Məhkəmə qərarları › İş №7(3-7)-32/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-32/2026

16.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-32/2026 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə oğlundan ibarət tərkibdə, Qasımov Behbud Telman oğlunun katibliyi, məhkum Məhkum, onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili müdafiəçi1 və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitsensiar Xidmətinin 2 saylı İstintiaq Təcridxanasının nümayəndəsi X1 oğlunun iştirakları ilə, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından məhkum Məhkum tərəfindən apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı (hakim K.Bayramova) ilə məhkum Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad ediməsinə dair ərizəsi rədd edilmişdir. İŞİN HALLARI: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitsensiar Xidmətinin * saylı İstintaq Təcridxanası tərəfindən təqdim edilmiş Məhkum cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına dair mülahizə: Məhkum Məhkum cəzasının əvvəli ##.##.2023-cü il, cəzasının sonu ##.##.2027-ci ildir. Məhkum Məhkum əməyə münasibəti yaxşıdır, təcridxanada keçirilən ictimai işlərdə işləyir, zəhmətkeşdir, təcridxananın həyətyanı sahəsində abadlıq işlərində fəallıq göstərmişdir. Keçirilən tədbirlərdə fəal iştirak edir, məişətdə səliqəlidir, asudə vaxtlarında mədəni kütləvi və idman tədbirlərində iştirak edir, kitab və qəzet materiallarından istifadə edir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olduğunu bildirir, azadlıqda layiqli vətəndaş olacağına söz verir. Dövlətə olan 32.40 manat ekspertiza xərci ödənmişdir. Sakitdir, intizamlıdır, çalışqandır, verilən tapşırıqları vaxtında yerinə yetirir. Ailəsi və yaxın qohumları ilə əlaqə saxlayır. Məhkum Məhkum təcridxana rəhbərliyi tərəfindən ##.##.2025- ci il tarixdə 8 Noyabr- Zəfər Günü ilə əlaqədar təcridxanada keçirilən dama yarışında fərqləndiyinə görə “Təşəkkür”, ##.##.2025-ci il tarixdə təcridxanada “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il” münasibəti ilə keçirilən Şahmat, Dama və Nərd yarışlarında fəal iştirak etməsini nəzərə alaraq “əlavə telefon danışığı”, ##.##.2026-cı il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə “Təşəkkür”, ##.##.2026-cı il tarixdə nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqlənməsinə, həmçinin Novruz bayramı ilə əlaqədar təcridxanada keçirilmiş stolüstü tennis yarışında fərqləndiyinə görə “Əlavə telefon danışığı” verilməklə həvəsləndirilmişdir. Tənbehi yoxdur. Komissiyanın qərarı: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi ilə bağlı Komissiyanın ##.##.2026-cı il tarixli qərarına dair tərtib olunmuş ** nömrəli protokoluna əsasən məhkum Məhkum barəsində məhkəməyə müsbət mülahizə təqdim olunması məqsədə müvafiq hesab edilmişdir. Nəticə Məhkum Məhkum vaxtından əvvəl şərti azadlığa buraxılması məqsədə müvafiqdir. Nəticə: Məhkum Məhkum islah olunmuşdur. Onun şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədəmüvafiq hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitsensiar Xidmətinin * saylı İstintaq Təcridxanasında cəza çəkən məhkum Məhkum barəsində Xasiyyətnamə: Məhkum Məhkum cəzasının əvvəli ##.##.2023-cü il, cəzasının sonu ##.##.2027-ci ildir. Məhkum Məhkum təcridxanada saxlanıldığı müddət ərzində Daxili İntizam Qaydalarında riayət etmiş, onun barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. ##.##.2025-ci il tarixdən məhkum Məhkum öz xahişi ilə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 69-cu maddəsinə əsasən * saylı İstintaq Təcridxanasının təsərrüfat və məişət xidməti işlərində qaynaqçı kimi saxlanılmışdır. Cəza çəkdiyi müddət ərzində Daxili İntizam Qaydalarına riayət edir, ictimai-faydalı əməklə məşğul olur, əməyə vicdanlı münasibət göstərir, cəmiyyətdə qəbul edilmiş davranış normalarına riayət edir, təhsil və mədəniyyət səviyyəsini artırmaq üçün öz üzərində mütəmadi çalışır. Məhkumların asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən tədbirlərdə fəal iştirak edir. Dövlətə olan 32.40 manat ekspertiza xərcini ödəmişdir. Məhkum Məhkum törətdiyi cinayət əməlini səmimi etiraf edir, əməlindən peşman olduğunu bildirir. Azadlıqda layiqli vətəndaş olacağına söz verir. Məhkum təcridxana rəhbərliyi tərəfindən ##.##.2025-ci il tarixdə 8 Noyabr-Zəfər Günü ilə əlaqədar təcridxanada keçirilən dama yarışında fərqləndiyinə görə “Təşəkkür”, ##.##.2025ci il tarixdə təcridxanada “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il” münasibəti ilə keçirilən Şahmat, Dama və Nərd yarışlarında fəal iştirak etməsini nəzərə alaraq “əlavə telefon danışığı”, ##.##.2026-cı il tarixdə təcridxanada nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqləndiyinə görə “Təşəkkür”, ##.##.2026-cı il tarixdə nümunəvi davranışına, əməyə vicdanlı münasibətdə fərqlənməsinə, həmçinin Novruz bayramı ilə əlaqədar təcridxanada keçirilmiş stolüstü tennis yarışında fərqləndiyinə görə “Əlavə telefon danışığı” verilməklə həvəsləndirilmişdir. Tənbehi yoxdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Məhkum apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və ərizəsinə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, heç bir əsaslı səbəb olmadan ərizəsi qərəzli şəkildə təmin edilməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında məhkum Məhkum və onun müdafiəçisi müdafiəçi1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini və ərizəyə yenidən baxılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitsensiar Xidmətinin 2 saylı İstintiaq Təcridxanasının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, məhkum təcridxanada saxlanıldığı müddət ərzində Daxili İntizam Qaydalarına riayət etmişdir. Əməyə vicdanlı münasibət göstərir, cəmiyyətdə qəbul edilmiş davranış normalarına riayət edir. Məhkum Məhkum əməyə münasibəti yaxşıdır, təcridxanada keçirilən ictimai işlərdə işləyir, zəhmətkeşdir, təcridxananın həyətyanı sahəsində abadlıq işlərində fəallıq göstərmişdir. Keçirilən tədbirlərdə fəal iştirak edir, məişətdə səliqəlidir, asudə vaxtlarında mədəni kütləvi və idman tədbirlərində iştirak edir, kitab və qəzet materiallarından istifadə edir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olduğunu bildirir, azadlıqda layiqli vətəndaş olacağına söz verir. Dövlətə olan 32.40 manat ekspertiza xərci ödənmişdir. Sakitdir, intizamlıdır, çalışqandır, verilən tapşırıqları vaxtında yerinə yetirir. Bir neçə dəfə “Təşəkkür” almış, tənbehi yoxdur. Odur ki, şikayətin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokuroruna məlumat verilsə də, məhkəmə iclasında iştirak etmir və onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəalarına əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar İdarəsinin prokurorunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Avropa İnsan Hüquqları Məhkəməsi “X8rşı”, “X5rşı”, “Ermi İtaliyaya qarşı” məhkəmə işləri üzrə Qərarlarında dövlətin pozitiv öhdəlikləri prinsipindən çıxış edərək göstərmişdir ki, müdafiənin əslində ilk növbədə təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən həyata keçirilməsinə baxmayaraq, ədalətliliyin əsas təminatçısı qismində məhkəmələr çıxış edirlər. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 10.2.12-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün ərizə ilə məhkəməyə, müraciət etmək məhkumların hüquqlarından biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.1-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, habelə cəzanın çəkilməsinin təxirə salınması tətbiq oluna bilən məhkum Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir. Məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instаnsiyа məhkəməsinin qərаrı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” ## ####### 2010-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən qanunverici məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz olunması və cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilməsi üçün yalnız cəzanın qanunla müəyyən edilmiş hissəsini çəkməsini, müsbət xarakterizə edilməni, davranışını, əməyə münasibətini və cəzaçəkmə müəssisəsinin mülahizəsini əsas amil kimi irəli sürür. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Ona görə də, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun törətdiyi cinayətə münasibətinin təzahür formasına xüsusi diqqət yetirməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar. Lakin məhkumun törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə maneə ola bilər. Qanunverici həmin normanın tətbiq olunmasını şəxsin cəzaçəkmə müddətində davranışı, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Plenum qərarının tövsiyələrindən də göründüyü kimi məhkəmələr məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məsələsinə baxarkən mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Yuxarıda qeyd edilən plenum qərarını hazırki işin materialları ilə qarşılıqlı şəkildə tədqiq etdikdə müəyyən edilir ki, məhkum barəsində müsbət mülahizə verilsədə, iş materialları, həmçinin birinci instansiya məhkəməsində təhlil edilmiş materiallarla məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olması, törətdiyi cinayətə münasibətinin təzahür forması, eyni zamanda məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsi müəyyən edilmir. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan nəticəsi qanuni və əsaslı olmuşdur. Cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 76.3.1-ci maddəsinə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra tətbiq edilə bilər. Nəzərə alınmalıdır ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməməsi Azərbaycan Respublikası CM-in 76-cı maddəsinin tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” # ####### 2010-cu il tarixli Qərarının tövsiyələrinə uyğundur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı olmuş, iş materiallarında apellyasiya şikayətinin təmin edilərək, məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin olunması üçün hər hansı bir əsas müəyyən olunmur və ona görə də apellyasiya şikayəti təmin edilməməli, Gəncə şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 397.1, 398.1.1, 399.3, 407 və 408-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azəbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar