Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-31/2026 19.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Məhkum Ərizəni verən şəxs və onun müdafiəçisi-Gəncə Regional Bürosunun vəkili müdafiəçi1, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar Idarəsinin prokuroru Prokuror iştirakları ilə, Ərizəni verən şəxs üzərinə qoyulmuş “yaşayış yerini saat 21:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək vəzifəsini “Gəncə şəhəri, Göygöl və Samux rayonlarının ərazi hüdudları daxil edilməklə yaşayış yerini axşam saat 00:00-dan 06:00-dək tərk etməmək” vəzifəsi ilə əvəz edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5-121)-72/2026 qərarından məhkum Ərizəni verən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5-121)-58/2026 qərarı ilə Məhkum Ərizəni verən şəxs Gəncə Şəhər Məhkəməsinin ## ###### 2026- ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə üzərinə qoyulmuş Ərizəni verən şəxs üzərinə qoyulmuş “yaşayış yerini saat 21:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək vəzifəsini “Gəncə şəhəri, Göygöl və Samux rayonlarının ərazi hüdudları daxil edilməklə yaşayış yerini axşam saat 00:00-dan 06:00-dək tərk etməmək” vəzifəsi ilə əvəz edilməsi barədə ərizəsi rədd edilmişdir. Işin halları: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5-121)-72/2026 qərarı ilə Ərizəni verən şəxs üzərinə qoyulmuş “yaşayış yerini saat 21:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək vəzifəsini “Gəncə şəhəri, Göygöl və Samux rayonlarının ərazi hüdudları daxil edilməklə yaşayış yerini axşam saat 00:00-dan 06:00-dək tərk etməmək” vəzifəsi ilə əvəz edilməsi barədə ərizəsi rədd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin qərardan Ərizəni verən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək Gəncə şəhər məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Ərizəni verən şəxs ərizəsinin təmin olunaraq üzərinə qoyulmuş şəhdudiyyətlərin dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə məhkum Ərizəni verən şəxs üzərinə qoyulmuş məhdudiyyətlərin dəyişdirilməsi barədə ərizəsi təmin edilməmişdir. Hesab edirik ki, məhkəmə iş üzrə bütün halları hərtərəfli, tam və obyektiv araşdırmamış, nəticədə düzgün qərara gəlməmişdir. Iş materiallarından görünür ki, məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə məhkum olunmuş və barəsində azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilmişdir. Həmin cəzanın icrası ilə bağlı 9 məhkumun üzərinə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Sonradan məhkum tərəfindən bu məhdudiyyətlərin dəyişdirilməsi barədə məhkəməyə müraciət edilmiş, lakin həmin müraciət təmin edilməmişdir. Məhkəmə qərarında Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 51-3.1, 51-3.6-cı maddələrinə, eləcə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 509.1.9 və 519.1.2-ci maddələrinə istinad etmişdir. Lakin bu normaların tətbiqi işin faktiki hallarına uyğun şəkildə həyata keçirilməmişdir.Məhkəmə qərar qəbul edərkən işin faktiki hallarını, məhkumun şəxsiyyətini, onun sosial vəziyyətini və inkişaf perspektivlərini daha geniş şəkildə nəzərə almalı idi. Odur ki, qeyd olunanları nəzərə alıb, Gəncə şəhər məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsini və Ərizəni verən şəxs ərizəsinin təmin olunaraq üzərinə qoyulmuş şəhdudiyyətlərin dəyişdirilməsini xahiş edir. Proses iştirakçılarının çıxışları: Apellyasiya məhkəməsi iclasında məhkum və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək, ərizəsinin təmin olunaraq üzərinə qoyulmuş məhdudiyyətlərin dəyişdirilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasında Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar Icraatlar Idarəsinin prokuroru Prokuror apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, dəyişdirilməsi və ya ləğv edilməsi, məhkumun ərizəsinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də birinci insansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan - Gəncə Şəhər Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2026-ci il tarixli hökmündən görünür ki, Ərizəni verən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, hökmün icrası Ərizəni verən şəxs yaşayış yeri üzrə Gəncə Şəhər Probasiya Idarəsinə həvalə edilmiş, Ərizəni verən şəxs üzərinə Gəncə şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı təhsil müəssisəsinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Iş materiallarında olan Gəncə Şəhər Probasiya şöbəsinin məktubundan görünür ki, hökmün icrası barədə göstəriş ## #### 2026-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə bu barədə məhkəməyə məlumat və məhkuma bildiriş göndərilmiş, eyni zamanda məhkumun ölkədən getmək hüquqi müvəqqəti məhdudlaşdırılmışdır.##.##.2026ci il tarixdə məhkum Ərizəni verən şəxs şöbədə qeydiyyata alınmış, ona cəzanın çəkilmə qaydaları, hüquq və vəzifələri izah edilmiş, eyni zamanda həmin tarixdə ona elektron nəzarət vasitələri tətbiq edilmişdir. Ərizəni verən şəxs məhkəmə iclasının keçirildiyi ##.##.2026-ci il tarixə qədər cəzasının 29 günü hissəsini çəkmiş, 04 ay 27 gün hissəsi isə çəkilməmiş qalmışdır. Azərbaycan Respublikasının Cəzaların Icrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Həmin Məcəllənin 51-3.6-cı maddəsinə əsasən icra məmuru azadlığın məhdudlaşdırılması növündə cəza çəkən məhkumun yaşayış yerini (yalnız Azərbaycan Respublikasının ərazisi hüdudlarında) dəyişdirməsinə dair ərizəsi əsasında bu barədə məhkumun yaşayış yeri üzrə məhkəməyə təqdimat verir. Məhkəmə aşağıdakı müstəsna hallarda məhkumun yaşayış yerini dəyişməsinə icazə verilməsi barədə qərar qəbul edir: 51-3.6.1. məhkumun ailə vəziyyəti dəyişdikdə; 51-3.6.2. məhkum digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə; 51-3.6.3. şəxsin xəstəliyi ilə bağlı ona yaşayış məntəqəsinin ərazisindən kənar tibb müəssisəsində uzunmüddətli tibbi yardım göstərilməsi zərurəti yarandıqda (yaşayış yerində və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilindəki tibb müəssisəsində tələb olunan tibbi yardımın göstərilməsi mümkün olmadıqda). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 509.1.9-cu maddəsinə əsasən məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs bu Məcəllədə nəzərdə tutulmuş digər məsələlər haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 519.1.2-1-ci maddəsinə əsasən məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisənin və ya orqanın təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar azadlığın məhdudlaşdırılması növündə cəza çəkən məhkumun üzərinə əlavə vəzifələrin qoyulması və yaxud əvvəllər qoyulmuş vəzifələrin dəyişdirilməsi və ya ləğv edilməsi, habelə məhkumun yaşayış yerini dəyişdirməsinə icazə verilməsi barədə məsələyə baxır . Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizə təmin edilməməlidir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, ərizə kifayət qədər əsaslandırılmamış, təqdim edilmiş ərizədə ərazi hüdudlarının genişləndirilməsi və vaxt məhdudiyyətinin azaldılmasının zəruriliyinin vacibliyinə dair hər hansı sübutlar ərizəyə əlavə olunmamışdır. Həmçinin məhkəmə iclasında da məhkum Ərizəni verən şəxs təhsilə hazırlıq və idman məşqlərinin məhz Gəncə şəhərinin inzibati ərazi hüdudlarından kənarda - Göygöl və Samuxda keçirilməsinin obyektiv zəruriliyini təsdiq edəcək hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Bildirilməlidir ki, Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədlərindən biri məhkumun islah edilməsi və onun tərəfindən yeni cinayətin qarşısının alınmasıdır. Məhkəmə hesab edir ki, məhkumun üzərinə qoyulmuş məhdudiyyətin yüngülləşdirilməsi cəzanın tərbiyəvi və çəkindirici təsirini azaltmaqla onun preventiv funksiyasını zəiflədir, hökm ilə ona təyin edilmiş cəzanın mütanasibliyini pozur. Məhkəmə məhkum Ərizəni verən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, onun yetkinlik yaşına çatmamasını, həmçinin cəzaçəkmə müddətinin cüzi hissəsinin keçməsini nəzərə alaraq hesab edir ki, onun üzərində nəzarətin zəiflədilməsi yolverilməzdir Beləliklə ərizədə göstərilən ərazi hüdudlarının genişləndirilməsi və vaxt məhdudiyyətinin azaldılması mövcud nəzarət mexanizminin effektivliyini azalda və məhkumun davranışına təsir imkanlarını zəiflədə bilər. Yuxarıda sadalanan halların məcmusunu nəzərə alaraq məhkəmə hesab edir ki, ərazi məhdudiyyətinin genişləndirilməsi və vaxt məhdudiyyətinin azaldılması cəzanın məqsədlərinə zidd olduğundan, məhkum Ərizəni verən şəxs ərizəsi təmin olunmamalıdır. Məhkəmə iş materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarı qanuni və əsaslı olmuş, birinci instansiya məhkəməsi məhkum Ərizəni verən şəxs üzərinə qoyulmuş “yaşayış yerini saat 21:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək vəzifəsini “Gəncə şəhəri, Göygöl və Samux rayonlarının ərazi hüdudları daxil edilməklə yaşayış yerini axşam saat 00:00-dan 06:00-dək tərk etməmək” vəzifəsi ilə əvəz edilməsinə dair ərizəsinə baxarkən düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 398.1.1, 399.3, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 7(5-121)-72/2026 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Faiq Mahmudov
Məhkəmə qərarları › İş №7(3-7)-31/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-31/2026
19.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver