Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-34/2026 19.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; hakimlər X2 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə Məmmədov Elvin Israfil oğlunun katibliyi, Azərbaycan Respublikası Cinayət təqibindən kənar icraatlar Idarəsinin prokuroru X3, məhkum Barəsində təqdimat verilən şəxs oğlunun və onun müdafiəçisi müdafiəçi1, Goranboy rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 iştirakları ilə, Barəsində təqdimat verilən şəxs oğluna təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə olunmasından azad edilməsi barədə təqdimatın təmin edilməməsinə dair Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından məhkum Barəsində təqdimat verilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Goranboy rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək məhkum Barəsində təqdimat verilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə olunmasından azad edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Barəsində təqdimat verilən şəxs Goranboy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 09 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkum Barəsində təqdimat verilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməsi də nəzərdə tutulmuşdur. Qeyd olunan məhkəmə hökmü icra üçün ##.##.2023-cü il tarixdə Goranboy rayon Icra və Probasiya şöbəsinə daxil olmuş və həmin tarixdə məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. ##.##.2023-cü il tarixdə Barəsində təqdimat verilən şəxs Goranboy rayon Icra və Probasiya şöbəsində qeydiyyata alınaraq, ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. ##.##.2025-ci il tarixdə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qutarmışdır. Məhkəmə hökmünün tələbinə əsasən Barəsində təqdimat verilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməsi təmin edilmişdir. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə təqdimat təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkum apellyasiya şikayəti verərək Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının ləğv edilməsini, təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə olunmasından azad edilməsi barədə təqdimatın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum apelyasiya şikayətində qeyd etmişdir ki, o, ##.##.1993-cü ildə Goranboy rayonu, Zeyvə kəndində anadan olmuşdur. Ailəlidir, övladı yoxdur. Goranboy Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il 09 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməsi də nəzərdə tutulmuşdur. ##.##.2025-ci il tarixdə azadlığın məhdudlaşdırılması cəzasını çəkib qutarmışdır. Lakin azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicəyə cəlb edilməmişdir. Onun başında müayinələr zamanı hər iki tərəfdə periventrikulyar sahədən bazal qanqilonlara doğru uzanımı olan, kistik, ensefalomalazik, qliotik, dəyişikliklər, HEMO sekanslarda blooming artefakı izlənilir. Buda onda huşsuzluq, özündən asılı olmayan psixi və idarə olunmaz hərəkətlərə gətirib çıxarır. Məhkəmə iclasında müdafiəçi apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-*/**** saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında prokuror Zaur Tarverdiyev apellyasiya şikayətinin təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında Goranboy rayon Icra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 apellyasiya şikayətinin təmin edilməsini, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının ləğv edilməsini xahiş etdi. Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallar yalnız apellyasiya şikayətinin və ya protestinin hüdudlarında, cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi isə şikayətin və ya protestin dəlillərindən asılı olmayaraq yoxlanılır (CPM-nin 397.1 və 397.2-ci maddələri). Məhkəmə birinci instansiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində, həmçinin iş üzrə məhkəmə tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarına əməl edilməsini şikayətin dəlillərindən asılı olmadan yoxlayaraq, habelə proses tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə ərizə təmin edilməlidir. Materialdan görünür ki, Goranboy Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli hökmündən görünür ki, Barəsində təqdimat verilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən, qəti olaraq 01 il 09 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin və təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur;. Iş materiallarında olan Goranboy Rayon Icra və Probasiya şöbəsinin 772/9-0-**** №-li qeydiyyat vəsiqəsindən görünür ki, Barəsində təqdimat verilən şəxs ##.##.2023-cü il tarixdə cəzanı icra edən orqanda qeydiyyata götürülmüş, yaşayış ünvanı və ya iş yerinin dəyişməsi barədə məlumat verməsi barədə ona xəbərdarlıq olunmuşdur;. Iş materiallarında olan Azərbaycan Respublikası “TƏBIB” PHŞ Goranboy RMX PHŞnin Goranboy Rayon Icra və Probasiya Şöbəsinə ünvanladığı **-*-**/*-****/**** saylı ##.##.2023-cü il tarixli məktubundan görünür ki, məhkum Barəsində təqdimat verilən şəxs Goranboy RMX-nın poliklinikasının narkoloji kabinetində ##.##.2023-cü il tarixdə dispanser qeydiyyatına götürülmüşdür; Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-nin Goranboy Rayon Icra və Probasiya Şöbəsinə ünvanladığı **/**- *** saylı ##.##.2024-cü il tarixli, **/**-***** saylı ##.##.2024-cü il tarixli məktublardan görünür ki, məhkum Barəsində təqdimat verilən şəxs yer məhdudiyyəti ilə əlaqədar ixtisaslaşdırılmış şöbədə məcburi müalicəyə yerləşdirilməsinin qeyri-mümkün olması, məcburi müalicənin növbəli şəkildə həyata keçirilməsi, boş yer olduğu təqdirdə məlumat veriləcəyi bildirilmişdir;. Iş materiallarında olan Azərbaycan Respublikası “TƏBIB” PHŞ Goranboy RMX PHŞnin 18-1-39/2-M-821-42- ***/**** saylı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Barəsində təqdimat verilən şəxs Goranboy RMX-nın poliklinikasının ruhi-əsəb kabinetində qeydiyyatda dayanır, Diaqnoz: F06.6. Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvü emosional labil pozuntu, yaddaş və intellektin enməsi ilə anamnezində PAM qəbulu; Iş materiallarında olan Azərbaycan Respublikası “TƏBIB” PHŞ Goranboy RMX PHŞnin **-*-**/*-****/**** saylı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Barəsində təqdimat verilən şəxs Goranboy RMX-nın poliklinikasının narkoloji kabinetində ##.##.2023cü il tarixdən dispanser qeydiyyatında dayanır; Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin **/**-**** saylı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Barəsində təqdimat verilən şəxs hal-hazırdakı psixi vəziyyəti ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə qəbul oluna bilməz. Barəsində təqdimat verilən şəxs kompleks psixiatrik-narkoloji ekspertiza məsləhət görülür. Iş materiallarında olan Goranboy rayon Icra və və Probasiya şöbəsi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, № ******/*-*-**** saylı məktubdan görünür ki, Goranboy Rayon Məhkəməsinin 1(045)- **/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarına əsasən məhkum Barəsində təqdimat verilən şəxs narkomaniyadan məcburi müalicəsi ixtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməklə tamamlanmalıdır. Goranboy Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı məhkum Barəsində təqdimat verilən şəxs yer ayrılması üçün aidiyyatı üzrə Narkoloji Mərkəzə göndərilmiş, lakin bu günədək məhkuma yer ayrılmamışdır. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin (bundan sonra – CIM) 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniya, həmçinin anlaqlığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2012-ci il tarixli * nömrəli Plenum Qərarının 21-ci bəndinə əsasən cinayət törətmiş, alkoqolizmindən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi müalicə tədbiri CM-in 93-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmü ilə təyin edilir və belə şəxslərin müalicəsi cəzanın icra edilməsi ilə eyni zamanda həyata keçirilməlidir. CIM-in 17-1.6-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisələri tərəfindən həyata keçirilir, həmin qərarın icrasına icra məmuru tərəfindən nəzarət edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 519.2- 1.3-cü maddəsinə əsasən cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumlar barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinin ləğv edilməsi məsələsinə məcburi müalicəni həyata keçirən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatı və həkimməsləhət komissiyasının rəyi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. Ərizəyə baxan Goranboy Rayon Məhkəməsi hesab etmişdir ki, Barəsində təqdimat verilən şəxs məhkəmənin hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicədən azad edilməsi üçün qanuni əsaslar olmadığına görə barəsində təyin olunmuş narkomaniyadan məcburi müalicə tədbiri ləğv edilməməlidir. Məhkəmə hesab edir ki, məhkumun ərizəsinin təmin edilməməsinin məqsədəmüvafiq hesab edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Belə ki, “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2006-cı il tarixli, № ** qərarına əsasən; Məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 3.1. 18 yaşına çatmamış narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə; 3.2. əlilliyi olan şəxslərə; 3.3. hamilə qadınlara və südəmər uşaqları olan analara; 3.4. könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə; 3.5. psixi xəstələrə; 3.6. səhhəti narkoloji-tibb müəssisəsində qalmalarını istisna edən xəstələrə; 3.7. 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara; 3.8. siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəstəlikləri olan şəxslərə. Iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası “TƏBIB” PHŞ Goranboy RMX PHŞ-nin 18-1-39/2-M-821-42- ***/**** saylı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, məhkum Barəsində təqdimat verilən şəxs Goranboy RMX-nın poliklinikasının ruhi-əsəb kabinetində qeydiyyatda dayanır, Diaqnoz: F06.6. Üzvi mənşəli emosional labil (astenik) pozuntu. Üzvü emosional labil pozuntu, yaddaş və intellektin enməsi ilə anamnezində PAM qəbulu. Iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin **/**-**** saylı ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Barəsində təqdimat verilən şəxs hal-hazırdakı psixi vəziyyəti ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə qəbul oluna bilməz. Barəsində təqdimat verilən şəxs kompleks psixiatrik-narkoloji ekspertiza məsləhət görülür. Göründüyü kimi məhkum Barəsində təqdimat verilən şəxs psixi xəstəlikdən əziyyət çəkir. Belə olan halda Narkomaniyadan məcburi müalicə tədbirinin tətbiqi hüquqi əsasını itirir, çünki Qaydaların 3.5-ci bəndi belə şəxslərə məcburi müalicəni ümumiyyətlə istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ləğv edilməli və Barəsində təqdimat verilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə olunmasından azad edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPMnin 397, 398, 399, 407-410, 412-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ləğv edilsin. Barəsində təqdimat verilən şəxs oğluna təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə olunmasından azad edilsin. Qərar elan olunduğu andan dərhal sonra qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Faiq Mahmudov
Məhkəmə qərarları › İş №7(3-7)-34/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-34/2026
19.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver