Məhkəmə qərarları › İş №7(3-7)-36/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-7)-36/2026

12.06.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 7(3-7)-36/2026 12.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası: hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Nüsrət oğlu və X1 ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Məhkum Zamanov İlqar Vaqif oğlunun, müdafiəçi X3, Azərbaycan Respublikası Baş prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru prokuror1 və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı məntəqətipli cəzaçəkmə müəssisəsinin nümayəndəsi X2 iştirakı ilə Məhkum Zamanov İlqar Vaqif oğlunun barəsində “Konstitusiya və Suverenlik ili münasibətilə amntistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının tətbiq edilməsinə dair ərizənin geri qaytarılmasına dair Goranboy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti və məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 1(041) ***/**** nömrəli hökmü ilə Zamanov İlqar Vaqif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il (bir) 06 ay (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il (üç) 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmənin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası ƏR PX-in ** saylı MTCM-də cəza çəkən məhkum Zamanov İlqar Vaqif oğlu ## ##### 2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı ilə Azərbaycan Respublikası ƏR PX-in ** saylı MTCM-də cəza çəkən məhkum Zamanov İlqar Vaqif oğlu barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq olunmasına dair sənədlər toplusu baxılmadan Azərbaycan Respublikası ƏR PX-in ** saylı MTCM-nə geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin qərarından Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən verilmiş apellyasiya protesti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Həmçinin qərardan məhkum apellyasiya şikayəti verərək onun barəsində amnistiya aktının tətbiq edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkum apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Samux Rayon İcra və probasiya Şöbəsi tərəfindən ## ##### 2026-cı il tarixdə azadlıqdan məhrumetmə cəzasını çəkməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı məntəqətipli cəzaçəkmə müəssisəsinə göndərilmiş və qeydiyyata alınmışdır. Ona təyin edilmiş “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının təsir altına düşməsinə baxmayaraq cəzaçəkmə müəssisəsi və birinci instansiya məhkəməsi əsassız yerə qərarın tətbiqindən imtina etmişdir. Odur ki, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarın tətbiq edilməsi kömək göstərilməsini xahiş edir. Apellyasiya protesti isə onunla əsaslandırılmışdır ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 19.1-ci bəndinə əsasən cəzaçəkmə müəssisələri – həmin Qərarın 1-ci hissəsində və 2.1–2.4-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiya qaydalarını tətbiq edə bilər. Lakin həmin Qərarın 39-cu bəndində göstərilmişdir ki, Qərarın 19.1–19.4 cü bəndlərində nəzərdə tutulan orqanlar bu Qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər. Zamanov İlqar Vaqif oğlunun şəxsi işindən də göründüyü kimi sonuncu barəsində hökm ##.##.2026-cı il tarixdə, yəni dörd aydan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinə daxil olduğundan, cəzaçəkmə müəssisəsi yuxarıda göstərilmiş bəndlərə əsasən amnistiya qaydalarını tətbiq edə bilməmişdir. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 37-ci bəndinə əsasən Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi ilə əlaqədar şəxsin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 515.2-ci maddəsinə əsasən Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. İş materiallarının araşdırılması zamanı məlum olmuşdur ki, Zamanov İlqar Vaqif oğlunun barəsində çıxarılmış ## ###### 2024-cü il tarixli hökm ## ##### 2026-cı il tarixdə, yəni dörd aydan sonra icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinə daxil olduğundan, cəzaçəkmə müəssisəsi yuxarıda göstərilmiş bəndlərə əsasən amnistiya qaydalarını tətbiq edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə amnistiya aktının 4 ay müddətinə tətbiq edilməsi və “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 19.1-ci bəndinə əsasən həmin Qərarın 1-ci hissəsində və 2.1–2.4-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiya qaydalarını tətbiq edilməsini cəzaçəkmə müəssisələrinə aid edildiyi əsas götürülməklə Azərbaycan Respublikası ƏR PX-in ** saylı MTCM-nə geri qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında məhkum və müdafiəçisi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən prokuror apellyasiya protestinin dəlillərinin müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq ərizənin baxılmadan geri qaytarıldığını bildirdi və protestin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cəzaçəkmə müəssisəsinin nümayəndəsi apellyasiya şikayəti və apellyasiya protestinə münasibətdə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 391.2 və 391.2.5-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini araşdırmalıdır. Məhkəmə cinayət işinin materiallarını ilkin baxış mərhələsinin məqsədləri baxımından nəzərdən keçirərək, həmçinin cinayət prosesi tərəflərini dinləyərək aşağıdakı əsaslara görə hesab edir ki, Goranboy Rayon Məhkəməsinin qərarı ləğv edilməli və cinayət işi birinci instansiya məhkəməsinin məhkəmə baxış iclası mərhələsinə qaytarılmalıdır. Konsititusiyanın 26-cı maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 26-cı maddənin II hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstiusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddənin II hissəsinə əsasən isə hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 71-ci maddənin II hissəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Həmçinin Konstitusiyanəın 129-cü maddəsinin III hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən Qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Belə ki, Kürdəmir rayon məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ##.##.2026-cı il tarixdə Samux rayon İcra və Probasiya Şöbəsi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinə daxil olmuş, məhkum dərhal qeydiyyata alınmışdır. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 19.1-ci bəndinə əsasən cəzaçəkmə müəssisələri – həmin Qərarın 1-ci hissəsində və 2.1–2.4-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiya qaydalarını tətbiq edə bilər. Həmin Qərarın 39-cu bəndində göstərilmişdir ki, Qərarın 19.1–19.4 cü bəndlərində nəzərdə tutulan orqanlar bu Qərar qüvvəyə mindiyi gündən dörd ay müddətində amnistiyanın tətbiqini təmin etməlidirlər. Yəni qeyd olunan 4 aylıq müddət (## ###### 2025-ci il tarixdən etibarən) məhkəmələr tərəfindən amnistiya aktının tətbiq edilməsinə şamil edilmir. Zamanov İlqar Vaqif oğlunun barəsində çıxarılmış ## ###### 2024-cü il tarixli hökm ## ##### 2026-cı il tarixdə, yəni dörd aydan sonra icra olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinə daxil olduğundan, cəzaçəkmə müəssisəsi yuxarıda göstərilmiş bəndlərə əsasən amnistiya qaydalarını tətbiq edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə amnistiya aktının 4 ay müddətinə tətbiq edilməsi və “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 19.1-ci bəndinə əsasən həmin Qərarın 1-ci hissəsində və 2.1–2.4-cü bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiya qaydalarını tətbiq edilməsini cəzaçəkmə müəssisələrinə aid edildiyi əsas götürülməklə Azərbaycan Respublikası ƏR PX-in ** saylı MTCM-nə geri qaytarılması qərara alınmışdır. Kollegiya qeyd edir ki, Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 390-cu bəndinə əsasən bu Qərarın tətbiqi üçün 4 aylıq müddət məhkəmələrə şamil edilməmişdir. Eyni zamanda Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərar məhkum İlqar Zamanova də şamil edilməli olduğu halda, ondan asılı olmayan səbəblərdən (qərarın icraya gec göndərilməsi) cəzaçəkmə müəssisəsi tərəfindən tətbiq edilə bilməmişdir. Lakin birinci instansiya məhkəməsi ərizəni geri qaytarmaqla məhkumun amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı Cinayət Prosessual Məcəllənin tələbləri kobud surətdə pozulmuşdur. Həmin Məcəllənin 391.2 və 391.2.5-cı maddələrinin tələblərinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi inayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilməməsi məsələsini araşdırmalıdır. Həmin Məcəllənin 391.3.7-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin çıxardığı qərarlardan biri də apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardır. Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 37-ci bəndinə əsasən Amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi ilə əlaqədar şəxsin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada şikayət etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 509.1-ci və 509.1.6-cı maddəsinə əsasən məhkəmənin hökmü çıxarıldıqdan sonra onun icrası qurtaranadək məhkum edilmiş şəxs amnistiyanın tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. CPM-in 515.2-ci maddəsinə əsasən amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. Beləliklə, məhkəmə ilkin baxış iclasının nəticələri üzrə belə qərara gəlir ki, birinci instansiya məhkəməsində icraat CPM-in 515.2-ci maddəsinin tələbləri pozulmaqla keçirilmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin yol verdiyi prosessual pozuntuları cinayətprosessual qanunvericiliyin kobud pozulması kimi qiymətləndirir və hesab edir ki, belə xarakterli pozuntuların olduğu vəziyyətdə işə apellyasiya məhkəməsində mahiyyəti üzrə baxılması mümkün sayıla bilməz. Azərbaycan Respublikası CPM-in 391.9, 391.9.1 və 391.9.2-ci maddələrinə əsasən bu Məcəllənin 391.8-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir. 391.9.2. cinayət işini birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə məhkəmə baxışının nəticələrinə dair yekun qərar çıxararkən cinayət-prosessual qanununvericiliyin tələblərini kobud şəkildə pozduğundan Məhkum Zamanov İlqar Vaqif oğlunun barəsində “Konstitusiya və Suverenlik ili münasibətilə amntistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının tətbiq edilməsinə dair ərizənin geri qaytarılmasına dair Goranboy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilməli, iş materialları birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 391-ci maddəsinin tələblərini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti və apellyasiya protesti təmin edilsin. Məhkum Zamanov İlqar Vaqif oğlunun barəsində “Konstitusiya və Suverenlik ili münasibətilə amntistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının tətbiq edilməsinə dair ərizəsinin geri qaytarılmasına dair Goranboy Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı ləğv edilsin və iş birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilsin. Qərardan Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar