, Gәncә Şәhәr Mәhkәmәsinin barәsindә çıxardığı qәrarla razı deyil, işinә yenidәn baxılmasını, şikayәtinin tәmin edilmәsini vә әdalәtli qәrar çıxarılmasını xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: Mәhkәmә kollegiyasının iclasında mәhkum Barәsindә tәqdimat verilәn şәxs, onun müdafiәçisi Müdafiәçi hәr biri ayrı-ayrılıqda apellyasiya şikayәtinin dәlillәrini müdafiә edib, şikayәtin dәlillәrinә uyğun çıxış edәrәk şikayәtin tәmin edilmәsini xahiş etdilәr. Mәhkәmә kollegiyasının iclasında Azәrbaycan Respublikası Baş Prokurorluğunun Cinayәt tәqibindәn kәnar icraatlar idarәsinin prokuroru Prokuror apellyasiya şikayәtinin dәlillәrinә etiraz etdiyini bildirdi, әsassız olduğundan tәmin edilmәmәsini vә Gәncә Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** nömrәli qәrarının dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi. Mәhkәmә iclasının vaxtı vә yeri barәdә Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtinin * saylı Mәntәqә Tipli Cәzaçәkmә Müәssisәsinә rәsmi bildiriş göndәrilmәsinә baxmayaraq, nümayәndәsi mәhkәmә iclasına gәlmәmiş, nümayәndәnin gәlmәmәsinin üzrlü sәbәblәri barәdә mәhkәmәyә heç bir mәlumat verilmәmişdir. Mәhkәmә, Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin müddәalarına әsasәn Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Penitensiar Xidmәtinin * saylı Mәntәqә Tipli Cәzaçәkmә Müәssisәsinin nümayәndәsinin iştirakı olmadan işә baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azәrbaycan Respublikası Cinayәt Prosessual Mәcәllәsinin (bundan sonra CPM-nin) 397.1ci maddәsinә görә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn işin faktiki hallarının müәyyәn edilmәsinin, habelә cinayәt qanununun vә CPM-in normalarının tәtbiq edilmәsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddәsinә әsasәn isә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Mәhkәmә kollegiyası proses iştirakçılarının çıxışlarını dinlәyib, iş materiallarını apellyasiya şikayәtinin dәlillәri ilә müqayisәli şәkildә araşdırıb hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, iş materiallarında olan Gәncә Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilә Yaqubov Sәrvin Cavanşir oğlu Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 221.2.1 vә 234.4.3-cü maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinib 03 il 06 ay müddәtinә azadlıqdan mәhrum etmә cәzasına mәhkum olunmuş vә hәbsetmәnin әvvәli ##.##.2023-cü il tarixdәn hesablanmışdır. Mәhkum Yaqubov Sәrvin Cavanşir oğlu әrizә ilә birinci instansiya mәhkәmәsinә müraciәt edәrәk ona tәyin edilmiş azadlıqdan mәhrumetmә cәzasının çәkilmәmiş qalan hissәsinin mәntәqә tipli Cәzaçәkmә Müәssisәsindә çәkilmәsi haqqında qәrar qәbul edilmәsini xahiş etmiş, Bakı şәhәri Nәrimanov Rayon Mәhkәmәsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** saylı qәrarı ilә әrizә tәmin edilmiş, mәhkum Yaqubov Sәrvin Cavanşir oğlu cәzasının çәkilmәmiş qalan hissәsini çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirilmişdir. İş materiallarında olan mәhkum Yaqubov Sәrvin Cavanşir oğlunun şәxsi işinә әlavә edilmiş Gәncә şәhәri Narkoloji Dispanserin 393 nömrәli, ##.##.2026-cı il tarixli rәyi ilә müәyyәn edilir ki, Yaqubov Sәrvin Cavanşir oğlu narkotik vasitәlәrdәn istifadә edir. Narkotik vasitә olan kannabinoiddәn sui-istifadә nәticәsindә yaranmış narkomaniya xәstәliyindәn әziyyәt çәkir, narkomaniya xәstәliyindәn mәcburi müalicәyә ehtiyac vardır. Yaqubov Sәrvin Cavanşir oğlu Gәncә Şәhәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qәrarı ilә Azәrbaycan Respublikası İXM-in 157, 206, 510.1 vә 535.1- ci maddәlәri ilә tәqsirli bilinmәklә hәmin Mәcәllәnin 206-cı maddәsinin sanksiyası hәddindә 30 gün müddәtindә inzibati hәbs edilmişdir. İş materiallarında olan Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitsensiar Xidmәtinin * saylı Mәntәqә Tipli Cәzaçәkmә Müәssisәsinin ##.##.2026-cı il tarixli qәrarı ilә Yaqubov Sәrvin Cavanşir oğlu rejim qaydalarını pozduğuna görә ##.##.2026-cı il tarixdәn 6 gün cәrimә tәcridxanasına keçirilmişdir. İş materiallarında olan Azәrbaycan Respublikası Ədliyyә Nazirliyi Penitsensiar Xidmәtinin * saylı Mәntәqә Tipli Cәzaçәkmә Müәssisәsi tәrәfindәn tәqdim edilmiş mülahizәdә Yaqubov Sәrvin Cavanşir oğlu mәnfi xarakterizә edilәrәk qeyd edilmişdir ki, mәhkum Yaqubov Sәrvin Cavanşir oğlu törәtdiyi cinayәt әmәlinin ictimai tәhlükәliliyini dәrk etmir, islah yoluna qәdәm qoymaq әvәzinә yenidәn narkotik vasitә qәbul etmәklә cәzanın icrası qaydasını qәrәzli pozur, müәssisәdәn kәnarda olan zaman aqressiv davranışlarına nәzarәt edә bilmir vә narkomaniya xәstәliyindәn әzab çәkir. Mәhkәmә kollegiyası iş materiallarını bir daha tәhlil edәrәk belә nәticәyә gәlir ki, birinci instansiya mәhkәmәsinin yuxarıda qeyd olunan nәticәsi qanuni vә әsaslı olmuşdur. Belә ki, Azәrbaycan Respublikası Cәzaların İcrası Mәcәllәsinin 70.4.1-ci maddәsinә әsasәn, cәzanın icrası qaydalarını qәrәzli pozan mәhkumlar mәntәqә tipli cәzaçәkmә müәssisәsindәn mәhkәmәnin hökmdә müәyyәn etdiyi rejim növündәki cәzaçәkmә müәssisәsinә keçirilә bilәrlәr. Hәmin Mәcәllәnin 70.5-ci maddәsinә әsasәn, cәzaçәkmә müәssisәlәrinin növünün dәyişdirilmәsi mәhkәmә tәrәfindәn hәyata keçirilir. Hәmin Mәcәllәnin 107.3-cü maddәsinә әsasәn, mәntәqә tipli cәzaçәkmә müәssisәlәrindә cәzanın icrası qaydalarını qәrәzli pozan mәhkumlara bir ay müddәtindә müәssisәdәn kәnara çıxmağın vә ya üç ay әrzindә istirahәt vә bayram günlәrini cәzaçәkmә müәssisәsindәn kәnarda keçirmәyin qadağan edilmәsi kimi tәnbeh tәdbirlәri, yaxud bu Mәcәllәnin 70-ci maddәsindә nәzәrdә tutulmuş qaydada digәr tәnbeh tәdbirlәri tәtbiq edilir. Hәmin Mәcәllәnin 108.1-ci maddәsinә әsasәn, cәzanın icrası qaydalarının qәrәzli pozulması aşağıdakı hallar hesab olunur: 108.1.1. alkoqol vә ya digәr güclü tәsir göstәrәn maddәlәri qәbul etmәk; 108.1.2. narkotik vasitәlәri vә ya psixotrop maddәlәri qәbul etmәk; 108.1.3. xırda xuliqanlıq; 108.1.4. cәzaçәkmә müәssisәsinin işçi heyәtini hәdәlәmәk, tәhqir etmәk vә ya onların qanuni tәlәblәrinә tabe olmamaq; 108.1.5. xidmәti borclarını yerinә yetirәn digәr dövlәt nümayәndәlәrini hәdәlәmәk vә ya tәhqir etmәk; 108.1.6. qrup halında tabe olmamaq vә ya belә qruplarda fәal iştirak etmәk; 108.1.7. il әrzindә üç dәfәdәn çox tәnbeh edilmәk. 108.1-
1. mәntәqә tipli cәzaçәkmә müәssisәlәrindә cәzanın icrası qaydalarının qәrәzli pozulması, hәmçinin aşağıdakı hallar hesab edilir: 108.1-1.1. mәhkumun cәzaçәkmә müәssisәsini icazәsiz tәrk etmәsi; 108.1-1.2. mәhkumun üzrsüz sәbәbdәn ayda iki dәfәdәn çox cәzaçәkmә müәssisәsinә vaxtında qayıtmaması. Birinci instansiya mәhkәmәsinin qәrarından görünür ki, mәhkәmә yuxarıda qeyd olunan sübutlarla Yaqubov Sәrvin Cavanşir oğlunun cәzasının çәkilmәmiş qalan hissәsini çәkmәk üçün mәntәqә tipli cәzaçәkmә müәssisәsinә keçirildikdәn sonra xırda xuliqanlıq etmәsi vә narkotik vasitәlәri qәbul etmәsi (Sәhiyyә Nazirliyi Gәncә şәhәri Narkoloji dispanseri tәrәfindәn verilmiş ##.##.2026-cı il tarixli 393 nömrәli rәydә mәhkum Barәsindә tәqdimat verilәn şәxs narkotik vasitәlәrdәn istifadә etdiyi, narkotik vasitә olan kannabinoiddәn sui-istifadә nәticәsindә yaranmış narkomaniya xәstәliyindәn әziyyәt çәkdiyi, narkomaniya xәstәliyindәn mәcburi müalicәyә ehtiyacı olduğu qeyd edilmişdir) rejim qaydalarının qәrәzli pozuntusu kimi qәbul edildiyindәn, elәcә dә bu faktla әlaqәdar cәrimә tәcridxanasına keçirilmәsi barәdә müәssisә rәhbәrliyinin müvafiq qәrarı olduğundan mәhkum Yaqubov Sәrvin Cavanşir oğlunun ümumi rejimli cәzaçәkmә müәssisәsinә qaytarılmasına dair yekun nәticәyә gәlmişdir. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin qәnaәti ilә razılaşır. Mәhkәmә kollegiyası hesab edir ki, mәhkum Barәsindә tәqdimat verilәn şәxs cәza çәkdiyi müddәt әrzindә cәzanın icrası qaydalarını qәrәzli pozması iş materialları ilә tam sübuta yetirilir. Apellyasiya şikayәtindә vә mәhkәmә baxışı zamanı göstәrilәn xüsusatlar mәhkum Barәsindә tәqdimat verilәn şәxs öz hüquqlarından istifadә etmәklә özünü müdafiә xarakteri daşıyır vә öz demәsindәn başqa heç bir sübutla tәsdiqini tapmır. Yuxarıda qeyd olunanlara әsasәn mәhkәmә kollegiyası mәhkum Barәsindә tәqdimat verilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәtini әsassız sayır vә hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, Gәncә Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı qәrarı dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, CPM-nin 399.3-cü maddәsinә әsasәn işin bütün hallarının araşdırılması nәticәsindә çıxarılmış vә mahiyyәtcә düzgün olan birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarı yalnız bu Mәcәllәnin tәlәblәrinin pozulması sәbәbindәn formal mülahizәlәrә әsaslanaraq lәğv edilә bilmәz. CPM-nin 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul edә bilәr. Qeyd olunanlara әsasәn vә CPM-nin 397.1, 398.1.1, 399.3, 407 vә 408-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası,
QƏRARA ALDI:
Mәhkum Barәsindә tәqdimat verilәn şәxs tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Gәncә Şәhәr Mәhkәmәsinin ## ##### 2026-cı il tarixli, *(***)-**/**** saylı qәrarı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan, CPM-nin 410.1.1-ci maddәsindә göstәrilәn müddәtlәrdә Gәncә Apellyasiya Mәhkәmәsinin vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Cinayәt Kollegiyasına kassasiya şikayәti vә kassasiya protesti verilә bilәr.